Məhkəmə qərarları › İş №2(051)-2143/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2143/2021

24.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2143/2021 24.11.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Ərizəçi, Maraqlı şəxs rəisi X3 iştirakı ilə, ölüm faktının müəyyən edilməsi tələbinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi məhkəməyə müraciət edərək, oğlu X5 ölüm faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında bildirdi ki, X7 onun oğludur. Tural Uğurluyev 22 fevral 1986-cı ildə Mingəçevir şəhərində anadan olmuşdur. Tural hələ 05 mart 1988-ci ildə qəflətən vəfat etmişdir. Turalı Kəlbəcər rayonunda dəfn etmişlər. Lakin vaxtında oğluna ölüm haqqında şəhadətnamənin alınması ilə bağlı Qeydiyyat şöbəsinə müraciət edə bilməmişdir. Sonradan Maraqlı şəxsnə ölüm haqqında şəhadətnamənin alınması ilə bağlı müraciət etmiş, ancaq Qeydiyyat şöbəsi ona məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Oğlunun ölümünün qeydə alınması barədə şəhadətnaməsi olmadığı üçün hüququ əhəmiyyəti olan digər faktları müəyyən edə bilmir. Ərizənin təmin olunması, oğlu Turalın 05 mart 1988-ci ildə Mingəçevir şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Ölüm faktının müəyyən edilməsi ona oğluna ölüm haqqında şəhadətnamə almaq üçün lazımdır. Maraqlı şəxs rəisi S.Hüseynova məhkəmə iclasında ərizənin təmin olunmasına etiraz etmədiyini bildirdi. X1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, ərizəçi onun qızıdır. Həqiqətən də nəvəsi Tural Uğurluyev 05 mart 1988-ci ildə vəfat etmiş, Turalı Kəlbəcər rayonunda dəfn etmişlər. X2 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, ərizəçi onun bacısıdır. Bacısının 5 uşağı olub, uşaqların biri Tural 1986-cı ildə anadan olub, 05 mart 1988-ci ildə vəfat edib. Turalı Kəlbəcər rayonunda dəfn etmişlər. Məhkəmə ərizəçini, maraqlı şəxsi və şahidləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 22 fevral 1986cı ildə Mingəçevir şəhərində doğulmuşdur. X4, anası Ərizəçidır. İşə əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 05/Q-110/15 saylı 14 oktyabr 2021-ci il tarixli arayışda göstərilir ki, akt qeydləri arxivində 05.03.1988-15.10.2021-ci il üzrə yoxlama aparılarkən X5 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmadı. Məhkəmə tədqiqi zamanı X5 05 mart 1988-ci ildə Mingəçevir şəhərində ölməsi faktı müəyyən edildi. Həmçinin, müəyyən edildi ki, onun ölümü qeydə alınmamışdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, ərizə təmin olunmalı, X5 05 mart 1988-ci ildə Mingəçevir şəhərində ölməsi faktı müəyyən edilməlidir. Ölüm faktının müəyyən edilməsi ölüm haqqında şəhadətnamə almaq üçün lazımdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. 22 fevral 1986-cı ildə Mingəçevir şəhərində anadan olmuş X5 05 mart 1988-ci ildə Mingəçevir şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar