Məhkəmə qərarları › İş №2(051)-1904/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1904/2025

21.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1904/2025 21.10.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Ərizəçi: Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ÜƏ Y YƏ N E T D İ : Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, ərizəni təmin edilməsi, X3nın 26 mart 1979-cu il tarixdə Ermənistanda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndəiddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək X3nın 26 mart 1979-cu il tarixdə Ermənistan SSR Alaverdi rayonu Şamluq qəsəbəsində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin atası X14 04 dekabr 2024-cü il tarixdə vəfat etmişdir. Ondan müəyyən miras əmlaklar qalmışdır. Vərəsəlik məsələlərinin həlli ilə bağlı atasının atası və anasının ölüm faktlarına dair sənədlərin təqdim edilməsi zərurəti yaranmışdır. Belə ki, məlum hadisələr zamanı ərizəçinin ailəsi 80-ci illərin sonlarında Ermənistandan Azərbaycana deportasiya olunmuşdur. Hadisələr zamanı demək olar ki, bütün sənədləri məhv olmuşdur. Nənəsi X1 rəhmətə getmişdir. Hazırda onun ölümü ilə bağlı əllərində heç bir sənəd yoxdur. X10 xx.xx.1979-cu il tarixdə vəfat etmişdir. Həmin faktı bütün onları tanıyan yaxın qohum və qonşular təsdiq edə bilərlər. Həmin halın müəyyən edilməsinin onun üçün hüquqi əhəmiyyəti vardır. Belə ki, X3nın ölüm faktının məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranmışdır. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. X4 məhkəmə iclası zamanı bildirmişdir ki, ərizəçinin X3 onun anasından da yaxın olmuşdur. Yetərin yoldaşıyla atası dayıoğlu-bibioğludur. Xəstə olanda onlara qayğı göstərmişdir. Şamluqda 1979-cu il tarixində tarixdə rəhmətə gedib. Şamluqda da dəfn edilmiş, yas mərasimi keçirilmişdir. O da yas mərasimində iştirak etmişdir. Onlar da həmin vaxt orda yaşamışlar. 1988-ci il tarixdə onlar oradan Azərbaycana gəlmişlər. Odur ki, izahatında göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş etdi. X2 məhkəmə iclası zamanı bildirmişdir ki, ərizəçinin X3 onun qapı qonşusu olmuşdur. Yetər 1940-cı il tarixdə, o isə 1941-ci il tarixdə doğulmuşdur. Onun dörd uşağı olmuş, ailəsi ilə çətinliklə dolanmışlar. Onlar Ermənistanın Tumanyan rayonunda birlikdə yaşamışlar. Yetər xəstə olmuş, elə Ermənistanda da vəfat etmişdir. O öldükdə uşaqları körpə olmuş, uşaqları nənələri böyütmüşdür. Odur ki, izahatında göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni, ərizəçinin nümayəndəsinin izahatlarını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə tərəfindən müəyyən olunmuş hallar aşağıdakılardan ibarət olmuşdur: Belə ki, işdə olan “doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1983-cü il tarixdə Ermənistan SSR Tumanyan rayonu, Şamluq qəsəbəsində doğulmuş, atası X14, anası X12r. İşdə olan “doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X17 xx.xx.1956-cı il tarixdə doğulmuş, atası X15, anası X8r. İşdə olan “doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X13 xx.xx.1957-ci il tarixdə doğulmuş, atası X15, anası X8r. İşdə olan Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş 12 avqust 2025-ci il tarixli, 3-16-5/8-15-439/2025 saylı məktubdan görünür ki, xx.xx.1979-cu il tarixdə vəfat etmiş X10 barəsində Vətəndaşlıq vəziyyəti aktları İnformasiya Sistemində yoxlama aparılarkən ölümünün qeydə alınması barədə heç bir akt aşkar olunmamışdır. Mingəçevir şəhər Məhkəməsinin 2(051)–1462/2025 saylı, xx.xx.2025-ci tarixli qətnaməsinə əsasən X7 xx.xx.1940-cı il tarixdə Ermənistan SSR Alaverdi rayonu Şamluq qəsəbəsində doğulması faktının müəyyən edilməsi qət etdilmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla və şahid ifadələri ilə müəyyən olunur ki, X10 xx.xx.1979-cu il tarixdə Ermənistan SSR Tumanyan rayonunun Şamluq qəsəbəsində vəfat etmişdir. Həmin vaxt “Ölüm haqqında şəhadətnamə” mövcud olmuş, lakin sonradan itmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8–ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 310–cu maddəsində göstərilmişdir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın ona hansı məqsəd üçün lazım olduğunu göstərməlidir. İşin halları ilə müəyyən olunur ki, ərizəçi nənəsinin vəfat etməsi faktının müəyyən edilməsini başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası MPM–in 308 və 310-cu maddələrində nəzərdə tutulmuş şərtlər məcmu halında mövcuddur. Məhkəmə iş üzrə müəyyən edilən hallara qiymət verərək hesab edir ki, Ərizəçi X3 xx.xx.1979-cu il tarixdə Ermənistan SSR, Tumanyan rayonu, Şamluq qəsəbəsində ölməsi faktı sübuta yetirilir. Ona görə də, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 312–316 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. X7 xx.xx.1979-cu il tarixdə Ermənistan SSR, Alaverdi rayonu, Şamluq qəsəbəsində ölməsi faktı müəyyən edilsin. X7 ölməsi faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölümünün qeyd edilməsi və ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar