Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2099/2023 16.10.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi, Ərizəçi: Ərizəçi nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən mərhum bacısı X1 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən olunması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil məhkəmə iclası zamanı ərizəni müdafiə etdi, əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, təmsil etdiyi şəxs, Ərizəçi xx xxx 1994- cü ildə doğulmuşdur. X3 onun bacısıdır. X13 15 aprel 2023-cü ildə uzun sürən xəstəlikdən sonra Bakı şəhərində vəfat etmişdir. Onun ölümü onları sarsıtdığı üçün bu barədə qeydiyyat şöbəsinə vaxtında müraciət edərək ölüm haqqında şəhadətnamə ala bilməmişlər. Bacısını Mingəçevir şəhər ''Sağ sahil” qəbristanlığında dəfn etmişlər. Hazırda mənzilin sənədləşməsi və uşağının orta məktəbə qəbul edilməsi ilə bağlı bacısının ölüm haqqında şəhadətnaməsi tələb olunur. Bununla bağlı o, Maraqlı şəxsnə müraciət etmiş, ona ölüm faktının müəyyən olunması ilə bağlı ərizə ilə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Lakin o, yaranmış problemlərlə əlaqədar bacısının ölüm haqqında şəhadətnaməsini ala bilmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə əsaslıdır. Belə ki, işdə olan Doğum haqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1991-ci il tarixdə X5 ilə X2 birgə nikahından doğulmuşdur. İşdə olan Maraqlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, Ərizəçi qızı xx.xx.1994-cü il tarixdə X5 ilə X2 birgə nikahından doğulmuşdur. İşdə olan Maraqlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışlardan görünür ki, X5 xx.xx.2002-ci il tarixdə, X6 isə xx.xx.1999-cu il tarixdə ölmüşdür. İşdə olan «Tibbi Ərazi Bölmələrini İdarəetmə birliyi» X16 «X15» X16 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, PHŞ-6-2/2-V-316-42-180/2023 saylı arayışdan görünür ki, 1991-ci il təvəllüdlü X3 8 saylı TTTY-nın briqadasının müşayətilə hədsiz ağır vəziyyətdə xx.xx.2023-cü il tarixdə saat 06:50-də X14 açil şöbəsinə gətirilmiş, təcili olaraq aparılan reanimasion tədbirlərə baxmayaraq xəstədə xx.xx.2023-cü il tarixdə saat 07:12-də bioloji ölüm baş vermişdir. Hadisə barəsində Nəsimi rayon 20 saylı polis bölməsinə X4 məlumat verilmişdir. Polis əməkdaşları şöbəyə daxil olub, meyidə baxış keçirdikdən sonra təşrihə göndərilməli olduğunu bildirmişdir, lakin mərhumun yaxınları qəti imtina edərək meyiti evə aparmışdır. Bu səbəbdən X15 ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilmir. İşdə olan Mingəçevir Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 585 saylı arayışdan görünür ki, X3 xx.xx.2023-cü il tarixdə vəfat etmiş və Mingəçevir şəhəri «Sağ sahil» qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 3-16- 5/8-15-X-58-23 nömrəli məktubdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2023-xx.xx.2023-cü il üzrə yoxlama aparılmış, lakin X1 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmamışdır. Bununla əlaqədar Ərizəçi məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, ərizəçinin mərhum bacısı X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində X14 açil şöbəsində vəfat etmiş və Mingəçevir şəhər «Sac Sahil» qəbirstanlığında dəfn olunmuşdur. Bacısının ölümü ilə bağlı X8 ölüm haqqında tibbi şəhadətnamə ala bilməmişdir. Bununla da onun barəsində ölüm akt qeydi tərtib edilməmişdir. Ona görə də mərhum X1 adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Hazırda mənzilin sənədləşdirilməsi üçün ərizəçidən ölüm haqqında şəhadətnamə tələb olunur. Ərizəçi isə ölüm haqqında şəhadətnaməni müvafiq icra hakimiyyəti orqanından ala bilmir. Ona görə də məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.8–ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM–in 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310–cu maddəsində göstərilmişdir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. İşin halları ilə müəyyən olunur ki, ərizəçi bacısının vəfat etməsi faktının müəyyən edilməsini başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası MPM–in 308 və 310-cu maddələrində nəzərdə tutulmuş şərtlər məcmu halında mövcuddur. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, ərizə təmin edilməli və xx.xx.1991-ci il tarixdə doğulmuş mərhum X1 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 307–311 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1991-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş X1 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X1 vəfat etməsi faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölümünün qeyd edilməsi və ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-2099/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2099/2023
16.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver