Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-205/2023 17.01.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Ərizəçi iştirakı ilə, ölüm faktının müəyyən edilməsinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Ərizəçi məhkəməyə müraciət edərək, atası X3 ölüm faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında bildirdi ki, X7 onun atasıdır. Atası Vəsli 15 noyabr 1987-ci ildə vəfat etmişdir. X12 rayonu Yaldili kənd qəbirstanlığında dəfn etmişlər. Ölüm faktını təsdiq edən arayış olmadığı üçün Maraqlı şəxs tərəfindən atası Vəslinin ölümü haqqında şəhadətnam verilməsindən imtina edilmişdir. Həmin şəhadətnamənin başqa qaydada alınması mümkün deyil. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizənin təmin olunmasını, 1907-ci ildə anadan olmuş X3 15 noyabr 1987-ci ildə ölməsi faktının müəyyən olunmasını xahiş edir. Ölüm faktının müəyyən edilməsi atasına ölüm haqqında şəhadətnamə almaq üçün lazımdır. Maraqlı şəxsnə məhkəmə iclasınn vaxtı və yeri barədə bildiriş göndərilmiş, lakin onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. X4 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, ərizəçi ilə qonşudur. Ərizəçinin atası Vəsli həqqətən də 15 noyabr 1987-cu ildə vəfat edib. Yas mərasimində yaxından iştirak etmişdir. Ərizəçinin atasını Yevlax rayonunda dəfn etmişlər. X1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, ərizəçi ilə qonşudurlar. Onun atası Vəslini tanıyırdı. Ərizəçinin atası Vəsli 15 noyabr 1987-cu ildə vəfat etmişdir, onu Yevlax rayon Yaldili kənd qəbirstanlığında dəfn etmişlər. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. İşdə olan doğum haqqında arayışdan görünür ki, Ərizəçi xx xxxxxxxx 1960-cı ildə Mingəçevir şəhərində anadan olmuşdur. X8, anası X2r. İşə əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 05/Q-81/15 №-li 02 noyabr 2022-ci il tarixli arayışda göstərilir ki, akt qeydləri arxivində Ərizəçi ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmadı. İşə əlavə edilmiş Yevlax rayon Yaldili bələdiyyəsi tərəfindən verilmiş 04 noyabr 2022-ci il tarixli 50 №-li arayışda göstərilir ki, Ərizəçi 15 noyabr 1987-ci ildə vəfat etmiş və Yaldili kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə tədqiqi zamanı Ərizəçi 15 noyabr 1987-ci ildə Mingəçevir şəhərində ölməsi faktı müəyyən edildi. Həmçinin, müəyyən edildi ki, onun ölümü qeydə alınmamışdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, ərizə təmin olunmalı, Ərizəçi 15 noyabr 1987-ci ildə Mingəçevir şəhərində ölməsi faktı müəyyən edilməlidir. Ölüm faktının müəyyən edilməsi ölüm haqqında şəhadətnamə almaq üçün lazımdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: Ərizə təmin olunsun. 1907-ci il ildə anadan olmuş Ərizəçi 15 noyabr 1987-ci ildə Mingəçevir şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-205/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-205/2023
17.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver