Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1898/2022 13.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi Ərizəçi1 iştirakı ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 şəxsin vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y YƏ N E T D İ : Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən ataları xx.xx.1963-cü il təvəllüdlü X4 xx.xx.2017-ci il tarixdə vəfat etməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X5 onların atasıdır. Atası xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Şəki rayon Çayqaraqoyunlu kənd qəbirstanlığında dəfn olunmuşdur. Dərin sarsıntı keçirdikləri üçün həmin vaxt ölüm haqqında şəhadətnamə almamışlar. Hal-hazırda atalarına məxsus olan mənzili özəlləşdirmək istəyirlər. Lakin atası mərhum X4 ölüm şəhadətnaməsi olmadığından bu mümkün olmamışdır. Buna görə də ölüm faktının müəyyən olunması vacibdir. Ərizəçi1 məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, ataları xx.xx.1963-cü il təvəllüdlü X5 onun atasıdır. Mərhum atası 2017-ci ildə vəfat etsə də onun adına ölüm haqqında şəhadətnamə alınmamışdır. Şəki rayon Çayqaraqoyunlu kənd qəbirstanlığında dəfn olunmuşdur. Sonradan anası da vəfat etmişdir. Hazırki dövrdə atasına məxsus mənzili özgəninkiləşdirmək istəyir. Buna görə də ilk növbədə vərəsəliklə bağlı mübahisə həll edilməlidir. Ölüm haqqında şəhadətnamə olmadığı üçün isə bu mümkün olmamışdır. Bu məqsədlə Qeydiyyat Şöbəsinə müraciət etsə də, ona məhkəməyə müraciət eməsi tövsiyyə edilmişdir. Başqa qaydada atasının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, ərizəçi onun qonşusudur. Həqiqətən, X5 2017-ci il tarixdə vəfat etmişdir. Dəfnə getməsə də yas mərasimində iştirak edib. Mirmehdi oğlu ifadəsində göstərdi ki, ərizəçi onun qonşusudur. Həqiqətən, X2 rayon Çayqaraqoyunlu kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X6 da ifadəsində mərhum onun qonşusu olduğunu bildirdi və digər şahidlə eyni məzmunlu ifadə verdi. Maraqlı şəxs nümayəndəsinə və digər ərizəçiyə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin və digər ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni, ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə tərəfindən müəyyən olunmuş hallar aşağıdakılardan ibarət olmuşdur: İş materiallarında olan Maraqlı şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 05/Q- 25/15 nömrəli məktubdan görünür ki, Maraqlı şəxs akt qeydləri arxivində xx.xx.2017xx.xx.2022-ci il üzrə yoxlama aparılmış, lakin X4 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmamışdır. Bununla əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan Mingəçevir şəhər Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 713 saylı arayışdan görünür ki, X5 xx.xx.2017-cı il tarixdə Şəki rayon Çayqaraqoyunlu kənd qəbirstanlığında dəfn olunmuşdur. İşdə olan “Mingəçevir şəhər Mərkəzi xəstəxanası” tərəfindən verilmiş arayışdan görünür ki, X5 həqiqətən də, xx.xx.2017-ci il tarixdə saat 1800 radələrində “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası”nın reanimasiya şöbəsinə daxil olmuşdur. İş materiallarından görünür ki, X5 25 yanvar 1963-cü il tarixində Mingəçevir şəhərində anadan olmuşdur. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8–ci madəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 310–cu maddəsində göstərilmişdir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın ona hansı məqsəd üçün lazım olduğunu göstərməlidir. İşin halları ilə müəyyən olunur ki, ərizəçi bacısının vəfat etməsi faktının müəyyən edilməsini başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası MPM–in 308 və 310-cu maddələrində nəzərdə tutulmuş şərtlər məcmu halında mövcuddur. Məhkəmə iş üzrə müəyyən edilən hallara qiymət verərək hesab edir ki, ərizəçi X1 atası X4 xx.xx.2017-ci il tarixdə Mingəçevir şəhərində ölməsi faktı sübuta yetirilir. Ona görə də, ərizə təmin edilməlidir. Hüquqi faktın müəyyən edilməsi ərizəçiyə ölmüş şəxsə məxsus olan mənzili özəlləşdirmək üçün zəruridir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 312–316 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1963-cü il tarixdə doğulmuş X4 xx.xx.2017-ci il tarixdə Mingəçevir şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X4 vəfat etməsi faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölmünün qeyd edilməsi və ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-1898/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1898/2022
13.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver