Məhkəmə qərarları › İş №2(051)-2060/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2060/2024

26.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2060/2024 26.11.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Qurbanova Xanım Bəxtiyar qızının katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ÜƏ Y YƏ N E T D İ : Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, mərhum oğlu X2 xx.xx.1987-ci ildə Mingəçevir şəhərində ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, oğlu X4 xx.xx.1986-cı il tarixdə Mingəçevir şəhərində doğulmuşdur. Uşaq anadan olandan xəstə olmuş və daimi müalicə almışdır. Ancaq ağır xəstə olması səbəbindən bir neçə ay yaşamış və xx.xx.1987-ci il tarixdə Mingəçevir şəhərində vəfat etmişdir. Maraqlı şəxsndə ölüm haqqında şəhadətnamə almaq üçün ölüm akt qeydi tapılmamışdır. Həmi şəhadətnaməni almağın başqa yolu olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X6 öz ifadəsi zamanı bildirdi ki, Ərizəçi qardaşının həyat yoldaşıdır. Qardaşının üç uşağı var. Bir uşağı vəfat etmişdir. Uşaq qüsurlu doğulmuş, əl və ayaqlarında bəzi barmaqları olmamış, bəzi barmaqları bitişik olmuşdur. Uşaq vəfat edikdən sonra Şəki rayonu Əlyar kəndində yerləşən Şeyx Osman qəbirsanlığında dəfn edilmişdir. Dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, Ərizəçi bacısı gəlinidir. Hal-hazırda üç uşağı var. İki oğlu və sonradan əkiz övladları dünyaya gəlmişdir. Biri qız, biri oğlan. Oğlan doğulanda xəstə olmuşdur. 1986-cı ildə doğulmuş və 1987-ci ildə vəfat etmişdir. Ərizəçi o vaxt Mingəçevir şəhərində işləyirdi və kirayədə qalırdı. Uşaq Mingəçevir şəhərində öldükdən sonra ata yurdu olduğundan Şəkidə dəfn olunmuşdur və dəfndə iştirak etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, ərizəçi bacısıdır. Hazırda iki oğlu bir qızı var. Bir uşağı vəfat etmişdir. Uşaq qüsurlu doğulmuşdu və xəstə idi. Uşaq Mingəçevir şəhərində vəfat emişdir. Şəki rayonunun Əlyar kəndində yerləşən Şeyx Osman qəbirsanlığında dəfn edilmişdir və dəfində iştirak etmişdir Məhkəmə ərizəni, maraqlı şəxsin nümayəndəsini ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə tərəfindən müəyyən olunmuş hallar aşağıdakılardan ibarət olmuşdur: İşdə olan doğum akt qeydinin surətindən görünür ki, X4 xx.xx.1986-cı il tarixdə doğulmuşdur. İş materiallarında olan 07 sentyabr 2024-cü il tarixli aktdan görünür ki, xx.xx.1986-cə ildə doğulmuş X4 1987-ci ilin yanvar ayında vəfat etmiş və Şəki rayonu, Əliyar kənd “Şeyx Osman” qəbirstanlığında qohumları Peykər nənənin aşağı hissəsində dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 3-16- 5/7-T-2xx-xx/2024 saylı məktubdan görünür ki, Maraqlı şəxs akt qeydləri arxivində xx.xx.2024-cü il tarixədək yoxlama aparılmış, lakin X2 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmamışdır. Bununla əlaqədar məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan nikah haqqında şəhadətnamənin notarialı qaydada təsdiq Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8–ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 310–cu maddəsində göstərilmişdir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın ona hansı məqsəd üçün lazım olduğunu göstərməlidir. İşin halları ilə müəyyən olunur ki, ərizəçi qızının vəfat etməsi faktının müəyyən edilməsini başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası MPM–in 308 və 310-cu maddələrində nəzərdə tutulmuş şərtlər məcmu halında mövcuddur. Məhkəmə iş üzrə müəyyən edilən hallara qiymət verərək hesab edir ki, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, mərhum oğlu xx.xx.1986-cı ildə Mingəçevir şəhərində anadan olmuş və xx.xx.1987-ci ildə X2 Mingəçevir şəhərində ölməsi faktı sübuta yetirilir. Ona görə də, ərizə təmin edilməlidir. Hüquqi faktın müəyyən edilməsi ərizəçiyə ölüm haqqında şəhadətnamə alması üçün zəruridir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 312–316 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1986-cı il təvəllüdlü X2 xx.xx.1987-ci il tarixdə Mingəçevir şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X2 vəfat etməsi faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölümünün qeyd edilməsi və ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar