Məhkəmə qərarları › İş №2(051)-2210/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2210/2022

21.10.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2210/2022 21.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Ərizəçi: Ərizəçi iştirakı ilə, Ərizəçi “Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi və məcburi icrasına” dair işə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanmış 140 manat alimentin ödənilməsi barədə xx.xx.2021-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi və həmin barışıq sazişinin məcburi icrası üçün 50 manat Mediator xidməti haqqının, alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Mingəçevir şəhərində mediator X1 iştirakı ilə maraqlı şəxs cavabdeh Hüseyn İsmayıl oğlu ilə 23 noyabr 2021-ci il tarixdə alimentlı bağlı barışıq sazişi bağlanmışdır. Həmin sazişə əsasən keçmiş əri Maraqlı şəxs iki uşağının saxlanması üçün hər ay hər uşağa 70 manat cəmi 140 manat aliment ödəməli idi. Lakin Maraqlı şəxs barışıq sazişinin şərtlərini pozmuş, bir dəfədə olsun aliment ödəməmişdir. Özü isə uşaqlara baxmaqda çətinlik çəkir. Rəsmi iş yeri yoxdur. Fərdi xidmət sahəsində günəmuzd işləyir. Uşaqların maddi tələbatlarını ödəməkdə maddi sıxıntılar var. Ona görə də məhkəmədən onunla Maraqlı şəxs arasında bağlanmış 140 manat alimentin ödənilməsi barədə xx.xx.2021-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi və həmin barışıq sazişinin məcburi icrası üçün 50 manat Mediator xidməti haqqının, alınıb ona verilməsi haqqında çıxarılmasını xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İşə əlavə olunmuş xx.xx.2021-ci il tarixli Barışıq sazişindən görünür ki, Maraqlı şəxs hər ay 140 manat məbləğində Ərizəçi aliment verməyi üzərinə götürmüşdür. İşə əlavə olunmuş xx.xx.2021-ci il tarixli X2 və Mediasiya Xidmətlərinin Göstərilməsi X3 görünür ki, birinci tərəf – ünvan 1 ünvanda yaşayan Ərizəçi, ikinci tərəf – ünvan 2 ünvanında yaşayan Maraqlı şəxs olmaqla mübahisə tərəfləri alimentin müəyyən edilməsi mediasiya prosesi vasitəsi ilə həll etməyə çalışacaqlar. Məhkəmə ərizəçini izahatını dinləyib, təqdim olunmuş sənədləri araşdırıb məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddsəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Azərbaycan Respublikası MPM-nin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini obyektiv və qərəzsiz nəzərdən keçirərək belə nəticəyə gəlir ki, Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış xx.xx.2021-ci il tarixli barışıq sazişi Maraqlı şəxs xx.xx.2009-cu il təvəllüdlü Yusif və xx.xx.2011-ci il təvəllüdlü Kəmalə adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 70 manat cəmi 140 manat, həmçinin həmin barışıq sazişinin məcburi icrası i üçün ödənilmiş 50 manat Mediator xidməti haqqının ödənilməsi şərtləri ilə təsdiq edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: Ərizə təmin edilsin. Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış 140 manat alimentin ödənilməsi barədə xx.xx.2021-ci il tarixli barışıq sazişi təsdiq edilsin, və həmin barışıq sazişinin məcburi icrası 50 manat Barışıq Sazişi üçün ödənilmiş Mediator xidməti haqqı Maraqlı şəxs tutulub Ərizəçi na ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar