Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2082/2022 28.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, qardaşı X5 xx.xx.2006-cı il tarixdə Mingəçevir şəhərində anadan olmuşdur. Uzun xəstəliyi ilə əlaqədar xx.xx.2017-ci il tarixdə vəfat etmiş və həmin gün Yevlax rayonunun Cırdaxan kənd qəbiristanlığında dəfn olunmuşdur. Lakin onun ölümü qeydə alınmamışdır. Hazırda bəzi məsələləri həll edilməsi üçün onun ölüm sənədi tələb olunur. Bu məqsədlə Maraqlı şəxsnə müraciət etsələrdə ölüm haqqında tibbi şəhadətnamə olmadığından onun müraciətinə imtina edlmişdir. Ona görə də ərizəçi məhkəmədən qardaşı xx.xx.2006-cı il təvəllüdlü X3 ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə X1 və X4 şahid kimi ifadə verərək bildirdilər ki, onlar ərizəçi ilə yaxın qohumdurlar və həqiqətən də ərizəçinin mərhum qardaşı X5 xx.xx.2017-ci tarixdə ölmüşdür. Maraqlı şəxsnə məhkəmə iclası yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddələrinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək belə hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin notariat qaydada təsdiq olunmuş surətlərindən görünür ki, Ərizəçi məhrum X3 qardaşıdır. İş materiallarında olan arayışdan görünür ki, Mahmudov X2 şəhəri Kür küçəsin ev 21-də yaşayır. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi qardaşı X5 xx.xx.2006-cı il tarixdə Mingəçevir şəhərində anadan olmuşdur. Uzun xəstəliyi ilə əlaqədar xx.xx.2017-ci il tarixdə vəfat etmiş və həmin gün Yevlax rayonunun Cırdaxan kənd qəbiristanlığında dəfn olunmuşdur. Lakin onun ölümü qeydə alınmamışdır. Hazırda bəzi məsələləri həll edilməsi üçün ölüm sənədi tələb olunur. Bu məqsədlə ərizəçi Maraqlı şəxsnə müraciət etsələrdə ölüm haqqında tibbi şəhadətnamə olmadığından onun müraciətinə imtina edlmişdir. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı başqa qaydada alması qeyri-mümkündür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 45 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8-ci maddəsinin 5-ci bəndinə əsasən ölüm haqqında həkim şahədətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi hüquqi əhəmiyyəti olan faktları məhkəmə müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən Məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirmişdir. Məhkəmə həmin sübutları qanunla müəyyən edilmiş sübutetmə vasitəsi ilə əldə etməsi kimi qiymətləndirir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə bu normaların tələbindən çıxış edərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci, 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.2006-cı il tarixdə Mingəçevir şəhərində anadan olmuş X3 xx.xx.2017-ci il tarixdə Mingəçevir şəhərində ölməsi faktı müəyyən edilsin. X3 xx.xx.2017-ci il tarixdə ölməsi barədə ölüm haqqında şəhadətnamənin verilməsi Mingəçevir ş şəhər Qeydiyyat Şöbəsinə həvalə olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-2082/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2082/2022
28.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver