Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2022/2022 25.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Ərizəçi iştirakı ilə, ölüm faktının müəyyən edilməsinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Ərizəçi məhkəməyə müraciət edərək, anası Məmmədova(İbrahimova) Saqibə Məhəmməd qızının ölüm faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında bildirdi ki, Məmmədov (İbrahimova) Saqibə Məhəmməd qızı onun anasıdır. Saqibə Məmmədova xx.xx.1932-ci il tarixdə Ağdaş rayonu Qolqəti kəndində doğulmuşdur. Anasının qızlıq soyadı İbrahimova olmuş, ailə qurduqdan sonra isə Məmmədova soyadını qəbul etmişdir. Anası xx.xx.1986-cı ildə vəfat etmiş və onu Ağdaş rayonu Qolqəti kəndində yerləşən qəbirstanlığında dəfn etmişlər. Anasının ölümündən təsirləndiyi və qanunu bilmədiyi üçün ölüm haqqında şəhadətnamə almamışdır. Hazırda ölüm haqqında şəhadətnamə almaq istəyir, lakin ona məlum olmuşdur ki, Qeydiyyat şöbəsində ölümün akt qeydi barəsində akt qeydi tapılmamışdır. Anasının ölüm haqqında şəhadətnaməsini ala bilmir. Həmin şəhadətnamənin başqa qaydada alınması mümkün deyil. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizənin təmin olunmasını, xx.xx.1932-ci ildə Ağdaş rayonunda anadan olmuş Məmmədova(İbrahimova)Saqibə Məhəmməd qızının 08 iyul 1986-cıildə ölməsi faktının müəyyən olunmasını xahiş edir. Ölüm faktının müəyyən edilməsi anasına ölüm haqqında şəhadətnamə almaq üçün lazımdır. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilmiş, lakin onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. X1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Ərizəçila 1962-ci ildən qonşudurlar. Ərizəçinin anası Saqibə Məmmədova da İsrail ilə birlikdə yaşayırdı. Ərizəçinin anası 1986-cı ilin iyul ayının 8-də vəfat etmişdir. Yas mərasimində qonşu kimi yaxından iştirak etmişdir. X6 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, uzun müddətdir ki, ərizəçi ilə qonşudular. İsrail anası Saqibə ilə yaşayırdı. Ərizəçinin anası Saqibə 08 iyul 1986-cı ildə vəfat edib. Yas mərasimində qonşu kimi yaxından iştirak etmişdir. Saqibəni Ağdaş rayonu Qolqəti kəndində dəfn etmişlər. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 10 mart 1932-ci ildə Ağdaş rayon Qolqəti kəndində anadan olmuşdur. İşdə olan Maraqlı şəxsndən verilmiş 10 sentyabr 2022-ci il tarixli arayışda göstərilir ki, X11 ilə X4 nikah haqqında 21 fevral 1955-ci ildə 125 №-li akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra arvad Məmmədova soyadı verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 1955-ci ildə Mingəçevir şəhərində doğulmuşdur. X2, anası X8r. İşə əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 05/Q-60/15 №-li 02 sentyabr 2022-ci il tarixli arayışda göstərilir ki, akt qeydləri arxivində xx.xx.1983-xx.xx.2089-cu il üzrə yoxlama aparılarkən X4 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmadı. İşə əlavə edilmiş Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Qolqəti kənd inzibati ərazi idairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 sentyabr 2022-ci il tarixli 178 №-li arayışdan görünür ki, 1932-ci ildə Ağdaş rayon Qolqəti kəndində anadan olmuş Məmmədova (İbrahimova) Saqibə Məhəmməd qızı 1986-cı ildə Ağdaş rayon Qolqəti kənd qəbirstanlığında dəfn edilmişdir. İşə əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 05/Q-80/15 №-li 06 oktyabr 2022-ci il tarixli arayışda göstərilir ki, akt qeydləri arxivində xx.xx.1984-xx.xx.1989-cu illər üzrə yoxlama aparılarkən X10 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmadı. Məhkəmə tədqiqi zamanı X5 08 iyul 1986-cı ildə ölməsi faktı müəyyən edildi. Həmçinin, müəyyən edildi ki, onun ölümü qeydə alınmamışdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, ərizə təmin olunmalı, X5 08 iyul 1986-cı ildə Mingəçevir şəhərində ölməsi faktı müəyyən edilməlidir. Ölüm faktının müəyyən edilməsi ölüm haqqında şəhadətnamə almaq üçün lazımdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: Ərizə təmin olunsun. xx.xx.1932-ci il ildə Ağdaş rayonu Qolqəti kəndində anadan olmuş X5 08 iyul 1986-cı ildə Mingəçevir şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-2022/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2022/2022
25.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver