Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2061/2024 27.09.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Əliyeva Əminə Malik qızının katibliyi, Ərizəçi vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi Maraqlı şəxs ilə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin qismən təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında xx.xx.2024cü il tarixdə bağlanmış barışıq sazişinin 1-ci bəndinin Maraqlı şəxs saziş bağlanan tarixdə - Ərizəçi adına olan Mingəçevir şəhəri, Nizami ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatdadır və öhdəlik götürür ki, saziş bağlandığı tarixdən sonra bir ay müddətində Mingəçevir şəhəri, Nizami ünvan 1 ünvanından qeydiyyatdan çıxacaq” hissəsində təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, cavabdeh Maraqlı şəxs ilə nikahımızı 08.01,2022-ci il tarixdə rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahlarından övladı olmamışdır. Aralarında olan münasibətlər pozulduğundan nikahları Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Bundan əlavə qeyd edir ki. cavabdeh Maraqlı şəxs Mıibaşir oğlu ilə Mingəçevir şəhəri 1 saylı Mediasiya təşkilatında xx.xx.2024-cü il tarixdə “Barışıq Sazişi" bağlamışlar. Barışıq Sazişinin şərtlərinə görə 1. İkinci tərəf (Maraqlı şəxs Mıibaşir oğlu) saziş bağlanan tarixdə birinci tərəfin(X3) adına olan ünvan 2 ünvanında yerləşən mənzildə qeydiyyatdadır və öhdəlik götürür ki. saziş bağlandığı tarixdən sonra bir ay müddətinə ünvan 3 ünvanından qeydiyyatdan çıxacaq İkinci tərəflə Bank Respublika arasında xx.xx.2023-cü il tarixdə bağlanmış Razılaşma əsasında kredit limiti açılmışdır. İkinci tərəfə Girov müqaviləsi əsasında verilmiş kreditə görə, birinci tərəfə məxsus qızıl-zinyət əşyaları girov qoyulub. İkinci tərəf öhdəlik götürür ki, yuxarıda qeyd edilən kredit ödənişini xx.xx.2026-cı il tarixində yekunlaşdırdıqdan sonra xx.xx.2027-ci il tarixinədək 23170425 nömrəli Daşınar əmlakın qiymətləndirmə Aktına əsasən ümumi 2895 manat 71 qəpik (iki min səkkiz yüz doxsan beş manat, yetmiş bir qəpik) dəyərində olan 9 sayda. 56.8 qram qızılı birinci tərəfə qaytaracaq. Birinci tərəf öhdəlik götürür ki, ikinci tərəf girov qoyulan qızılları təhvil verdiyi gün nikaha daxil olarkən ikinci tərəfə hədiyyə edilmiş nişan üzüyünü təhvil verəcək. Qeyd edir ki, barışıq sazişinin şərtləri Maraqlı şəxs Miibaşir oğlu tərəfindən pozulmuş və onu aldatmışdır. Belə ki, barışıq sazişinin bağlanmasından bir neçə ay keçməsinə baxmayaraq cavabdeh adına olan mənzildən ünvan 3 ünvanından hələdə, qeydiyyatdan çıxmamışdır. X5 6-cı bəndinə görə saziş imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıy ır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 təqvim günü müddətində könüllü olaraq icra edilməlidir. Sazişin 8-ci bəndinə görə sazişin könüllü icrasından imtina olunarsa, tərəf sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. xx.xx.2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Mingəçevir şəhəri Nizami prospekti ev 7. mənzil 94 X3 adına qeydə alınmışdır. Qeyd edilən mənzil xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinə əsasən alıcı X6 tərəfindən 31500 (otuz bir min beş yüz) manata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 17 saylı Ərazi İdarəsi tərəfindən mənzilə dair texniki pasport xx.xx.2021 -ci il tarixdə tərtib edilmişdir. Mənzil mənim və valideynlərimin vəsaiti ilə alınmışdır. Cavabdeh Maraqlı şəxs bu evin alınmasında heç bir xidməti olmamışdır. Çıxarışın alınması üçün müraciət olunmasına baxmayaraq bayram günlərinə düşdüyündən qeydiyyat tarixi nikahımızdan bir neçə gün sonraya düşmüşdür. Belə ki, cavabdehlə aramızda olan nikah xx.xx.2022-ci il tarixdə rəsmiləşmiş, mənzilin çıxarışının qeydiyyat tarixi isə xx.xx.2022-ci il tarixdə olmuşdur. Mənzil bizim birgə əmlakımız deyil, tam mülkiyyət hüququ ilə mənə məxsusdur və valideynlərimin, özümün vəsaiti ilə almışam . Mingəçevir şəhəri 14 saylı MİS tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli AKT-dan görünür ki, Maraqlı şəxs Nizami küçəsi ev 7. mənzil 94-də qeydiyyatda olmasına baxmayaraq heç vaxt yaşamamışdır Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçi vəkili və nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı öz izahatında ərizəyə uyğun izahat verərək onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəni, ərizəçinin vəkili və nümayəndəsi Nümayəndə izahatı, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İşdə olan nikahın pozulmasıhaqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış nikah qeydinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X1 şəhəri, Nizami Gəncəvi küçəsi, ev 7, 94 saylı mənzili X2 31.500 manat ödəməklə əldə etmişdir. AR ƏMDX yanında DƏDKR X9 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Mingəçevir şəhəri, Nizami Gəncəvi küçəsi, ev 7, 94 saylı mənzil xx.xx.2022-ci il tarixdə X3 adına mülkiyyət hüquqları qeydiyyata alınmışdır. İşdə olan 14 saylı MİS-nin xx.xx.2024-cü il tarixli aktına əsasən Maraqlı şəxs Mingəçevir şəhəri, Nizami ünvan 1 ünvanında qeydiyyatda olmasına baxmayaraq heç vaxt yaşamamışdır. xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişinin 1-ci bəndinə əsasən Maraqlı şəxs saziş bağlanan tarixdə - Ərizəçi adına olan Mingəçevir şəhəri, Nizami ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatdadır və öhdəlik götürür ki, saziş bağlandığı tarixdən sonra bir ay müddətində Mingəçevir şəhəri, Nizami ünvan 1 ünvanından qeydiyyatdan çıxacağına dair barışıq sazişi imzalanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Belə ki, Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “ Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən qanunla müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra edilməmişdir. Eyni zamanda məhkəmə iş materialları ilə müəyyən etdi ki, Ərizəçi ilə Maraqlı şəxs xx.xx.2022-ci il tarixdə rəsmi nikah bağlanmaqla ailə qurmuşlar, sonradan ailə münasibətləri kəskinləşmiş, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən nikah qeydi pozulmuşdur. xx.xx.2024-cü il tarixdə isə barışıq sazişi bağlanmış və həmin sazişin 1-ci bəndinə əsasən Maraqlı şəxs saziş bağlanan tarixdə - Ərizəçi adına olan Mingəçevir şəhəri, Nizami ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatdadır və öhdəlik götürür ki, saziş bağlandığı tarixdən sonra bir ay müddətində Mingəçevir şəhəri, Nizami ünvan 1 ünvanından qeydiyyatdan çıxacaqdır. Lakin Maraqlı şəxs sözügedən barışıq sazişinin həmin bəndinə riayət etməyərək onu icra etməkdən yayınmışdır. Məhkəmə hesab edir ki, barışıq sazişi qismən təsdiq edilməlidir. Belə ki, barışıq sazişində Maraqlı şəxs qeydiyyatdan çıxarılmasınəzərdə tutulmuş Mingəçevir şəhəri, Nizami Gəncəvi küçəsi, ev 7, 94 saylı mənzil xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Ərizəçi tərəfindən əldə edilmiş, mülkiyyət hüquqları isə xx.xx.2022ci il tarixdə qeydiyyata alınmışdır. İşin hallarından da göründüyü kimi mənzil nikahdan əvvəl alındığından həmin mənzilə Maraqlı şəxs hər hansı mülkiyyət hüququndan bəhs edilə bilməz, eyni zamanda həmin mənzilə qeydiyyata düşməsi də, həmin mənzilə istifadə hüququnun yaranmasına əsas vermir. Belə ki, 14 saylı MİS-nin xx.xx.2024-cü il tarixli aktına əsasən Maraqlı şəxs Mingəçevir şəhəri, Nizami ünvan 1 ünvanında qeydiyyatda olmasına baxmayaraq heç vaxt yaşamamışdır. Belə olduğu halda, xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişinin 1-ci bəndinin Maraqlı şəxs saziş bağlanan tarixdə - Ərizəçi adına olan Mingəçevir şəhəri, Nizami ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatdadır və öhdəlik götürür ki, saziş bağlandığı tarixdən sonra bir ay müddətində Mingəçevir şəhəri, Nizami ünvan 1 ünvanından qeydiyyatdan çıxacaq” hissəsində təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 355-23, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində xx.xx.2022-ci il tarixdə bağlanmış barışıq sazişinin 1-ci bəndinin Maraqlı şəxs saziş bağlanan tarixdə - Ərizəçi adına olan Mingəçevir şəhəri, Nizami ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatdadır və öhdəlik götürür ki, saziş bağlandığı tarixdən sonra bir ay müddətində Mingəçevir şəhəri, Nizami ünvan 1 ünvanından qeydiyyatdan çıxacaq” hissəsində təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-2061/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2061/2024
27.09.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver