Məhkəmə qərarları › İş №2(051)-2233/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-2233/2022

20.10.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-2233/2022 20.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə Zərdab Rayon Məhkəməsinə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MŞİH- 16290 saylı Barışıq sazişinin məcburi icrasının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin 2(035)-714/2022 saylı, 20 sentyabr 2022-ci il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. xx.xx.2022-ci il tarixində 2(051)-2233/2022 saylı iş Mingəçevir Şəhər Məhkəməsinə daxil olmuşdur. Ərizəçi 20 oktyabr 2022-ci il tarixli məhkəmə iclası zamanı ərizəsinin müdafiə etdi və qeyd etdi ki, cavabdeh uşaqlarla görüş və ünsiyyət hüququndan istifadə edərək uşaqları aparıb və uzun müddətdir ki, geri gətirməyib. Hazırda o, Bakıdadır. Uşaqları da qaytarmaq fikrində deyil. Buna görə də məhkəmədən barışıq sazışının təsdiq olunmasını xahiş edirəm. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə Məhkəmə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.10-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edildikdə iddia ərizəsi baxılmamış saxlanılır. İş materialları araşdıraraq məhkəməyə belə nəticəyə gəlir ki, xx.xx.2022-ci il tarixli MŞİH-16290 saylı barışıq sazişinin bağlanılmasına baxmayaraq Maraqlı şəxs uşaqları uzun müddətdir ki, aparmış və geri qaytarmamışdır. Aydın olur ki, iş üzrə maraqlı şəxs uşaqların Ərizəçi yanında qalmasına razı deyil. Həmçinin məhkəmə belə nəticəyə gəlir ki, əgər mübahisə varsa uşaqların mənafeyi baxımından onların hansı valideynin yanında qalması məsələsinə iddia icraatında baxılmalıvə Qəyyumluq və himayəçilik orqanının rəyi alınmalıdır. Göründüyü kimi xüsusi icraat qaydasına baxılan işdə hüquq haqqında mübahisə olduğundan ərizənin baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlansın. Tərəflərə izah olunsun ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət edə bilərlər. Qərardaddan qərardad tərəfə verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar