Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2269/2025 06.11.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə, Ərizəçi Maraqlı şəxs ilə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizə: Ərizəçi Maraqlı şəxs arasında xx.xx.2021-ci il tarixdə bağlanmış barışıq sazişinin təsdiq olunmasını və barışıq sazişində göstərilənlərə əsasən xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X4 adlı uşaqların saxlanması üçün Maraqlı şəxs hər ay 2023-cü ilin yanvar ayından hər birinə 100 manat, cəmi 200 manat məbləğində tutularaq ona verilməsi və ödənilən 100 manat dövlət rüsumunun da alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar : Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə rəsmi nikah münasibətinə girməklə ailə həyatı qurmuşdur. Birgə nikahdan 26 may 2010-cu ildə Fidan və 12 iyul 2011-ci ildə Fərid adlı övladları dünyaya gəlmişdir. Maraqlı şəxs təqsirindən ailədə olan münasibətləri pisləşdi və Mingəçevir şəhər məhkəməsinin 29 dekabr 2021-ci il tarixli qətnaməsinə əsasən aralarında bağlanmış rəsmi nikah ləğv olundu. Maraqlı şəxs övladlarının saxlanması üçün aliment tələbi ilə əlaqədar mediasiya prosesində oldu. Aralarında olan 15 noyabr 2021-ci il tarixli barışıq sazişinə əsasən qızı Fidan və oğlu Fərid onun yanında qaldı. Fidan və Fəridin yetkinlik yaşına çatana kimi saxlanması üçün cəmi 200 manat tutularaq ona verilməsi barədə razılığa gəldilər. Lakin Maraqlı şəxs barışıq sazişinin tələblərini kobud surətdə pozmuş, aliment öhdəliyini lazımi qaydada icra etməmişdir. Belə ki, Maraqlı şəxs ona məcburən 60-70 manat məbləğində iki uşağın saxlanmasında aliment ödəmişdir. Son iki ilə yaxındır ki, Vüsal qəti şəkildə aliment ödəmək istəmir, o, hər dəfə müxtəli bəhanələr gətirərək, aliment verməkdən boyun qaçırır, barışıq sazişini könüllü icra etmək niyyəti yoxdur. Belə olan halda məcburən barışıq sazişinin təsdiq olunması məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Maraqlı şəxs rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iştirak etməmiş, gəlməməsi ilə bağlı üzrlü səbəb bildirməmişdir. İş materialları : xx.xx.2021-ci il tarixində bağlanan Barışıq Sazişinin 2.1.3-cü bəndindən görünür ki, İkinci tərəf (Maraqlı şəxs) Birinci tərəfin (Ərizəçi) himayəsində olan övladlarına hər ay 200 manat aliment ödənişi ödəyəcək. Aliment ödənişini hər ay Birinci tərəfin açdığı bank hesabına ödəyəcək. AZ-İİ 419731 №li xx.xx.2010-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2010-cu il tarixdə Mingəçevir şəhərində doğulmuş, atası Maraqlı şəxs, anası X1r. AZ-İİ 866550 №li xx.xx.2012-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2011-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, atası Maraqlı şəxs, anası X1r. AZ-İ 418103 №li xx.xx.2022-ci il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs ilə X2 arasında bağlanmış nikah Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, xx.xx.2022-ci il tarixdə 41 № ilə akt qeydləri kitabında qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına Əhədova soyadı verilmişdir. xx.xx.2025-ci il tarixli ********** №li mədaxil qəbzindən görünür ki, Ərizəçi tərəfindən məhkəmə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin faktiki halı : xx.xx.2021-ci il tarixdə tərəflər arasında Barışıq Sazişi bağlanmışdır. Sazişin 2.1.3-cü bəndindən görünür ki, İkinci tərəf (Maraqlı şəxs) Birinci tərəfin (Ərizəçi) himayəsində olan övladlarına hər ay 200 manat aliment ödənişi ödəyəcəkdir. Aliment ödənişini hər ay Birinci tərəfin açdığı bank hesabına ödəyəcəyi müəyyən edilmişdir. Ərizəçi tələbinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs ərizəyə münasibət bildirməmişdir. Tətbiq edilən hüquq : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi : 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 305.1.17. məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu: 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1 Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2 Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3 Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4 Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5 Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmənin mövqeyi : Ərizəçi ilə maraqlı şəxs arasında mediasiya sessiyası nəticəsində barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin İkinci tərəf (Maraqlı şəxs) Birinci tərəfin (Ərizəçi) himayəsində olan övladlarına hər ay 200 manat aliment ödənişi ödəməlidir. Aliment ödənişini hər ay Birinci tərəfin açdığı bank hesabına ödəməlidir. Barışıq sazişi maraqlı şəxs tərəfindən qanunla müəyyən edilmiş müddətdə icra olunmadığından məhkəmə tərəfindən təsdiq olunmalıdır. Alimentin tutulması 2023-cü ilin yanvar ayından hesablanmalıdır. Ödənilmiş dövlət rüsumunun əvəzi 100 manat Maraqlı şəxs alınaraq Ərizəçi ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 355-23-355-26, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ :
Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış xx.xx.2021-ci il tarixli barışıq sazişi aşağıdakı hissədə təsdiq edilsin. 2.1.3) İkinci tərəf (Maraqlı şəxs) Birinci tərəfin (Ərizəçi) himayəsində olan övladlarına hər ay 200 manat aliment ödənişi ödəyəcək. Aliment ödənişini hər ay Birinci tərəfin açdığı bank hesabına ödəyəcək. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pul Maraqlı şəxs alınaraq Ərizəçi ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Güləndam Quliyeva