Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2320/2023 22.09.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi və Ərizəçi iştirakı ilə Ərizəçi «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Maraqlı şəxs ilə onun arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, Maraqlı şəxs 5000 manat borc vermişdir. İlk vaxtlar cavabdeh həmin pulun vaxtında qaytarılmasına söz verdi. Lakin cavabdeh verdiyi sözə əməl etmədi. Maraqlı şəxs pulun qaytarılmasını dəfələrlə xahiş və tələb etsə də, o müxtəlif bəhanələrlə pulu qaytarmamışdır. Hətta iki dəfə ondan yazılı şəkildə möhlət verilməsini xahiş etsə də, yenə də öz öhdəliyini icra etməmişdir. Bundan əlavə 26 avqust 2023-cü ildə o cavabdehə 700 manat pul da vermişdir. Buna dair də sübutları var. 24 oktyabr 2022-ci il tarixində Maraqlı şəxs ilə bərabər könüllü şəkildə Mingəçevir şəhəri 1 saylı Mediasiya Təşkilatında mediasiya prosesində olmuşlar. Aralarında bağlanan xx.xx.2022-ci il tarixli barışıq sazişinə əsasən 5000 (beş min) manat borc pul verilməsi və həmin pulun xx.xx.2022-ci il tarixinə kimi qaytarılması ilə bağlı qarşılıqlı razılığa gəlmişlər. Lakin qarşı tərəf Maraqlı şəxs Barışıq Sazişini icra etmir və həmin Sazişin icrasından imtinasını da əsaslandırmır, heç bir əsaslı səbəb göstərmir. Barışıq Sazişinin 1-ci bəndində qeyd edilir ki, “İkinci tərəf, yəni Maraqlı şəxs birinci tərəfdən, yəni ondan 5000 manat məbləğində borc pul götürdüyünü etiraf edir. İkinci tərəf birinci tərəfdən götürdüyü 5000 manatı xx.xx.2022-ci ilədək ödəmək öhdəliyini öz üzərinə götürür. Tərəflər sazişin şərtləri pozulduğu halda məhkəməyə müraciət edə bilərlər”. Məhz bu məsələ ilə bağlı mediasiyada onlara ətraflı məlumat verildi, bütün məsələlər izah olundu və hər ikisi sərbəst şəkildə imza etməklə razılıqlarını, iradə ifadələrini bildirmişlər. Lakin Maraqlı şəxs barışıq sazişinin tələblərini, xüsusilə də qeyd edilən 1-ci bəndin şərtlərini kobud surətdə pozmuş və icra etməmişdir. Maraqlı şəxs barışıq sazişini könüllü icra etmək niyyəti olmamışdır. Belə olan halda məcburən barışıq sazişinin təsdiq olunması məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də məhkəmədən Maraqlı şəxs ilə onun arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Bununla belə onunla telefonoqram vasitəsi ilə əlaqə saxlanan zaman bildirmişdir ki, həqiqətən onun ərizəçiyə borcu vardır. Maddi imkanı olmadığından borcunu qaytara bilməmişdir. Gələcəkdə pulu olduqda borcunu qaytaracaqdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli barışıq sazişindən görünür ki, ikinci tərəf birinci tərəfdən həqiqətən 5000 (beş min) manat məbləğində borc pul götürdüyünü etiraf edir. İkinci tərəf birinci tərəfən götürdüyü 5000 (beş min) manat borc məbləğini 2022ci ilin dekabr ayının 20-də ödəmək öhdəliyini öz üzərinə götürür. Tərəflər sazişin şətləri pozulduğu halda məhkəməyə müraciət edə bilərlər. Beləliklə məhkəmədə müəyyən edldi ki, tərəflər arasında 24 oktyabr 2022-ci il tarixində könüllü şəkildə Mingəçevir şəhəri 1 saylı Mediasiya Təşkilatında barışıq sazişi balanmışdır. Barışıq sazişinə əsasən Maraqlı şəxs Ərizəçi 5000 (beş min) manat borc pul almasını etiraf etmiş i və həmin pulun xx.xx.2022-ci il tarixinə kimi qaytarılmasını öhdəsinə götüpmüşdür. Lakin Maraqlı şəxs barşıq sazişini könüllü olaraq icra etməmişdir. Odur ki, Ərizəçi barışıq sazişini təsdiq edilməsi üçün məhkəməyə müraciət etmişdr. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. MPM-nin 306.2-ci maddəsinə əsasən Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. MPM-nin 355-23.1-ci maddəsinə əsasən Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. MPM-nin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. MPM-nin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. MPM-nin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Beləliklə, məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, borc alanın ərizəçiyə olan borcunu 24 oktyabr 2022-ci il tarixli barışıq sazişində ərizəçidən aldığı 5000 (beş min) manat borc pul məbləğini etiraf etməsi, qeyd olunan borc məbləğinin borclu tərəfindən xx.xx.2022-ci il tarixdə tam olaraq ödəmək öhdəliyini öz üzərinə götürdüyü məhkəmə iclasında tərəflərin həmçinin iş materiallarında olan sənədlərlə də öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, ərizəçinin tələbi təmin edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 305, 306.2-ci 355-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. Ərizəçi ilə borclu Maraqlı şəxs arasında olan 24 oktyabr 2022-ci il tarixli 5000 (beş min) manat məbləğində borc müqaviləsinin bağlanması ilə bağlı barışıq sazişi təsdiq edilsin və barışıq sazişi məcburi icra edilsin, 5000 (beş min) manat pul Maraqlı şəxs alınaraq Ərizəçi ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-2320/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2320/2023
22.09.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver