Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2177/2025 08.12.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Ərizəçi: Ərizəçi, Maraqlı şəxs: Mingəçevir regional “Asan Xidmət” X2 nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y YƏ N E T D İ : Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.1984-cü il tarixdə doğulmuş X6 xx.xx.2025-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə Ərizəçi tələbin dəqiqləşməsi barədə ərizə təqdim etmiş və Məhkəməyə təqdim etdiyi ərizəsində qeyd edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mingəçevir regional “Asan Xidmət” X5 kimi oxunmasını və 25 mart 1984-cü il tarixdə doğulmuş X6 29 aprel 2025-ci il tarixdə Ukrayna, Donetsk Xalq Respublikası, Kramatorski rayonunda vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi X8 ilə xx.xx.2005-ci ildə rəsmi nikaha daxil olaraq evlənmişdir. xx.xx.2025-ci il tarixdə mərhum həyat yoldaşı X1 Federasiyası, Donetsk Xalq Respublikası, Kramatorski rayonu Vodyanoye Vtoroye yaşayış məntəqəsində müharibədə vəfat etmişdir. Bununla bağlı Rostov vilayəti Novoçerkassk şəhəri administrasiyasının vətəndaşlıq vəziyyəti aktlarının Qeydiyyat Şöbəsi tərəfindən №96100051 saylı ölüm haqqında şəhadətnamə verilmişdir. xx.xx.2025-ci il tarixdə mərhum həyat yoldaşı Yevlax rayonu Aşağıbucaq kənd qəbiristanlığında dəfn ediİmişdir. Ərizəçi mərhum həyat yoldaşının ölüm haqqında şəhadətnamənin verilməsi üçün 7 saylı Bakı "Asan Xidmət" X4 müraciət etmişdir, lakin həmin Şöbədən ərizəçiyə xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-3564-2025 saylı məktubu ilə ölüm haqqında qeydin aşkar olunmadığı bildirilmişdir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, onun mərhum həyat yoldaşına Rostov vilayəti Novoçerkassk şəhəri administrasiyasının vətəndaşlıq vəziyyəti aktlarının Qeydiyyat Şöbəsi tərəfindən №96100051 saylı ölüm haqqında şəhadətnamə verilmişdir. Lakin 7 saylı Bakı "Asan Xidmət" X4 müraciət etmişdir, lakin həmin Şöbədən ərizəçiyə xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-3564-2025 saylı məktubu ilə ölüm haqqında qeydin aşkar olunmadığı bildirilmişdir. Mərhum həyat yoldaşı Rusiya Federasiyasına gedib-gəlirdi. Sonuncu dəfə müharibəyə getmiş və orada Rusiya ordusunda döyüşmüşdür. Bununla belə müharibəyə könüllü olaraq getmişdir. Odur ki, izahatında göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Mingəçevir şəhər “ASAN xidmət” X2 nümayəndəsi X7 qanunamüvafiq qərar çıxarılmasını məhkəmədən xahiş edir. Bununla belə, ərizənin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə ərizəni, ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə tərəfindən müəyyən olunmuş hallar aşağıdakılardan ibarət olmuşdur: Belə ki, işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 7 saylı Bakı “Asan Xidmət” X5 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-3564-25 saylı məktubdan görünür ki, xx.xx.2025-ci il tarixli ərizəyə cavab olaraq ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibb müəsisəsinin müvafiq sənədi ilə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənəd olmadığından Qeydiyyat Şöbəsində ölümün qeydə alınması mümkün deyildir. İşdə olan Rostov vilayəti Novoçerkassk şəhəri administrasiyasının vətəndaşlıq vəziyyəti aktlarının Qeydiyyat Şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamədən görünür ki, X1 Federasiyası, Donetsk Xalq Respublikası, Kramatorski rayonu Vodyanoye Vtoroye yaşayış məntəqəsində 29 aprel 2025-ci il tarixdə vəfat etmiş və onun ölümü №96100051 saylı ölüm haqqında akt qeydi tərtib edilmişdir. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 ilə Ərizəçi arasında olan nikah Rostov vilayəti Novoçerkassk şəhəri administrasiyasının vətəndaşlıq vəziyyəti aktlarının Qeydiyyat Şöbəsi tərəfindən 05 mart 2025-ci il tarixdə 69№ ilə qeyd alınmışdır. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8–ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 310–cu maddəsində göstərilmişdir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın ona hansı məqsəd üçün lazım olduğunu göstərməlidir. İşin halları ilə müəyyən olunur ki, ərizəçi qızının vəfat etməsi faktının müəyyən edilməsini başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası MPM–in 308 və 310-cu maddələrində nəzərdə tutulmuş şərtlər məcmu halında mövcuddur. Məhkəmə iş üzrə müəyyən edilən hallara qiymət verərək hesab edir ki, Ərizəçi əri X8 xx.xx.2025-ci il tarixdə Ukrayna, Donetsk Xalq Respublikası, Kramatorski rayonunda ölməsi faktı sübuta yetirilir. Ona görə də, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 312–316 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1984-cü il tarixdə doğulmuş əri X8 xx.xx.2025-ci il tarixdə Ukrayna, Donetsk Xalq Respublikası, Kramatorski rayonunda ölməsi faktı müəyyən edilsin. Ərizəçi əri X6 ölməsi faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölümünün qeyd edilməsi və ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-2177/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2177/2025
08.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver