Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-2096/2023 16.08.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ X1 Ələkbər Məmmədtağı oğlu, Ərizəçi tərəflərin imzası ilə təsdiq edilmiş Mediasiya tərəfindən verilmiş barışıq sazişi üzrə müəyyən edilmiş öhdəliklərin məcburi icrası haqqında məhkəmə qaydasında icra vərəqisinin verilməsinə dair ərizəsinə baxaraq Müəyyən etdim: Ərizəçi tərəflərin imzası ilə təsdiq edilmiş Mediasiya tərəfindən verilmiş barışıq sazişi üzrə müəyyən edilmiş öhdəliklərin məcburi icrası haqqında məhkəmə qaydasında icra vərəqisinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Ərizəyə Ərizəçi tərəfindən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə görə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən Ərizəçi ərizəsi geri qaytarılmalıdır. Həmçinin, izah edilməlidir ki, Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq Qərara aldım: Ərizəçi tərəflərin imzası ilə təsdiq edilmiş Mediasiya tərəfindən verilmiş barışıq sazişi üzrə müəyyən edilmiş öhdəliklərin məcburi icrası haqqında məhkəmə qaydasında icra vərəqisinin verilməsinə dair ərizəsi geri qaytarılsın. İzah olunsun ki, Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir şəhər məhkəməsinə şikayət verilə bilər. HAKİM Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-2096/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-2096/2023
16.08.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver