Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2048/2021 15.11.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan oğlunun katibliyi, Ərizəçi: Ərizəçi, Maraqlı şəxs: Maraqlı şəxs nümayəndəsi X1 iştirakı ilə Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən mərhum qızı 01.06.1959-cu il tarixdə doğulmuş X6 14.09.2021-cu il tarixdə Mingəçevir şəhərində vəfat etməsi faktının müəyyən olunması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsinin məzmununa uyğun uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, X10 onun atasıdır. X10 01.06.1959-cu il tarixdə Mingəçevir şəhərində doğulmuşdur. 14.09.2021-cu il tarixdə ölmüş və Mingəçevir şəhərinin kənd qəbirstanlığında dəfn edilmişdir. Hazırda atasından miras qalmış əmlakların hüquqi müqəddəratını həll etmək üçün ona ölüm haqqında şəhadətnamə lazımdır. Ölüm haqqında şəhadətnamə almaq üçün Mingəçevir Qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmiş, lakin mərhum atasının adına ölüm akt qeydi aşkar olunmamışdır. O səbəbdən də Qeydiyyat Şöbəsi məhkəməyə müraciət eməyi tövsiyyə etmişdir. Başqa qaydada atasının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs nümayəndəsi X5 məhkəmə iclası zamanı izahatında göstərdi ki, ərizəçi 14.09.2021-ci il tarixdə vəfat etmiş atası X7 ölümünün qeydə alınıb-alınmaması barədə Mingəçevir Qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmişdir. Ərizəçinin ərizəsi əsasında akt qeydləri arxvində 14.09.2021- 29.09.2021-cu illər üzrə yoxlama aparılmış, lakin ərizəçinin atası, X6 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmamışdır. Ona görə də Maraqlı şəxs tərəfindən ərizəçiyə, atasının vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Odur ki, məhkəmədən qanuni qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, ərizəçi onun atasıdır. Həqiqətən, atası X14 14.09.2021-ci il tarixdə vəfat etmiş və Mingəçevir şəhərinin kənd qəbirstanlığında dəfn edilmişdir. Onun özü də dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X8 da şahid X2 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə əsaslıdır. Belə ki, işdə olan doğum haqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 01.06.1959-cu il tarixdə X10 ilə X3 birgə nikahından doğulmuşdur. İşdə olan Təcili və X4 Stansiyası tərəfindən 14.09.2021-ci il tarixdə verilmiş Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, ünvan 1 ünvanına çağırış zamanı 1959-cu il təvəllüdlü Ərizəçi 14.09.2021-ci il tarixdə saat 10:45-də həkimə qədər öldüyü müəyyən edilmişdir. İşdə olan Mingəçevir şəhər bələdiyyəsi tərəfindən verilmiş arayışdan görünür ki, X10 14.09.2021-cu il tarixdə vəfat etmiş və Mingəçevir şəhəri, “Mingəçevir kəndl” qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən 28.09.2021-ci il tarixdə verilmiş 05/Q- 106/+5 nömrəli məktubdan görünür ki, Maraqlı şəxs akt qeydləri arxivində 14.09.2021- 29.09.2021-ci il üzrə yoxlama aparılmış, lakin X7 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmamışdır. Bununla əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, ərizəçinin atası 01.06.1959-cu il tarixdə doğulmuş X10 14.09.2021-cu il tarixdə ölmüş və Mingəçevir şəhər kənd qəbirstanlığında dəfn edilmişdir. Lakin ölümü vaxtında qeyd edilmədiyi üçün onun barəsində ölüm akt qeydi tərtib edilməmişdir. Ona görə də X10 oğlunun adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Hazırda atasından qalmış mirası qəbul etməsi üçün ərizəçidən ölüm haqqında şəhadətnamə tələb olunur. Ərizəçi isə ölüm haqqında şəhadətnaməni müvafiq icra hakimiyyəti orqanından ala bilmir. Ona görə də məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.8–ci madəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310–cu maddəsində göstərilmişdir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın ona hansı məqsəd üçün lazım olduğunu göstərməlidir. . İşin halları ilə müəyyən olunur ki, ərizəçi atasının vəfat etməsi faktının müəyyən edilməsini başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası MPM–in 308 və 310-cu maddələrində nəzərdə tutulmuş şərtlər məcmu halında mövcuddur. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, ərizə təmin edilməli və 01.06.1959-cu il tarixdə doğulmuş X6 14.09.2021-ci il tarixdə Mingəçevir şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 312–316 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏ T E T D İ: Ərizə təmin edilsin. 01.06.1959-cu il tarixdə Mingəçevir şəhərində doğulmuş X6 14.09.2021-ci il tarixdə Mingəçevir şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X6 ölüm faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölmünün qeyd edilməsi və ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-2048/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2048/2021
15.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver