Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2227/2025 11.02.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Ərizəçi nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Mingəçevir regional “Asan Xidmət” X16 cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizə: Ərizəçi maraqlı şəxs Mingəçevir regional “Asan Xidmət” X16 cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, qardaşı xx.xx.1969-cu il təvəllüdlü X11 xx.xx.1994-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırılması: Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx xxx 1968-ci ildə ünvan 1 ünvanında ailə üzvləri ilə birgə yaşayır. xx.xx.1969-cu il təvəllüdlü X26 qardaşı olub. X26 14 oktyabr 1994-cü ildə vəfat etmişdir. Mərhum qardaşı X18 Mingəçevir şəhərində yerləşən şəhər qəbiristanlığıda dəfn etmişlər. Qardaşının xəstəliyi ilə əlaqədar belə gözlənilməz şəkildə ölümü onları sarsıtdığı üçün bu barədə qeydiyyat şöbəsinə vaxtında müraciət edə bilməmişlər. Özü hal-hazırda Mingəçevir şəhərində ailə üzvləri ilə birgə yaşayır və işləyir. Mingəçevir şəhəri, Qaçaq Nəbi küçəsi, ev 7 ünvanında qeydiyyatdadır və faktiki olaraq həmin ünvanında yaşayır. Hazırda mərhum atası Kərimov Ələmşahdan miras qalan Mingəçevir şəhəri, Qaçaq Nəbi küçəsi, ev 7 ünvanında yerləşən fərdi yaşayış evinin vərəsəlik işi ilə bağlı müəyyən sənədləşmə işlərinin aparılması zamanı dövlət orqanlarından, konkret olaraq Maraqlı şəxsndən, Mingəçevir regional “Asan Xidmət” mərkəzində Notariat ofisindən və Mingəçevir şəhər Pasport və Qeydiyyat şöbəsindən bildirdilər ki, mərhum qardaşının ölüm haqqında şəhadətnaməsi tələb olunur. Həmin sənədin onlarda olmaması ilə bağlı müəyyən problemlər yaranır, eyni zamanda, mənzil, yaşayış sahəsi ilə bağlı müəyyən sənədləşmə işlərində də mərhum qardaşının ölüm haqqında şəhadətnaməsi tələb olunur. Bununla bağlı Maraqlı şəxsnə mərhum qardaşı X11 ölüm faktı ilə bağlı şəhadətnamə almaq üçün müraciət etdi. Bundan başqa, məhkəməyə müraciət etməzdən öncə Maraqlı şəxsnə qardaşı X11 ölüm faktını təsdiq edən şahidlərin olmasını da bildirdi. Maraqlı şəxsndən ona məhkəməyə müraciət etməyi tövsiyə olundu. Buna görə də məcbur olub məhkəməyə müraciət etmişdir. Mərhum qardaşı X11 ölməsini təsdiq edən kifayət qədər sübutları var. Qeyd etdiklərini məhkəməyə gətirəcəyi şahidləri belə təsdiq edə bilərlər. Eyni zamanda, mərhum qardaşının dəfnində iştirak etmiş, həmçinin onun sağ olmasını görmüş şahidlər, konkret olaraq ailə üzvləri və yaxın qohumları da məhkəmədə bu faktları təsdiq edən ifadələr verməyə hazırdırlar. Məhkəmə icraatı iştirakçılarının izahatı: Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi X4 ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X6 öz izahatında göstərdi ki, Ərizəçi və X26 onun qardaşlarıdır. X36 1994-cü ildə vəfat etmişdir. Həmin vaxt o, Quba rayonunda yaşayırdı. Belə ki, evləndikdən sonra həmin rayona köçmüşdür. Qardaşının ölüm xəbərini aldıqdan sonra, onun yasına Mingəçevir şəhərinə gəlmişdir. Mərhum X36 ürək xəstəliyindən vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X9 öz izahatında göstərdi ki, Ərizəçi onun qardaşıdır. Özü Yevlax rayonu, Xanabad kəndində yaşayır. Beş qardaşı olmuşdur. Digərləri vəfat etmişdir. X36 təxminən 31 ildir ki, vəfat etmişdir. Qardaşı Azad xəstəlikdən vəfat etmişdir. Onu Mingəçevir şəhər qəbiristanlığında dəfn etmişlər. Azad Kərimov vəfat edən vaxt subay olmuşdur. Qardaşı Ərizəçi atalarından qalan miras əmlakla bağlı mərhum qardaşı Azadın ölüm haqqında şəhadətnaməsini almaq istəyir. Məhkəmə baxış iclasında maraqlı şəxs Mingəçevir regional “Asan Xidmət” X16nin nümayəndəsi iştirak etməmişdir. Bununla belə, əvvəl keçirilən məhkəmə iclasında iştirak edən maraqlı şəxs Mingəçevir regional “Asan Xidmət” X16nin nümayəndəsi X19 izahat verərək ərizə ilə bağlı əlavə sualının olmadığını, ölüm faktının müəyyən edilməsi tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Ədliyyə Nazirliyi Mingəçevir Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 3-16- 5/8-15-494/25 saylı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 8.5-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadığı üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. xx.xx.2025-ci il tarixli Mingəçevir regional “Asan Xidmət” X16 tərəfindən verilmiş sorğuya cavabdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1969-cu il tarixdə Mingəçevir şəhərində anadan olmuş X11 barəsində Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2025-ci ilədək aparılmış və atası X12 (xx.xx.1936, vəfat edib xx.xx.2006), anası X7 (xx.xx.1928, vəfat edib xx.xx.2007), qardaşı X20 (xx.xx.1958, vəfat edib xx.xx.2011), qardaşı X21 (xx.xx.1960, vəfat edib xx.xx.1961), bacısı Salmanova (Kərimova) Reyhan Ələmşah qızı (xx.xx.1961), bacısı Quliyeva (Kərimova) Xəzəngül Ələmşah qızı (xx.xx.1964), qardaşı X13 (xx.xx.1965, vəfat edib xx.xx.1966), qardaşı X22 (xx.xx.1967, vəfat edib xx.xx.1998) qardaşı Ərizəçi (xx.xx.1968), bacısı X14 (xx.xx.1971, vəfat edib xx.xx.1971) və bacısı Məhərrəmova (Kərimova) Dilbər Ələmşah qızının (xx.xx.1973) olması aşkar edilmişdir. Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışdan görünür ki, Mingəçevir şəhəri, Qaçaq Nəbi küçəsi, ev 7 ünvanında yerləşən 0.06 ha torpaq sahəsində olan ümumi sahəsi 25.8 kv.m fərdi yaşayış evi tam payla **********97-10301 reyestr nömrəsi ilə xx.xx.2025-ci il tarixdə X8 adına qeydiyyata alınmışdır. 399102 №li xx.xx.1991-ci il tarixdə verilmiş nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə X2 arasında xx.xx.1991-ci il tarixdə 124 №li nikah qeydi bağlanmışdır. 321 №li evlənmə haqqında akt qeydindən görünür ki, X12 ilə X5 arasında nikah bağlanmışdır. xx.xx.1969-cu il tarixdə verilmiş 958 №li doğum haqqında akt qeydindən görünür ki, X26 xx.xx.1969-cu il tarixdə Mingəçevir şəhərində anadan olmuş, atası X12, anası X3r. xx.xx.2025-ci il tarixdə verilmiş ******* №li yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Ərizəçi xx.xx.2005-ci il tarixdən Mingəçevir şəhəri, Qaçaq Nəbi küçəsi, ev 7 ünvanında qeydiyyatdadır. xx.xx.2025-ci il tarixli ********** №li mədaxil qəbzindən görünür ki, Ərizəçi tərəfindən məhkəməyə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin müəyyən olunmuş halı: Ərizəçi vərəsəlik işi ilə bağlı qardaşı X11 ölüm haqqında şəhadətnaməsini almaq istəyir. Ərizəçi ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs tərəfindən ərizəçinin qardaşı xx.xx.1969-cu il təvəllüdlü X11 ölümü haqqında akt qeydi aşkar olunmadığından məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ərizəçinin qardaşı X26 xx.xx.1969-cu ildə Mingəçevir şəhərində doğulmuş, xx.xx.1994-cü il tarixdə Mingəçevir şəhərində ölmüşdür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.
311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 164.4. Vətəndaşlıq vəziyyəti aktının qeyd olunduğu haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verilir. 164.5. Vətəndaşlıq vəziyyəti akt qeydi “Elektron məhkəmə” informasiya sistemindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülmüş məhkəmə qətnaməsindən çıxarışa əsasən aparıldıqda, akt qeydi üzrə şəhadətnamə və ya arayış barəsində akt qeydi tərtib edilmiş şəxs müraciət etdikdə verilir.
193. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı
9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. 9.5. Şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir. Məhkəmənin mövqeyi: Ərizəçinin qardaşı X26 xx.xx.1969-cu il tarixdə Mingəçevir şəhərində doğulmuşdur. O, xx.xx.1994-cü il tarixdə Mingəçevir şəhərində ölmüş və həmin şəhər qəbiristanlığında dəfn edilmişdir. Lakin onun ölümü qeydə alınmamışdır. Ərizəçi qardaşı xx.xx.1969-cu il təvəllüdlü X11 Mingəçevir şəhərində doğulub, xx.xx.1994-cü il tarixdə Mingəçevir şəhərində vəfat etdiyi və həmin şəhər qəbristanlığında dəfn edilməsi faktı şahid ifadələri, qəbir daşının fotoşəkili və təqdim edilmiş sənədlərlə müəyyən olunmuşdur. Ona görə də ərizə təmin edilməli xx.xx.1969-cu il təvəllüdlü X11 xx.xx.1994-cü il tarixdə Mingəçevir şəhərində ölməsi faktı müəyyən edilməlidir. Ərizənin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
Ərizə təmin edilsin. xx.xx.1969-cu il tarixdə Mingəçevir şəhərində doğulmuş X11 xx.xx.1994-cü il tarixdə Mingəçevir şəhərində ölməsi faktı müəyyən edilsin. Ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsi Mingəçevir regional “Asan Xidmət” X16nə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Güləndam Quliyeva