Məhkəmə qərarları › İş №2(051)-1963/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1963/2022

12.09.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1963/2022 12.09.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Maraqlı şəxs: Maraqlı şəxs2 iştirakı ilə Ərizəçi Maraqlı şəxs2 ilə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs2 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə hesab edir ki, MPM-nin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Ərizədə göstərilmişdir ki, 04 iyun 2016-cı ildə Maraqlı şəxs2 ilə faktiki nikah münasibətlərinə girməklə ailə qurmuşdur. Birgə evlilikdən 12 mart 2017-ci il təvəllüdlü İnci, 19 yanvar 2019-cu il təvəllüdlü Zəhra adlı iki qızları vardır. Nikaha isə 09 iyun 2021-ci ildə daxil olmuşlar. Aralarında münaqişə olması səbəbindən ayrılmışlar. Aralarındakı nikah pozulmuşdur. Alimentin ödənilməsi ilə bağlı mediatorun iştirakı ilə 25 may 2022-ci il tarixdə aralarında barışıq sazişi bağlanmışdır. Bugünə qədər gözləmişdir ki, Maraqlı şəxs2 sazişin şərtlərinə riayət edərək alimenti könüllü ödəyəcək. Lakin hazırki müddətə qədər heç bir ödəniş etməmişdir. Odur ki, ərizənin təmin edilməsi, onunla Maraqlı şəxs2 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Maraqlı şəxs2 məhkəmə iclası zamanı izahat verərək bildirdi ki, 04 iyun 2016-cı ildə Ərizəçi ilə faktiki nikah münasibətlərinə girməklə ailə qurmuşdur. Birgə evlilikdən 12 mart 2017-ci il təvəllüdlü İnci, 19 yanvar 2019-cu il təvəllüdlü Zəhra adlı iki qızları vardır. Nikaha isə 09 iyun 2021-ci ildə daxil olmuşlar. Aralarında münaqişə olması səbəbindən ayrılmışlar. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-1456/2022 saylı qətnaməsi ilə aralarında olan nikah qeydinin pozulması qət edilmişdir. xx.xx.2022-ci il tarixli barışıq sazişində onun tərəfindən İnci və Zəhra adlı uşaqların uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər uşaq üçün, hər ay 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat məbləğində alimentin ödənilməsi və aliment pulunun hər ay Giləxanımın bank hesabına köçürülməsi ilə bağlı razılıq əldə etmişlər. Lakin maddi imkanı olmadığına görə alimenti ödəməmiş, barışıq sazişinin şərtlərinə əməl etməmişdir. Aralarında bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsinə etiraz etmir. Məhkəmə maraqlı şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixdə bağlanmış barışıq sazişindən görünür ki, Maraqlı şəxs2 tərəfindən 12 mart 2017-ci il təvəllüdlü İnci, 19 yanvar 2019-cu il təvəllüdlü Zəhra adlı uşaqlarına hər uşaq üçün, hər ay 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat məbləğində alimentin ödənilməsi və aliment pulunun hər ay Ərizəçi bank hesabına köçürülməsi ilə bağlı tərəflər aralarında razılıq əldə etmişlər. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-1456/2022 saylı qətnaməsindən görünür ki, Maraqlı şəxs2 ilə Ərizəçi arasında xx.xx.2021-ci il tarixdə Mingəçevir regional “ASAN Xidmət” Qeydiyyat Şöbəsində bağlanmış və 382 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydinin pozulması qət edilmişdir. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən olundu ki, ərizəçi 04 iyun 2016-cı ildə Maraqlı şəxs2 ilə faktiki nikah münasibətlərinə girməklə ailə qurmuşdur. Birgə evlilikdən 12 mart 2017-ci il təvəllüdlü İnci, 19 yanvar 2019-cu il təvəllüdlü Zəhra adlı iki qızları vardır. Nikaha isə 09 iyun 2021-ci ildə daxil olmuşlar. Aralarında münaqişə olması səbəbindən ayrılmışlar. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-1456/2022 saylı qətnaməsinə əsasən ərizəçi ilə aralarında xx.xx.2021-ci il tarixdə Mingəçevir regional “ASAN Xidmət” Qeydiyyat Şöbəsində bağlanmış və 382 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydinin pozulması qət edilmişdir. Alimentin ödənilməsi ilə bağlı mediatorun iştirakı ilə 25 may 2022-ci il tarixdə aralarında barışıq sazişi bağlanmışdır. Ərizəçi Maraqlı şəxs2 sazişin şərtlərinə riayət edərək alimenti könüllü ödəyəcəyini gözləmiş, lakin Elçin hazırki müddətə qədər heç bir ödəniş etməmişdir. Ona görə də ərizəçi məcburi icrası üçün mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi könüllü qaydada icra edilmədiyinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən məcburi icra edilməsi üçün təsdiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinəəsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən, onun könüllü şəkildə icra edilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs2 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış, Maraqlı şəxs2 12 mart 2017-ci il təvəllüdlü İnci, 19 yanvar 2019-cu il təvəllüdlü Zəhra adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər uşaq üçün, hər ay 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat məbləğində alimentin alınaraq ərizəçiyə ödənilməsinə və aliment pulunun hər ay Ərizəçi bank hesabına köçürülməsinə dair barışıq sazişi məcburi icra edilməsi üçün təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 355-23, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs2 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış, Maraqlı şəxs2 12 mart 2017-ci il təvəllüdlü İnci, 19 yanvar 2019-cu il təvəllüdlü Zəhra adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər uşaq üçün, hər ay 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat məbləğində aliment alınaraq Ərizəçi bank hesabına köçürülməsinə dair barışıq sazişi təsdiq olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar