Məhkəmə qərarları › İş №2(051)-225/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-225/2021

25.01.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-225/2021 25.01.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzər Həmid qızının katibliyi, X1 etibarnamə üzrə nümayəndəsi, Vəkil, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X6 və vəkili X4 iştirakı ilə, iddiaçı: X2 cavabdeh: Cavabdeh qarşı «nikah dövründə əldə edilmiş birgə əmlakın bölünməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X5 iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, onların birgə nikah dövründə əldə etdiyi ünvan 1 mənzil 81 ünvanında yerləşən mənzil və Mingəçevir şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 20 A ünvanında yerləşən 0.03 ha torpaq sahəsinin uşaqların mənafeyi nəzərə alınmaqla 2/3 hissəsi iddiaçının, 1/3 hissəsi cavabdehin xeyrinə olmaqla aralarında bölünməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. X1 etibarnamə üzrə nümayəndəsi, Vəkil məhkəmə iclasında iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2003-cü ildə Mingəçevir VVAQ Şöbəsində bağlanmış nikah qeydə alınmışdır. Xasiyyətlərinin tutmaması səbəbindən birgə yaşamaları mümkün olmamışdır. Belə ki, tərəflər arasında birgə nikah dövründə aralarındakı münasibətlər kəskinləşmişdir. Artıq uzun müddətdir tərəflərin nikahları formal xarakter daşıyır, barışıb bir ailə kimi yaşamaqları mümkün deyil. Nəticədə iddiaçı Mingəçevir Şəhər Məhkəməsinə nikahın pozulmasına dair iddia tələbi ilə müraciət etmiş və hazırda həmin iş məhkəmənin icraatındadır. Birgə nikahlarından tərəflərin xx.xx.2004-cü il təvəllüdlü X3 və xx.xx.2008-ci il təvəllüdlü X7 anadan olmuşdur. X11 Şöbəsində mühasib işləyir və hazırda cavabdehlə birgə evdə yaşayır. Cavabdeh iddiaçının ən adi xərclərini belə qarşılamır. İddiaçının və uşaqlarının maddi və mənəvi problemlərini yalnız iddiaçı həll edir. Uşaqların hər ikisi məktəbə gedir və onlara maddi təminat lazımdır. Bundan əlavə, cavabdeh dəfələrlə iddiaçıya evdən pay düşmədiyini, bu evə heç bir hüququ olmadığını bildirmişdir. Birgə nikah dövründə onlar tərəflər ünvan 3 ünvanında yerləşən mənzil və Mingəçevir şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 20 A ünvanında 0.03 ha torpaq sahəsi almışlar. Hər iki əmlak dövlət qeydiyyatına alınmışdır və reyestrdən çıxarışları var. Həmin torpaq sahəsini 2019-cu ildə 25500 manata almış, həmin pulun 14000 manatına qədərini iddiaçı vermişdir. Belə ki, iddiaçı xx.xx.2019-cu il tarixdə Kapital Bankdan 4256 manat kredit götürmüşdür. Həmin krediti iddiaçı bağlamışdır. Bundan əlavə, iddiaçının atası Bəkirov Mehman xx.xx.2019-cu il tarixdə Beynəlxalq Bankdan 3400 manat kredit götürmüşdür, həmin krediti də iddiaçının atası bağlayıb. Bundan başqa, 6000 manat məbləği isə iddiaçının qızıl-zinət əşyaları satılmaqla ödənilmişdir. Bir sözlə həmin torpaq sahəsi iddiaçının və atasının maliyyə dəstəyi ilə alınmışdır. Ona görə də tərəflərin birgə nikah dövründə əldə etdiyi ünvan 1 mənzil 81 ünvanında yerləşən mənzil və Mingəçevir şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 20 A ünvanında yerləşən 0.03 ha torpaq sahəsinin uşaqların mənafeyi nəzərə alınmaqla 2/3 hissəsi iddiaçının, 1/3 hissəsi cavabdehin xeyrinə olmaqla aralarında bölünməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi X6 iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, tərəflər birgə nikah dövründə ünvan 1 mənzil 81 ünvanında yerləşən mənzili və Mingəçevir şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 20 A ünvanında yerləşən 0.03 ha torpaq sahəsini almışlar. Həmin mənzil və torpaq cavabdehin vəsaiti hesabına alınmış və onun adına qeydə alınmışdır. Bu səbəbdən də sözügedən mənzilin və torpaq sahəsinin 1/2 hissəsi iddiaçının və 1/2 hissədə cavabdehin payının müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin vəkili X8 cavabdehin nümayəndəsinin izahatına uyğun izahat verərək iddianın qismən təmin olunmasını və tərəflərin birgə nikah dövründə əldə etdiyi ünvan 1 mənzil 81 ünvanında yerləşən mənzil və Mingəçevir şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 20 A ünvanında yerləşən 0.03 ha torpaq sahəsinin 1/2 hissəsi iddiaçının və 1/2 hissədə cavabdehin payının müəyyən olunmasını xahiş etmişdir İddia ərizəsinə əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri, Y.Mənsurov küçəsi 7 saylı evin 81 saylı mənzili mülkiyyət hüququ üzrə Cavabdeh adına xx.xx.2011-ci il tarixdə qeydə alınmışdır. İddia ərizəsinə əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 20 A ünvanında yerləşən 0.03 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh adına xx.xx.2020-ci il tarixdə ********** № ilə qeydə alınmışdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək, hesab edir ki, iddia tələbi qisməntəmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinin tələbinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinin tələbinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.5-ci maddəsində göstərilmişdir ki, birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirə bilər. Həmin Məcəllənin 214.1-ci maddəsinin tələbinə görə əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Məhkəmə iş materiallarını və tərəflərin izahatlarını müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçı birgə nikah dövründə əldə etdilmiş əmlakın (mənzil və torpaq sahəsinin) bölünməsi tələbində haqlı olsa da həmin mənzilin 2/3 hissəsi iddiaçının, 1/3 hissəsi cavabdehin xeyrinə tutulması hissədə təmin olunması məqsədə müvafiq deyil. Tərəflərin birgə nikah dövründə əldə olunmuş ünvan 1 mənzil 81 ünvanında yerləşən mənzilin və Mingəçevir şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 20 A ünvanında yerləşən 0.03 ha torpaq sahəsinin iddiaçı və cavabdehə bərabər paylarda bölünməsi məqsədə müvafiqdir Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ünvan 1 mənzil 81 ünvanında yerləşən mənzil və Mingəçevir şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 20 A ünvanında yerləşən 0.03 ha torpaq sahəsindən X2 payı 1/2 hissə və Cavabdeh payı 1/2 hissə müəyyən edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutub qət e t d i: İddia tələbi qismən təmin edilsin. ünvan 1 mənzil 81 ünvanında yerləşən mənzildən və Mingəçevir şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 20 A ünvanında yerləşən 0.03 ha torpaq sahəsindən X2 payı 1/2 hissə və Cavabdeh payı 1/2 hissə müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hüseyn Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar