Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2225/2023 13.09.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi Ərizəçi qıznın iştirakı ilə Ərizəçi Maraqlı şəxs ilə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs i1ə onun arasında bağlanmiş xx.xx.2023-cü il tarixli barişiq sazişinin təsdiq edilməsini və barişiq sazişində göstərilən1ərə əsasən xx.xx.2015-ci il təvə1lüd1ü X1 adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanmasi üçün cavabdeh Maraqlı şəxs hər ay 200 manat, həmçinin ödədiyi 100 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, Maraqlı şəxs ilə nikahları xx.xx.2013-cü ildə rəsmiləşdirilmişdir. Birgə nikahlarından xx.xx.2015-ci tarixdə X1 adlı uşaqları doğulmuşdur. Nikahların ilk dövrlərində ailə münasibətləri normal olmuş, mehriban yaşayıblar. Lakin bir müddət sonra münasibətiləri pozulmuşdur. Buna səbəb onunla xasiyyətləri uyğun olmamasıdır. Dəfələrlə ailə münasibətlərini bərpa etməyə çalişa da heç bir nəticəsi olmamışdır. Hal-hazirda nikahları məhkəmə qaydasında pozulması ərəfəsindədirlər. Həmin ərəfədə Maraqlı şəxslə bərabər mediasiya prosesində olublar. Aralarında olan xx.xx.2023-cü il tarixli barışıq sazişi əsasən xx.xx.2015-ci il təvəllüdlü İmran adlı uşağı onun yanında qalmış və Maraqlı şəxs uşaq yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 200 manat məbləğində aliment tutaraq ona ödənilməsi barədə razılığa gəlmişdirlər. Lakin Maraqlı şəxs barışıq sazişinin tələblərini kobud surətdə pozmuş və aliment öhdəsini icra etməmişdir. Maraqlı şəxs barışıq sazişini könüllü icra etmək niyyəti olmamışdır. Belə olan halda məcburən barışıq sazişinin təsdiq olunması məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında üzürlü səbəblərdən iştirak edə bilməyəcəyi üçün onun iştirakı olmadan iclasın keçirilməsini və qərar gəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında alimentin ödənilməsinə razı olduğunu və aliment məbləğinin əmək haqqından tutulmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəni, ərizəçini izahatı, maraqlı şəxsin ərizəsini, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İşdə olan şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İmran adlı uşağın atası Maraqlı şəxsdur. İşdə olan xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişinin 3-cü bəndindən görünür ki, Ərizəçi himayəsində olan 08 avqust 2015-ci il təvəllüdlü İmran adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ayın 25-dək Maraqlı şəxs 200 manat alimentin ərizəçiyə verilməsinə dair razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən 100 azn dövlət rüsumu maraqlışəxsdən ərizəçinin xeyrinə tutumalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. “ Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən qanunla müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişinə əsasən Ərizəçi himayəsində olan 08 avqust 2015-ci il təvəllüdlü İmran adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ayın 25də uşağın Maraqlı şəxs 200 manat miqdarında alimentin ərizəçiyə verilməsinə dair barışıq sazişi məcburi icra edilməsi üçün təsdiq edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən 100 azn dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutumalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 355-23, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə təmin edilsin. Maraqlı şəxs ilə Ərizəçi arasında mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişinə əsasən Ərizəçi himayəsində olan 08 avqust 2015-ci il təvəllüdlü İmran adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Maraqlı şəxs hər ay 200 manat məbləğində alimentin tutulub ərizəçiyə verilməsinə dair barışıq sazişi təsdiq edilsin. Dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat pul məbləği Maraqlı şəxs tutulub iddiaçı Ərizəçi ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-2225/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2225/2023
13.09.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver