Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2100/2023 30.10.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı əmlakın fərdi yaşayış evindən çıxarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehə məxsus -1 dəst abedni servis, qazan dəsti, 2-si yekə olmaqla, 6 ədəd qaşıqlı kasa, 6 ədəd göy rəngli qaşıqsız kasa, 6 ədəd madonna nəlbəki, 6 ədəd göy nəlbəki, 6 ədəd balaca xrustal stəkan, 6 ədəd göy 4 künc ləpə qabı (2-si cavabdehdədir), 6 ədəd göy ləpə qabı, 6 ədəd madonna ləpə qabı, 6 ədəd göy madonna aş boşqabı (cavabdehdədir), 6 ədəd göy madonna sous boşqabı, 6 ədəd göy madonna dolma boşqabı, 6 ədəd madonna salat boşqabı, 12 ədəd sous boşqabı, 5 ədəd qara madonna salat boşqabı, 6 ədəd çaşka və nəlbəki, 2 ədəd göy kül qabı, 2 ədəd göy lötkə qənd qabı, 2 ədəd göy xrustal lötkə qənd qabı, 2 ədəd göy lötkə meyvə qabı, 3 ədəd göy salfetka qabı (biri yoxdur), 6 ədəd xrustal bakal, 6 ədəd şüşə bakal, xrustal gül qabı, 2 ədəd xrustal yekə meyvə qabı, perlamot rəng qab dəsti, daş qaşlı sarı güllü yekə gül qabı, 2 ədəd qaşlı meyvə qabı, 2 ədəd balaca meyvə qabı, qazan dəsti, kapron ləyən, 2 ədəd kapron süzgənc, 2 ədəd plasmas içi güllü qab, yekə çuqun qazan, 2 ədəd balaca ləyən, sarımsaq əzən, çıraq - naçnik, 2 ədəd 1 nəfərlik döşək, 2 ədəd 1 nəfərlik yorğan, sintefon yorğan, yun divan döşəyi, paltaryuyan üstü örtük, uşaq çarpayısı, sandıq, 1 ədəd 2x3 ölçüdə xalçadan ibarət əşyaların qanuni istifadəsində olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh onun gəlinidir. Oğlu şəhid olandan sonra gəlini Cavabdeh ondan əmlak tələb etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(051)-351/2021 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh ona və X6 qarşı əmlak tələbinə dair iddia tələbi qismən təmin edilmiş, 131 adda cehiz əşyaları və ya qətnamə icra olunan vaxt qeyd edilən əmlaklar mövcud olmazsa onların dəyəri onlardan alınaraq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. O və X8 həmin qətnamədən apellyasiya şikayəti vermişlər. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(107)-1480/2021 saylı qətnaməsinə əsasən o və X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(051)- 351/2021 nömrəli qətnaməsi tamamilə ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmışdır. Həmin qətnamədə cavabdehə məxsus cehiz əşyaları adbaad qeyd edilmişdir. Ondan sonra da cavabdeh əşyalarını götürməmişdir. Hansı ki, ona məxsus əşyaların üzərinə icra məmuru siyahıya alıb həbs qoymuşdur. Həmin vaxtdan cavabdeh valideynləri ilə birlikdə yaşayır. Lakin cavabdehə məxsus cehiz əşyaları sözügedən ünvanda qalmışdır. Cavabdehə mənzildə olan əşyalarını çıxarmağı desə də, o, əşyalarını çıxarmamışdır. Həmin əşyalar bunlardır: 1 dəst abedni servis, qazan dəsti, 2-si yekə olmaqla, 6 ədəd qaşıqlı kasa, 6 ədəd göy rəngli qaşıqsız kasa, 6 ədəd madonna nəlbəki, 6 ədəd göy nəlbəki, 6 ədəd balaca xrustal stəkan, 6 ədəd göy 4 künc ləpə qabı (2-si cavabdehdədir), 6 ədəd göy ləpə qabı, 6 ədəd madonna ləpə qabı, 6 ədəd göy madonna aş boşqabı (cavabdehdədir), 6 ədəd göy madonna sous boşqabı, 6 ədəd göy madonna dolma boşqabı, 6 ədəd madonna salat boşqabı, 12 ədəd sous boşqabı, 5 ədəd qara madonna salat boşqabı, 6 ədəd çaşka və nəlbəki, 2 ədəd göy kül qabı, 2 ədəd göy lötkə qənd qabı, 2 ədəd göy xrustal lötkə qənd qabı, 2 ədəd göy lötkə meyvə qabı, 3 ədəd göy salfetka qabı (biri yoxdur), 6 ədəd xrustal bakal, 6 ədəd şüşə bakal, xrustal gül qabı, 2 ədəd xrustal yekə meyvə qabı, perlamot rəng qab dəsti, daş qaşlı sarı güllü yekə gül qabı, 2 ədəd qaşlı meyvə qabı, 2 ədəd balaca meyvə qabı, qazan dəsti, kapron ləyən, 2 ədəd kapron süzgənc, 2 ədəd plasmas içi güllü qab, yekə çuqun qazan, 2 ədəd balaca ləyən, sarımsaq əzən, çıraq - naçnik, 2 ədəd 1 nəfərlik döşək, 2 ədəd 1 nəfərlik yorğan, sintefon yorğan, yun divan döşəyi, paltaryuyan üstü örtük, uşaq çarpayısı, sandıq, 1 ədəd 2x3 ölçüdə xalça. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə telefon vasitəsilə əlaqə saxlanılmış, cavabdeh əşyalarının mənzildən çıxarılmasına etiraz etmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2008-ci il tarixli reyestrdə 7E-13-6474 nömrə ilə qeyd edilmiş etibarnamənin surətindən görünür ki, X1 Azər Həmid oğluna Mingəçevir şəhər Bağlar Təsərrüfatının, Fərdi və Bağ evlərinin Tikintisi, İstismarı və İnkişafı İdarəsinin 1397 nömrəli bağın invertarlaşdırma vərəqəsinə əsasən Mingəçevir şəhər Məişət tullantıları ərazisi ətrafı İSMD-5 Bağçılıq Yoldaşlığında yerləşən 520 kv.m ölçüdə olan torpaq sahəsindən istifadə etməyi, rəsmiləşdirməyi, rəsmiləşdirdikən sonra DƏDRX-nin YƏİ-dən Forma №1 almağı, Çıxarış almağı, satmağı, bağışlamağı, dəyişməyi, pulunu almağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar etmişdir. Etibarnamə 50 (əlli) il – xx.xx.2058-ci il müddətədək etibarlıdır. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-351/2021 saylı icra sənədi üzrə Mingəçevir şəhəri Bağlar massivi ünvanında olan əşyaların siyahıya alınaraq üzərinə həbs qoyulmasına dair xx.xx.2021-ci il tarixli protokolun surətindən görünür ki, iddia ərizəsində göstərilən əşyalardan 6 ədəd göy 4 künc ləpə qabının ikisinin olmaması, 6 ədəd göy madonna aş boşqabının olmaması, 3 ədəd göy salfetka qabının birinin olmaması, iddia ərizəsində göstərilən qalan əşyaların yerində olması göstərilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(107)-1480/2021 saylı qətnaməsindən görünür ki, cavabdehlər İddiaçı və X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(051)- 351/2021 nömrəli qətnaməsi tamamilə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qismən təmin edilmiş, cavabdehlər İddiaçı və X4 01 dəst (obedni) servis - 150 (yüz əlli) manat, 1 dəst çaynı servis - 80 (səksən) manat, Qazan dəsti - 120 (yüz iyirmi) manat, 2 ədəd qalın tuj qazan - 60 (altmış) manat, 6 ədəd qaşıqlı kasa, 2-si yekə - 30 (otuz) manat, 6 ədəd göy rəngli qaşıqsız kasa - 12 (on iki) manat, 6 ədəd madonna nəlbəki - 10 (on) manat, 6 ədəd göy nəlbəki - 8 (səkkiz) manat, 6 ədəd balaca göy nəlbəki - 6 (altı) manat, 6 ədəd xrustal nəlbəki - 10 (on) manat, 6 ədəd xrustal stəkan balaca - 10 (on) manat, 6 ədəd göy 4 künc ləpə qabı - 24 (iyirmi dörd) manat, 6 ədəd göy ləpə qapı - 20 (iyirmi) manat, 6 ədəd madonna ləpə qabı - 30 (otuz) manat, 6 ədəd göy madonna aş boşqabı - 30 (otuz) manat, 6 ədəd göy madonna sous boşqabı - 30 (otuz) manat, 6 ədəd göy madonna dolma boşqabı - 30 (otuz) manat, 6 ədəd madonna salat boşqabı - 30 (otuz) manat, 12 ədəd sous boşqabı - 15 (on beş) manat, 12 ədəd aş boşqabı - 18 (on səkkiz) manat, 12 ədəd dolma boşqabı - 15 (on beş) manat, 12 ədəd salat boşqabı - 15 (on beş) manat, 6 ədəd bulud - 25 (iyirmi beş) manat, 6 ədəd zərli qara salat boşqabı - 30 (otuz) manat, 6 ədəd qara madonna salat boşqabı - 30 (otuz) manat, 6 ədəd salat boşqabı - 10 (on) manat, 6 ədəd göy rəngli qulplu su qabı - 25 (iyirmi beş) manat, 2 ədəd göy su qabı - 20 (iyirmi) manat, 6 ədəd çaşka və nəlbəki - 30 (otuz) manat, 6 ədəd şüşə nəlbəki - 30 (otuz) manat, 6 ədəd 4 künc tort qabı - 30 (otuz) manat, 2 ədəd lötkə şüşə qarpız qabı - 10 (on) manat, 3 ədəd çaynik 1 ağ 2 göy - 30 (otuz) manat, 2 ədəd göy kül qabı - 15 (on beş) manat, 2 ədəd ağ xrustal kül qabı - 20 (iyirmi) manat, 2 ədəd ağ kül qabı plasmas - 10 (on) manat, 2 ədəd göy lötkə qənd qabı - 10 (on) manat, 2 ədəd xrustal qulplu qənd qabı - 15 (on beş) manat, 2 ədəd xrustal qulpsuz qənd qabı - 15 (on beş) manat, 3 mərtəbə madonna şirniyyat qabı - 40 (qırx) manat, Ləpəçəkən - 8 (səkkiz) manat, Balıq təmizləyən - 5 (beş) manat, Tort bəzəyən - 5 (beş) manat, 2 ədəd göy lötkə meyvə qabı - 30 (otuz) manat, Yekə meyvə qabı - 20 (iyirmi) manat, 6 ədəd göy razedka - 30 (otuz) manat, 3.ədəd.göy.salfetka.qabı.-.10.(on).manat, yekə qara bulud - 30 (otuz) manat, yekə aş buludu - 30 (otuz) manat, 4 ədəd padnos - 40 (qırx) manat, 3 ədəd ləyən - 30 (otuz) manat, 2 ədəd tuj ləyən -30 (otuz) manat, tutacaq - 5 (beş) manat, 6 ədəd xrustal bakal - 30 (otuz) manat, 6 ədəd xrustal su sətəkanı - 25 (iyirmi beş) manat, 6 ədəd şüşə bakal - 15 (on beş) manat, 2 ədəd xrustal duz qabı - 10 (on) manat, Xrustal gül qabı - 30 (otuz) manat, 2 ədəd xrustal dayaz şirniyyat qabı – 25 (iyimi beş) manat, 2 ədəd xrustal yekə meyvə qabı - 40 (qırx) manat, 2 ədəd xrustal şakalad qabı - 15 (on beş) manat, 2 ədəd qoşa duz qabı - 12 (on iki) manat, 2 ədəd konfet qabı - 20 (iyirmi) manat, Kapron tutacaq - 5 (beş) manat, Perlamot rəng qab dəsti - 300 (üç yüz) manat, Daş qaşlı sarı güllü yekə gül qabı – 50 (manat,) Qaşlı meyvə qabı 2 ədəd - 40 (qırx) manat, 2 ədəd balaca meyvə qabı - 20 (iyirmi) manat, 2 ədəd şakalad qabı - 20 (iyirmi) manat, Qazan dəsti - 150 (yüz əlli) manat, Kapron ləyən - 3 (üç) manat, 2 ədəd kapron süzgənc - 4 (dörd) manat, 2 ədəd plasmas içi güllü qab - 10 (on) manat, 1 dəst ədviyyat qabı - 7 (yeddi) mane 2 ədəd aş süzən - 15 (on beş) manat, 2 ədəd tuj sapılca - 30 (otuz) manat, Tuj çaydan - 15 (on beş) manat, Yekə.çuqun.qazan.-.40.(qırx).manat, Balaca çuqun qazan - 20 (iyirmi) manat, 2 ədəd balaca ləyən - 15 (on beş) manat, Sap naboru - 5 (beş) manat, Sarımsaq əzən - 5 (beş) manat, Katlet götürən - 5 (beş) manat, Katlet çöndərən - 5 (beş) manat, 6 ədəd paltar şpilkası - 5 (beş) manat, Şotka - 5 (beş) manat, Qozqıran - 5 (beş) manat, Balta - 10 (on) manat, 12 ədəd meyvə bıçağı - 10 (on) manat, 12 ədəd ağ meyvə bıçağı - 15 (on beş) manat, 12 ədəd yağ bıçağı - 15 (on beş) manat, 12 ədəd çəngəl - 15 (on beş) manat, 12 ədəd çay qaşığı - 15 (on beş) manat, 12 ədəd aş qaşığı - 24 (iyirmi dörd) manat, 2 ədəd kəfkir- 10 (on) manat, 2 ədəd yekə çömçə - 10 (on) manat, 6 ədəd bulud qaşığı - 30 (otuz) manat, 2 ədəd qazan qaşığı– 20 (iyirmi).manat,2 ədəd yekə taxta qaşıq.- .10.(on).manat, çıraq -20 (iyirmi) manat, Naçnik.-30 (otuz).manat, duxovka - 160 (yüz altmış) manat, tozsoran.- 180.(yüz..səksən).manat, Pol silən vedrəsi ilə - 30 (otuz).manat, Bıçaq nabor dəsti - 50 (əlli) manat, 1 ədəd 2 nəfərlik yun döşək - 100 (yüz) manat, 2 nəfərlik yun yorğan - 80 (səksən) manat, 2 ədəd 1 nəfərlik döşək - 60 (altmış) manat, 2 ədəd 1 nəfərlik yorğan - 40 (qırx) manat, Sintefon yorğan - 20 (iyirmi) manat, Yun divan döşəyi - 40 (qırx) manat, 6 ədəd yekə yastıq - 60 (altmış) manat, 2 ədəd nazik uzun yastıq - 20 (iyirmi) manat, 2 ədəd sintefon uzun yastıq - 20 (iyirmi) manat,1 ədəd 4 künc yastıq - 15 (on beş) manat, 1 ədəd sintefon mütəkkə - 10 (on) manat, odeyal - 80 (səksən) manat, Pambıq adeyal - 50 (əlli) manat, can məhrəbası - 20 (iyirmi) manat, paltaryuyan üstü örtük - 40 (qırx) manat, ət çəkən - 120 (yüz iyirmi) manat, sokçəkən- 60. (altmış) manat, mikser30.(otuz) manat , uşaq çarpayısı-200.(iki.yüz).manat, sandıq - 100 (yüz) manat, 1 ədəd xalça 5x4-300 (üç yüz) manat, 1 ədəd xalça 2x3 - 150 (yüz əlli) manat -naturada və ya qətnamə icra edilən vaxtı əmlaklar olmadığı halda isə onların dəyəri alınaraq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Beləliklə, məhkəmə iddiaçı tərəfin izahatının və işdə olan sənədlərin tam və hərtərəfli tədqiqi nəticəsində müəyyən etdi ki, cavabdeh iddiaçının gəlinidir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının qanuni istifadəsindədir. İddiaçının oğlu şəhid olduqdan sonra cavabdehlə iddiaçı arasında narazılıq yaranmış və cavabdeh iddiaçının qanuni istifadəsində olan fərdi yaşayış evindən çıxmışdır. Ondan sonra cavabdeh iddiaçıya və onun ailə üzvünə qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(107)-1480/2021 saylı qətnaməsinə əsasən cavabdehlər İddiaçı və X4 iddia ərizəsində göstərilən əşyaların naturada, mövcud olmadıqda isə dəyərinin alınıb cavabdehə verilməsi qət edilsə də, cavabdeh tələb etdiyi əşyaları götürməmişdir. Həmin vaxtdan cavabdehə məxsus cehiz əşyaları iddiaçının qanuni istifadəsində olan fərdi yaşayış evində qalmışdır. İddiaçı cavabdehə əşyalarının çıxarılması ilə bağlı məlumat vermiş, lakin cavabdeh əşyalarını çıxarmamışdır. Hazırda da cavabdehin özü yaşamasa da, ona məxsus cehiz əşyaları həmin fərdi yaşayış evində qalmaqda davam edir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, hazırki iddiaya qiymət verərkən hesab edir ki, aşağıda göstərilən əsaslara görə iddia tələbi əsaslıdır. Məhkəmə mübahisənin düzgün həll edilməsi üçün mübahisəli fərdi yaşayış evinin hansı hüquqi statusda olmasının müəyyən edilməsinin zəruriliyini nəzərə alaraq qeyd edir ki, işdə olan sənədlərə əsasən mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Lakin işin müəyyən olunmuş halları ilə təsdiq edilir ki, mübahisəli fərdi yaşayış evi İddiaçı qanuni sahibliyindədir. Bu da onu deməyə əsas verir ki, həmin fərdi yaşayış evinə İddiaçı mülkiyyətə gözlənti hüququ vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2008-ci il tarixli reyestrdə 7E-13-6474 nömrə ilə qeyd edilmiş etibarnaməyə əsasən X1 Azər Həmid oğluna Mingəçevir şəhər Bağlar Təsərrüfatının, Fərdi və Bağ evlərinin Tikintisi, İstismarı və İnkişafı İdarəsinin 1397 nömrəli bağın invertarlaşdırma vərəqəsinə əsasən Mingəçevir şəhər Məişət tullantıları ərazisi ətrafı İSMD-5 Bağçılıq Yoldaşlığında yerləşən 520 kv.m ölçüdə olan torpaq sahəsindən istifadə etməyi, rəsmiləşdirməyi, rəsmiləşdirdikən sonra DƏDRX-nin YƏİ-dən Forma №1 almağı, Çıxarış almağı, satmağı, bağışlamağı, dəyişməyi, pulunu almağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar etmişdir. Etibarnamə 50 (əlli) il – xx.xx.2058-ci il müddətədək etibarlıdır. V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010–cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyində qeyd olunmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də, şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Həmin Qərarda daha sonra göstərilir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Ona görə də məhkəmə hesab edir ki, həmin mübahisəli fərdi yaşayış evi İddiaçı fasiləsiz və etirazsız olaraq uzun müddət istifadəsində qaldığından, onun həmin mübahisəli fərdi yaşayış evinə gözlənilən mülkiyyət hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. “Akimova Azərbaycana qarşı” iş üzrə xx.xx.2007–ci il tarixli, “Burdov Rusiyaya qarşı” iş üzrə və digər bu kimi qərarlarında X10 məhkəməsi qeyd etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ “İnsan Hüquqları və X3 Haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1–ci maddəsi baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi də məsələyə yuxarıda göstərilən qaydada X10 məhkəməsinin mövqeləri ilə uyğun gələn mövqedən yanaşmış, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar xx.xx.2010–cu il tarixli, Viktor Ozerovun şikayəti ilə əlaqədar xx.xx.2011–ci il tarixli, Müşfiq Bayramovun şikayəti ilə əlaqədar xx.xx.2011–ci il tarixli qərarında və digər qərarlarında hesab etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir. Məhkəmə, həmçinin hesab edir ki, İddiaçı mübahisəli fərdi yaşayış evinə gözlənilən mülkiyyət hüququ yarandığından, mübahisənin həlli zamanı mülkiyyət hüququnu tənzimləyən maddi hüquq normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Məhkəmə, həmçinin iddianın düzgün həll edilməsi üçün cavabdehin mübahisəli fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququnun yaranıb-yaranmaması məsələsinin müəyyən edilməsini də zəruri hesab edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən müəyyən etdi ki, mübahisəli fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, cavabdeh gəlin köçdükdən əvvəl və sonra mübahisəli fərdi yaşayış evi İddiaçı qanuni sahibliyində və istifadəsində olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2–ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2–ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014–cü il tarixli qərarında qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 30–cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15–ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1–ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Ailə Məcəlləsinin 13 və 15–ci Fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, ər və arvadın bir–birinə maddi cəhətdən kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir. Göründüyü kimi ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında gəlin “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilməmiş, həmçinin qayınatanın gəlini saxlamaq vəzifəsi müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə cavabdehin ailə qanunvericiliyi əsasında iddiaçı ilə birlikdə mübahisəli fərdi yaşayış evində onun ailə üzvü kimi yaşamaq və özünün saxlanılmasını tələb etmək hüququ yaranmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2–ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2–ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014–cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2–ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Məhkəmə, öz qənaətini onunla əsaslandırır ki, cavabdehin mübahisəli mənzil üzərində hər hansı bir əşya hüququ qeydə alınmadığından, iddiaçı ilə onun arasında müqavilə və ya ailə münasibətləri mövcud olmadığından, cavabdehin yaşayış sahəsindən istifadə etmək hüququ yaranmamışdır. Mülkiyyətçinin Konstitusiyada təsbit olunmuş bu hüquqları öz təbiəti etibarilə nəinki onun təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Hazırki mübahisəyə münasibətdə məhkəmə qeyd edir ki, cavabdehin mübahisəli fərdi yaşayış evindən iddiaçı ilə bərabər istifadə etmək hüququ olmadığından, ona məxsus cehiz əşyalarının mübahisəli fərdi yaşayış evində saxlanılması iddiaçının əmlak üzərində olan faktiki sahiblik və istifadə hüququndan məhrum olunmasına səbəb olur. Belə ki, məhkəmə, işin müəyyən olunmuş həqiqi hallarına uyğun olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan Qərarlarında və həmin qərarlarında əks olunmuş hüquqi mövqelərini nəzərə alaraq hesab edir ki, cavabdehin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması üçün əsaslar olmadığına görə iddiaçının cavabdehə qarşı əmlakın çıxarılması tələbinə dair iddiası təmin edilməli və cavabdehə məxsus əşyalar iddiaçının qanuni istifadəsində olan fərdi yaşayış evindən çıxarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh məxsus əşyalar - 1 dəst abedni servis, qazan dəsti, 2-si yekə olmaqla, 6 ədəd qaşıqlı kasa, 6 ədəd göy rəngli qaşıqsız kasa, 6 ədəd madonna nəlbəki, 6 ədəd göy nəlbəki, 6 ədəd balaca xrustal stəkan, 6 ədəd göy 4 künc ləpə qabı (2-si cavabdehdədir), 6 ədəd göy ləpə qabı, 6 ədəd madonna ləpə qabı, 6 ədəd göy madonna aş boşqabı (cavabdehdədir), 6 ədəd göy madonna sous boşqabı, 6 ədəd göy madonna dolma boşqabı, 6 ədəd madonna salat boşqabı, 12 ədəd sous boşqabı, 5 ədəd qara madonna salat boşqabı, 6 ədəd çaşka və nəlbəki, 2 ədəd göy kül qabı, 2 ədəd göy lötkə qənd qabı, 2 ədəd göy xrustal lötkə qənd qabı, 2 ədəd göy lötkə meyvə qabı, 3 ədəd göy salfetka qabı (biri yoxdur), 6 ədəd xrustal bakal, 6 ədəd şüşə bakal, xrustal gül qabı, 2 ədəd xrustal yekə meyvə qabı, perlamot rəng qab dəsti, daş qaşlı sarı güllü yekə gül qabı, 2 ədəd qaşlı meyvə qabı, 2 ədəd balaca meyvə qabı, qazan dəsti, kapron ləyən, 2 ədəd kapron süzgənc, 2 ədəd plasmas içi güllü qab, yekə çuqun qazan, 2 ədəd balaca ləyən, sarımsaq əzən, çıraq - naçnik, 2 ədəd 1 nəfərlik döşək, 2 ədəd 1 nəfərlik yorğan, sintefon yorğan, yun divan döşəyi, paltaryuyan üstü örtük, uşaq çarpayısı, sandıq, 1 ədəd 2x3 ölçüdə xalça, İddiaçı istifadəsində olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılna elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-2100/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2100/2023
30.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver