Məhkəmə qərarları › İş №2(051)-2112/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2112/2023

20.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2112/2023 20.10.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Ərizəçi: Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi barədəərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ÜƏ Y YƏ N E T D İ : Ərizəçiərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən X1 30 noyabr 1990-cı ildə Mingəçevir şəhərində ölməsi faktının müəyyən olunması haqda qətnaməçıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, X4 onun oğludur. Rəşad Qədirov 13 iyun 1990-cı il tarixdə Mingəçevir şəhərində doğulmuşdur. Oğlu Rəşad hələ körpə olarkən qəflətən vəfat etmişdir. 90-cı illərdə avamçılıqdan ölüm haqqında şəhadətnamə alınmamışdır. xx.xx.2023-cü il tarixdə Qeydiyyat şöbəsinə müraciət edərək digər oğluna ipoteka ilə ev almaq üçün ailə tərkibinə dair arayış alarkən həmin ölən oğlununda adı orada qeyd olunmuşdur. O, oğlu Rəşad hələ körpə olarkən qəflətən vəfat etdiyini bildirsə də bu barədə sistemdə məlumat olmadığını bildirdilər. Hazırda oğlunun ölüm haqqında şəhadətnaməsini ala bilmir. Həmin şəhadətnamənin başqa qaydada alınması mümkün deyil. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmin faktın başqa cür müəyyən edilməsi mümkün deyil. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi haqqında qətnaməçıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı şahid qismindədindirilmiş X5 ifadəsində göstərdi ki, həqiqətən, Rəşad hələ körpə olarkən qəflətən vəfat etmişdir.Onun özü də dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, ərizəçi onun qardaşıdır. Həqiqətən, həqiqətən, Rəşad hələ körpə olarkən qəflətən vəfat etmişdir.Onun özü də dəfn mərasimində iştirak etmişdir. Maraqlı şəxs nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlışəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçiriməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə əsaslıdır. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X4 oğlu xx.xx.1990-cı il tarixdə vəfat etmiş və Yevlax rayonu Tanrıqulular kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş məktubdan görünür ki, Maraqlı şəxs akt qeydləri arxivində yoxlama aparılmış, lakin X2 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmamışdır. Bununla əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyəolunmuşdur. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki,ərizəçinin oğlu X4 xx.xx.1990-cı il tarixdə vəfat etmişdir. Lakin ölümü vaxtında qeyd edilmədiyi üçün onun barəsində ölüm akt qeydi tərtib edilməmişdir. Ona görə dəmərhum X2 adına ölüm haqqında şəhadətnaməverilməmişdir. Hazırda müəyyən məsələlərin həll edilməsi üçün ərizəçidən ölüm haqqında şəhadətnamə tələb olunur. Ərizəçi isə ölüm haqqında şəhadətnaməni müvafiq icra hakimiyyəti orqanından ala bilmir. Ona görə də məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.8–cimadəsinəəsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308–ci maddəsindəgöstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310–cu maddəsindəgöstərilmişdir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın ona hansı məqsəd üçün lazım olduğunu göstərməlidir. İşin halları ilə müəyyən olunur ki, ərizəçi atasının vəfat etməsi faktının müəyyən edilməsini başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunmasıüçün Azərbaycan Respublikası MPM–in 308 və 310-cu maddələrində nəzərdə tutulmuşşərtlər məcmu halında mövcuddur. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, ərizə təmin edilməli və 13.06.199-cı il tarixdə doğulmuş mərhum X2 xx.xx.1990--cı il tarixdə Mingəçevir şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlaraəsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 312– 316 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1990-cı il tarixdə doğulmuş mərhum X2 xx.xx.1990--cı il tarixdə Mingəçevir şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X2 vəfat etməsi faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölmünün qeyd edilməsi və ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəməİnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar