Məhkəmə qərarları › İş №2(051)-2089/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2089/2022

21.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2089/2022 21.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi Ərizəçi vəkili və nümayəndəsi Vəkil iştirakı ilə Ərizəçi şəxslərin vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ÜƏ Y YƏ N E T D İ : Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən X2nın xx.xx.1974-cü il tarixdə Mingəçevir şəhərində və X8 xx.xx.1995-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X11 və X12 onun bacısı və qardaşıdır. X2 xx.xx.1974-cü il tarixdə, qardaşı X12 isə xx.xx.1995-ci il tarixdə dünyasını dəyişmişdir. Həmin vaxt dərin sarsıntı keçirdikləri üçün ölüm haqqında şəhadətnamə almamışlar. Halhazırda ünvan 1 ünvanında yerləşən mənzili özəlləşdirmək istəyir. Lakin bacısı və qardaşının ölüm şəhadətnaməsi olmadığından bu mümkün olmamışdır. Buna görə də ölüm faktının müəyyən olunması vacibdir. Ərizəçi vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Təmsil etdiyi şəxsin bacısı xx.xx.1974-cü il təvəllüdlü X11 xx.xx.1974-cü il tarixdə Mingəçevir şəhərində və qardaşı xx.xx.1973-cü il təvəllüdlü X12 isə xx.xx.1995-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Təmsil etdiyi şəxsin mərhum bacısı və qardaşı vəfat etsə də, onların adına ölüm haqqında şəhadətnamə alınmamışdır. Hazırki dövrdə təmsil etdiyi şəxs ünvan 1 ünvanında yerləşən mənzili özəlləşdirmək istəyir. Buna görə də ilk növbədə vərəsəliklə bağlı mübahisə həll edilməlidir. Ölüm haqqında şəhadətnamə olmadığı üçün isə bu mümkün olmamışdır. Bu məqsədlə Qeydiyyat Şöbəsinə müraciət etsə də, ona məhkəməyə müraciət eməsi tövsiyyə edilmişdir. Başqa qaydada bacısının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, ərizəçi onun qonşusudur. 1974-cü ildən qonşu olmuşlar. 1-ci uşaqları, yəni Şəfəq avqust ayında oldu və dekabrda öldü. Onu kənddə dəfn etdilər. Həmin vaxt Abdullayeva Səmayənin 24 yaşı olub. 2-ci uşaqları isə, yəni Samir cəzaçəkmə müssisəsində öldü. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, ərizəçi onun bacısı qızıdır. Şəfəq üçün yas verilmədi. Yevlax rayon Hürüuşağı kəndində dəfn olunub. Qardaşı Samir isə Salyan rayonunda türmədə ölüb. Maraqlı şəxs nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni, ərizəçinin nümayəndəsinin və vəkilinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə tərəfindən müəyyən olunmuş hallar aşağıdakılardan ibarət olmuşdur: İş materiallarında olan Maraqlı şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 05/Q- 68/15 nömrəli məktubdan görünür ki, Maraqlı şəxs akt qeydləri arxivində xx.xx.1971xx.xx.1977-ci il üzrə yoxlama aparılmış, lakin X6 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmamışdır. Bununla əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 05/Q- 67/15 nömrəli məktubdan görünür ki, Maraqlı şəxs akt qeydləri arxivində xx.xx.1992xx.xx.1998-ci il üzrə yoxlama aparılmış, lakin X8 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmamışdır. Bununla əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Belə ki, işdə olan Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1973-cü il tarixdə X3 və X4 birgə nikahından doğulmuşdur. Belə ki, işdə olan Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1974-cü il tarixdə X5 və X4 birgə nikahından doğulmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Müalicə Müəssisəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 1556 saylı arayışdan görünür ki, X12 xx.xx.1995-ci il tarixdə Müalicə müəssisəsində vəfat etmişdir. İşdə olan 28 aprel 1977-ci il tarixli 6030 №-li Orderdən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil X1 adına verilmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8–ci madəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 310–cu maddəsində göstərilmişdir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın ona hansı məqsəd üçün lazım olduğunu göstərməlidir. İşin halları ilə müəyyən olunur ki, ərizəçi bacısının vəfat etməsi faktının müəyyən edilməsini başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası MPM–in 308 və 310-cu maddələrində nəzərdə tutulmuş şərtlər məcmu halında mövcuddur. Məhkəmə iş üzrə müəyyən edilən hallara qiymət verərək hesab edir ki, Ərizəçi bacısı xx.xx.1974-cü il təvəllüdlü X11 xx.xx.1974-cü il tarixdə Mingəçevir şəhərində və qardaşı xx.xx.1973-cü il təvəllüdlü X12 isə xx.xx.1995-ci il tarixdə Bakı şəhərində ölməsi faktı sübuta yetirilir. Ona görə də, ərizə təmin edilməlidir. Hüquqi faktın müəyyən edilməsi ərizəçiyə ünvan 1 ünvanında yerləşən mənzili özəlləşdirmək iüçün zəruridir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 312–316 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1974-cü il təvəllüdlü X6 xx.xx.1974-cü il tarixdə Mingəçevir şəhərində vəfat etməsi faktı müəyyən edilsin. xx.xx.1973-cü il təvəllüdlü X8 xx.xx.1995-cı il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X6 vəfat etməsi faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölümünün qeyd edilməsi və ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. X8 vəfat etməsi faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölümünün qeyd edilməsi və ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar