Məhkəmə qərarları › İş №2(051)-2051/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2051/2022

01.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2051/2022 01.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Ərizəçi iştirakı ilə, ölüm faktının müəyyən edilməsinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Ərizəçi məhkəməyə müraciət edərək, qardaşı X3 ölüm faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında bildirdi ki, X7 onun qardaşıdır. Qardaşı Arzuman 15 avqust 1999-ci ildə vəfat etmişdir. Onun ölümü onları sarsıtdığı üçün vaxtında qeydiyyat şöbəsinə müraciət edə bilməmişlər. ArzumanıYevlax rayonu Qaraməmmədli kənd qəbirstanlığında dəfn etmişlər. Hazırda torpağı özəlləşdirmək istəyir, lakin bununla bağlı ondan qardaşının ölüm haqqında şəhadətnamsi tələb olunur. Ölüm faktını təsdiq edən arayış olmadığı üçün Mingəçevir Şəhər Qeydiyyat şöbəsi tərəfindən qardaşı Arzumanın ölümü haqqında şəhadətnam verilməsindən imtina edilmişdir. Həmin şəhadətnamənin başqa qaydada alınması mümkün deyil. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizənin təmin olunmasını, 16 dekabr 1994-cü ildə anadan olmuş X3 15 avqust 1999-cıu ildə Yevlax rayonunda ölməsi faktının müəyyən olunmasını xahiş edir. Ölüm faktının müəyyən edilməsi qardaşına ölüm haqqında şəhadətnamə almaq üçün lazımdır. Maraqlı şəxs Mingəçevir şəhər Qeydiyyat şöbəsinə məhkəmə iclasınn vaxtı və yeri barədə bildiriş göndərilmiş, lakin onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. X8 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Arzuman Mustafayev onun bacısı oğludur. Ərizəçinin qardaşı Arzuman həqqətən də 15 avqust 1999-cu ildə vəfat edib. Yas mərasimində yaxından iştirak etmişdir. Arzumanı Yevlax rayonunda dəfn etmişlər. X9 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, ərizəçi onun bacısı qızı, Arzuman isə bacısı oğludur. Ərizəçinin qardaşı Arzuman 15 avqust 1999-cu ildə vəfat etmişdir, onu Yevlax rayon Qaraməmmədli kənd qəbirstanlığında dəfn etmişlər. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. İşdə olan doğum haqqında arayışdan görünür ki, X7 16 dekabr 1994-cü ildə Yevlax rayon Qaraməmmədli kəndində anadan olmuşdur. X1, anası X5r. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 1989-cu ildə Yevlax rayonu Qaraməmmədli kəndində anadan olmuş X6 X1, anası X5r. İşə əlavə olunmuş nikah haqqında şəhadətnamədən görünür ki, X10 ilə X6 nikahı 24 may 2013-cü ildə Mingəçevir şəhər Nikah evində 161 №-ilə qeydiyyata alınmışdır. Nikahdan sonra arvada Kərimova soyadı verilmişdir. İşə əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 1818 №-li 27 iyul 2022-ci il tarixli arayışda göstərilir ki, akt qeydləri arxivində X3 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmadı. İşə əlavə edilmiş Yevlax rayon Qaraməmmədli kənd sakinləri tərəfindən imzalanmış 29 avqust 2022-ci il tarixli aktda göstərilir ki, Qaraməmmədli kənd sakini X2 16 dekabr 1994-cü ildə anadan olmuş övladı X7 15 avqust 1999-cu ildə Qaraməmmədli kəndində vəfat etmiş və Qaraməmmədli kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə tədqiqi zamanı X3 15 avqust 1999-cu ildə ölməsi faktı müəyyən edildi. Həmçinin, müəyyən edildi ki, onun ölümü qeydə alınmamışdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, ərizə təmin olunmalı, X3 15 avqust 1999-cu ildə Yevlax rayonunda ölməsi faktı müəyyən edilməlidir. Ölüm faktının müəyyən edilməsi ölüm haqqında şəhadətnamə almaq üçün lazımdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: Ərizə təmin olunsun. xx.xx.1994-cü il ildə Yevlax rayonu Qaraməmmədli kəndində anadan olmuş X3 15 avqust 1999-cu ildə Yevlax rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar