Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2274/2025 31.10.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Ərizəçi: Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs ilə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə onun arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsini və barışıq sazişində göstərilənlərə əsasən xx.xx.2012-ci il tarixdə doğulmuş Adəm, xx.xx.2021- ci il tarixdə doğulmuş Mələk adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay iki uşaq üçün maraqlı şəxsdən 100 manat tutularaq ərizəçiyə ödənilməsi barədə barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, ərizəçi Maraqlı şəxs xx.xx.2007-ci il tarixdə rəsmi nikah bağlamaqla evlənmiş, birgə nikahdan xx.xx.2012-ci il tarixdə Adəm, xx.xx.2021- ci il tarixdə Mələk adlı uşaqları doğulmuşdur. Hal-hazırda Maraqlı şəxslə münasibətləri pozulmuş və tərəflər məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(051)-2148/2022 saylı qətnaməsinə əsasən aralarındakı nikah pozulmuşdur. Həmin ərəfədə Maraqlı şəxs ilə bərabər mediasiya prosesində olmuşlar. Aralarında olan xx.xx.2022-ci il tarixli barışıq sazişinə əsasən xx.xx.2012-ci il tarixdə doğulmuş Adəm, xx.xx.2021-ci il tarixdə doğulmuş Mələk adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay iki uşaq cavabdehdən 100 manat tutularaq ona verilməsi barədə razılığa gəlmişlər. Lakin cavabdeh barışıq sazişinin tələblərini kobud surətdə pozmuş və aliment öhdəliyini lazımi qaydada icra etməmişdir. Cavabdeh barışıq sazişini könüllü icra etmək niyyətində olmamışdır. Belə olan halda ərizəçi məcburən barışıq sazişinin təsdiq olunması məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, ərizənin təsdiq edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdeh mediasiya prosesində bağlanmış barışıq sazişini maraqlı şəxs qəsdən icra etməmişdir. Odur ki, məhkəmədən barışıq sazişinin təsdiq edilməsini xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, gəlməmiş gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni, iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İşdə olan xx.xx.2022-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər Saziş imzalandıqdan sonra 1 ay ərzində öhdəliklərini icra edəcəklərini bildiririr. 2. Tərəflər sivil qaydada, qarşılıqlı razılıq əsasında nikahın pozulmasına etiraz etmirlər. 3. Tərəflər ayda cəmi 100 (bir yüz) manat, 2 uşağa (xx.xx.2012-ci il tarixdə doğulmuş X4, xx.xx.2021- ci il tarixdə doğulmuş X3 ) görə alimentin ödənilməsi üçün razılığa gəldilər və İİ tərəf hər ayın ilk ongünlüyündə İ tərəfin təqdim etdiyi bank hesabına sözügedən məbləği köçürməyi üzərinə götürür. İşdə olan “nikahın pozulması haqqında şəhadətnamə”nin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında olan nikah 28 dekabr 2022-ci il tarixdə pozulmuş və 131 № ilə qeyd edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, xx.xx.2012-ci il tarixdə doğulmuş X4, xx.xx.2021- ci il tarixdə doğulmuş X2 atası Maraqlı şəxs, anası Ərizəçidır. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-2148/2022 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2007-ci il tarixdə Ağdam rayon, Yusifcanlı Ərazi Nümayəndəliyində 27 nömrə ilə qeydiyyata alınmış rəsmi nikah pozulması, boşanmadan sonra xx.xx.2012-ci il tarixdə doğulmuş X4, xx.xx.2021- ci il tarixdə doğulmuş X2 Ərizəçi yanında qalmaları qət olunmuşdur. İşdə olan 14 saylı MİS tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 295 saylı arayışdan görünür ki, Vəliyeva X1 şəhəri, Nərimanov küçəsi, 30/1, mənzil 55-də yaşayır və aşağıdakı ailə üzvləri vardır: 2012-ci il tarixdə doğulmuş X4, 2021- ci il tarixdə doğulmuş X3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Belə ki, Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Yekunda məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən qanunla müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra edilməmişdir. Belə olan halda məhkəmə barışıq sazişinin 3cü şərtini təhlil edib hesab edir ki, barışıq sazişinə əsasən, maraqlı şəxs ayda 2 uşağa görə cəmi 100 manat aliment ödəməyi öhdəsinə götürür. Lakin, buna baxmayaraq maraqlı şəxs bugünki günə qədər barışıq sazişini icra etməmişdir. Belə olan halda ərizə təmin edilməli, yəni, hər ay uşaqlara görə 100 manat məbləğində aliment alınıb ərizəçiyə verilməlidir. Yekunda məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, belə ki, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən qanunla müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2022-ci il tarixdə bağlanmış barışıq sazişinə əsasən Ərizəçi himayəsində olan xx.xx.2012-ci il tarixdə doğulmuş X4, xx.xx.2021- ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay iki uşaq üçün 100 manat miqdarında alimentin Maraqlı şəxs tutulub ərizəçiyə verilməsinə dair barışıq sazişi məcburi icra edilməsi üçün təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 355-23, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə təmin edilsin. Maraqlı şəxs ilə Ərizəçi arasında mediasiya prosesi nəticəsində xx.xx.2022-ci il tarixdə bağlanmış barışıq sazişinin təsdiq edilsin və xx.xx.2012-ci il tarixdə doğulmuş X4, xx.xx.2021- ci il tarixdə doğulmuş X5İunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay iki uşaq üçün 100 manat aliment Maraqlı şəxs tutularaq ərizəçiyə ödənilməsi barədə barışıq sazişinin bəndi təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-2274/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2274/2025
31.10.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver