Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2175/2024 10.12.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Qurbanova Xanım Bəxtiyar qızının katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ÜƏ Y YƏ N E T D İ : Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən həyat yoldaşı xx.xx.1951-cü il təvəllüdlü, X4 xx.xx.1985-ci il tarixdə Ukrayna Respublikasının Donetsk vilayətinin Kirovsk şəhərində vəfat etməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, həyat yoldaşı X7 ilə xx.xx.1980-ci ildə ailə həyatı qurmuşdur. Həyat yoldaşı Ukrayna Respublikasının Donetsk vilayətinin Kirovsk şəhərində DİN-nin X13 polis işləyirdi. O, iş başında olarkən xx.xx.1985-ci ildə vəfat etmiş, xx.xx.1985-ci il tarizdə Yevlax rayonu, Yaldili kənd qəbirstanlığında dəfn edilib. Onun ölüm haqqında şəhadətnaməsi yoxdur. Ancaq ona məlum olmuşdur ki, məhkəməyə müraciət etməzdən öncə Maraqlı şəxsnə şəhadətnamənin alınması üçün müraciət etdi. Lakin Maraqlı şəxs ona məhkəməyə müraciət etməyi tövsiyyə etdi. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X2 məhkəmə iclası zamanı verdiyi ifadəsində gösətdi ki, mərhum həyat yoldaşının bibisi oğludur. 1985-ci ildə Ukrayna Respublikasının Donetsk vilayətinin Kirovsk şəhərində ürək tutmasından vəfat edib. Hətta onun tabutunu Bakı şəhərindən təhvil alıb Yevlaxa həyat yoldaşı gətirmişdir. Yas mərasimində də iştirka ediblər. Onu Yevlax rayon kənd qəbirstanlığında dəfn etmişlər. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, mərhum Ukrayna Respublikasının Donetsk vilayətinin Kirovsk şəhərində yol polisi vəzifəsində çalışırdı. Xidməti vəzifəsini icra edən zaman vəziyyəti pisləşmiş, xətaxanaya yerləşdirilmiş, elə oradaca vəfat etmişdir. Tabutu Yevlax rayonuna gətirilmişdir. Yas mərasimində də iştirak etmişdir. Yevlax rayon kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, ərizəçi əmisi qızının qızıdır. mərhum 1985-ci ildə Ukrayna Respublikasının Donetsk vilayətində ürək tutmasından vəfat etmişdir. Tabutu Yevlax rayonuna gətirilmişdir. Yas mərasimində də iştirak etmişdir. Yevlax rayon kənd qəbirstanlığında dəfn edilmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni, ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə tərəfindən müəyyən olunmuş hallar aşağıdakılardan ibarət olmuşdur: İşdə olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 ilə X10 arasında xx.xx.1980-ci ildə Mingəçevir şəhər VVAQ Şöbəsində rəsmi nikah bağlanmış və həmin nikah 335 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Nikah bağlandıqdan sonra arvada “Nağıyeva” soyadı verilmişdir. İş materiallarında olan Yevlax rayonu, Yaldili Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024ci il tarixli, 37 nömrəli arayışdan görünür ki, X7 20aprel 1985-ci ildə vəfat etmiş və Yevlax rayonu Yaldili kənd qəbrisitanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 3-16- 5/7-N-3xx-xx/2024 saylı məktubdan görünür ki, Maraqlı şəxs akt qeydləri arxivində xx.xx.1982-xx.xx.1988-ci illər üzrə yoxlama aparılmış, lakin X4 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmamışdır. Bununla əlaqədar məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Yevlax rayonu, Yaldili kənd bələdiyyəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X1 rayonu, Yaldili kənd qəbrstanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8–ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 310–cu maddəsində göstərilmişdir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın ona hansı məqsəd üçün lazım olduğunu göstərməlidir. İşin halları ilə müəyyən olunur ki, ərizəçi anasının vəfat etməsi faktının müəyyən edilməsini başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası MPM–in 308 və 310-cu maddələrində nəzərdə tutulmuş şərtlər məcmu halında mövcuddur. Məhkəmə iş üzrə müəyyən edilən hallara qiymət verərək hesab edir ki, Ərizəçi həyat yoldaşı xx.xx.1951-cü il təvəllüdlü, X4 xx.xx.1985-ci il tarixdə Ukrayna Respublikasının Donetsk vilayətinin Kirovsk şəhərində vəfat etməsi faktı sübuta yetirilir. Ona görə də, ərizə təmin edilməlidir. Hüquqi faktın müəyyən edilməsi ərizəçiyə əmlakını bağışlamaq üçün notariat kontoruna təqdim edilməsi üçün aidiyyəti orqanlara verilməli olduğundan zəruridir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 312–316 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1951-ci il təvəllüdlü, X4 xx.xx.1985-ci il tarixdə Ukrayna Respublikasının Donetsk vilayətinin Kirovsk şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X4 vəfat etməsi faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölümünün qeyd edilməsi və ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-2175/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2175/2024
10.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver