Məhkəmə qərarları › İş №2(051)-203/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-203/2021

23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-203/2021 23.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzər Həmid qızının katibliyi və X3 Dövlət Komitəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı: Əmlak Məsələləri Dövlət Komitəsinin Cavabdeh: Cavabdeh qarşı «alqı-satqı müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə alınmış əmlakın geri qaytarılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Əmlak Məsələləri Dövlət Komitəsi iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanmış ünvan 1 ünvanında yerləşən, sahəsi 34 kv.m olan qeyri-yaşayış sahəsinin alqı-satqısına dair xx.xx.2018-ci il tarixli, 4088 nömrəli müqavilə ləğv edilməsi, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması, müqavilə üzrə cavabdeh tərəfindən ödənilmiş 500 manat məbləğində vəsaitin satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. X3 Dövlət Komitəsinin etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli Qanunnuna, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 383 saylı fərnamı ilə təstiq edilmiş “Azərbaycan Respublikası dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, ünvan 2 ünvanında yerləşən, sahəsi 34 kv.m olan qeyri-yaşayış sahəsi satıcı Əmlak Məsələləri Dövlət Komitəsi ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 4088 nömrəli alqı-satqı müqaviləsinə əsasən 3500 manata Cavabdeh satılmışdır. Cavabdeh ona satılmış qeyri-yaşayış sahəsinin müqavilə üzrə müəyyən edilmiş satış qiymətindən 500 manat ödəmiş, digər hissənin, yəni 3000 manatın ödənilməsini həyata keçirməmişdir. Alıcı bununla alqı-satqı müqaviləsinin şərtlərini, həmçinin bir sıra mülki hüquq normalarını pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsinin 2.2.2-ci maddəsinə əsasən alıcı müqavilə imzalandığı andan 30 gün müddətində əmlakın tam dəyərini, yəni 5000 manatı satıcının Azərbaycan Respublikasının Mərkəzi Bankındaki hesabına köçürməyi öhdəsinə götürmüşdür. Alıcı həm müqaviləyə, həmdə mülki hüquq normalarına əsasən satın aldığı əmlakın dəyərini müqavilə ilə müəyyənləşdirilmiş müddətdə (30 gün ərzində) ödəməyə borclu olsa da bu vəzifəsini icra etməmiş, bununla müqavilənin şərtlərini və Mülki Məcəllənin qeyd edilən normalarını pozmuşdur. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən məhkəmədə iddia qaldırılmazdan qabaq cavabdehə xx.xx.2020-ci il tarixli , **********48 nömrəli məktub göndərilərək müqavilənin icrası tələb edilsə də, cavabdeh müqavilə üzrə dövlət büdcəsinə yaranmış borcun tam ödənilməsini təmin etməmişdir. Eyni zamanda alqı-satqı müqaviləsinin 2.1.1ci bəndinə əsasən əmlakın dəyəri tam ödənildikdən sonra satıcı müqavilənin bir nüsxəsini əmlak üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin aidiyyati ərazi idarəsinə göndərir. Alıcı əmlakın dəyərini tam ödəmədiyinə görə onun hüquqları daşınmaz əmlakın dövlət reyestində qeydə alınmamış, qeyri-yaşayış sahəsi dövlət mülkiyyətində qalmışdır və cavabdehin həmin əmlak üzərində faktiki sahibliyi qanunsuzdur. Alıcı müqavilənin şərtlərini icra etməməklə əmlakın mülkiyyətçisinə (dövlətə) maddi ziyan vurmuşdur. Qeyd edilənlərə əsasən cavabdeh tərəfindən müqavilə üzrə ödənilmiş 500 manat məbləğində vəsait satıcıya vurulmuş zərərin əvəzi kimi nəzərə alınmalı və alıcıya qaytarılmalıdır. Ona görə də Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanmış ünvan 1 ünvanında yerləşən, sahəsi 34 kv.m olan qeyri-yaşayış sahəsinin alqısatqısına dair xx.xx.2018-ci il tarixli, 4088 nömrəli müqavilə ləğv edilməsi, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması, müqavilə üzrə cavabdeh tərəfindən ödənilmiş 500 manat məbləğində vəsaitin satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə əlavə olunmuş xx.xx.2018-ci il tarixli, 4088 nömrəli alqı-satqı müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən, sahəsi 34 kv.m olan qeyriyaşayış sahəsi 3500 manata Cavabdeh satılmışdır. İşə əlavə olunmuş bildirişdən və xəbərnamədən görünür ki, Cavabdeh ödənişin həyata keçrilməsi ilə əlaqədar xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri alqı-satqı müqaviləsinin ləğv edilməsi və qeyri-yaşayış obyektinin boşaldılması ilə bağlı yaranan mülki mübahisədir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.2 və 6.1.5-ci maddələrində mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipləri kimi müəyyən olunmuşdur. Mülki Məcəllənin 385.1-ci maddəsinə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Məhkəmə iş materiallarını və iddiaçının izahatını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddiaçının tələbi Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanmış ünvan 1 ünvanında yerləşən, sahəsi 34 kv.m olan qeyri-yaşayış sahəsinin alqı-satqısına dair xx.xx.2018-ci il tarixli, 4088 nömrəli müqavilə ləğv edilməsi, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması hissədə əsaslıdır. Belə ki, tərəflərin məhkəmə iclasında təqdim etdiyi sübutlardan, qanunun tələbindən və cavabdehin etirafını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh müqavilə şərtləri ilə və qanunla müəyyən olunmuş öhdəliyi lazımi qaydada icra etməmişdir. Bu səbəbdən də sözügedən müqavilə ləğv edilməli, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. İddianın qalan hissəsi ilə bağlı lazımi sübutlar təqdim olunmadığı üçün isə həmin hissədə təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238-241, 357 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanmış ünvan 1 ünvanında yerləşən, sahəsi 34 kv.m olan qeyri-yaşayış sahəsinin alqı-satqısına dair xx.xx.2018-ci il tarixli, 3837 nömrəli müqavilə ləğv edilsin və həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulsun. İddia müqavilə üzrə cavabdeh tərəfindən ödənilmiş 500 manat məbləğində vəsaitin satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsinə dair hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM Hüseyn Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar