Məhkəmə qərarları › İş №2(051)-2320/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2320/2024

21.10.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2320/2024 21.10.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs ilə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxs ilə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, barışıq sazişində qeyd edilən 1.1, 1.2 və 3-cü bəndlər üzrə barışıq sazişinin təsdiqlənməsinə və barışıq sazişinin təsdiq edilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, o, Ərizəçi və Mingəçevir şəhəri, N. Rəfibəyli 6, mənzil 28, (AA*******; FİN: xxxxxxx; Tele£on:_070-245- 45-59; ***-***-**-**) ünvanında yaşayan Maraqlı şəxs ilə 13 Avqust 2024-cü ildə (MŞŞ/MT018/2024-01468; №: 0050221) könüllü olaraq mediasiya prosesində iştirak etmişlər. Barışıq Sazişinin 1.1,1.2 və 3- cü bəndləri üzrə; birgə nikahdan olan övladı X5 (AZ-İV №: 705465; Doğum tarixi: xx.xx.2022) onun yanında qalması, onunla görüş günlərinin müəyyən edilməsi, uşaq yetkinlik yaşına çatana kimi (Gələcəkdə aliment ödənişinin artırılmadı tələbi nəzərə alınmaqla) uşağın bütün qayğısını çəkməyi, saxlanması, ehtiyaclarını və həm də artan maddi tələbatlarını ödəmək üçün hər ay 235(iki yüz otuz beş) manat sabit pul məbləğində aliment ödənişi və uşaq 3(üç) yaşına çatana kimi əlavə olaraq 50(əlli) manat baxım pulu ödənilməsi və xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli 31ZİNAS182582003 saylı kredit müqaviləsinə əsasən Bank Respublika Mingəçevir X10 Ərizəçi adına götürdüyü 720(yeddi yüz iyirmi) manat və 1220(bir min iki yüz iyirmi) manat kreditin 70.11 manat və 118.38 manat aylıq ödənişlərini hər ay vaxtı- vaxtında gecikməsiz olaraq ödəməsi barədə Barışıq sazişi bağlamışlar. Lakin cavabdeh X1 1.1 və 1.2-ci bəndinin tələbini pozaraq hər ay ümumilikdə 285 manat aliment ödəməli olduğu halda aylıq alimenti ödəmir və bu günə qədər ona ödəilməmiş aliment borcu vardır. Odur ki, ərizənin təmin olunmasını xahiş edir. Ərizəçi məhkəmə iclası zamanı ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ərizənin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəni, ərizəçini izahatı, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İşin materiallarında olan xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişindən görünür ki, 1. tərəflər aralarında bağlanmış xx.xx.2021-ci il tarixli nikahın vaxt verilmədən pozulmasına razıdırlar. 1. İkinci tərəf Maraqlı şəxs öz üzərinə öhdəlik götürür ki, birgə nikahdan olan övladı X5 birinci tərəf Ərizəçi yanında qalmasına razıdır. 1.1. İkinci tərəf Maraqlı şəxs öz üzərinə öhdəlik götürür ki, birinci tərəf Ərizəçi Şahin qızının yanında qalan övladı X7 yetkinlik yaşına çatana kimi uşağın bütün qayğısını çəkməyi, saxlanması, ehtiyaclarını və həmdə artan maddi tələbatlarını ödəmək üçün hər ay 235 manat sait pul məbləğində aliment ödənişi və uşaq 3 yaşına çatana kimi əlavə olaraq 50 manat baxım pulu ödəməyi könüllü olaraq razıdır. 1.2. Aliment ödənişi xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay birinci tərəf Ərizəçi bank hesabına rəsmi qaydada ödəniləcək. 2. İkinci tərəf Maraqlı şəxs övladı ilə uşağın maraq və mənafeləri çərçivəsində qabaqcadan birinci tərəf Ərizəçi ilə razılşadırılmaqla istənilən vaxt istənilən qaydada görüşə biləcəklər. 2.1. Tərəflər gələcəkdə uşağın tərbiyyəsində iştirak edəcəklər. 3. İkinci tərəf Maraqlı şəxs öz üzərinə öhdəlik götürür ki, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli 31ZİNAS182582003 saylı kredit müqaviləsinə əsasən Bank Respublika Mingəçevir X10 Ərizəçi adına olan götürdüyü 720 manat və 1220 manat kreditin 70,11 manat və 118,38 manat aylıq ödənişlərini hər ay vaxtı vaxtında gecikməsiz olaraq ödəməyə könüllü olaraq razıdır. 3.1.İkinci tərəf Maraqlı şəxs öz üzərinə öhdəlik götürür ki, 4 ayı qalan və aylıq ödənişi 100 manat olan lotereya ÖDƏNİŞİNİ HƏR AY vaxtı-vaxtında ödəməyə könüllü olaraq razılıq verir. 3.2. İkinci tərəf Maraqlı şəxs öz üzərinə öhdəlik götürür ki, birinci tərəf Ərizəçi məxsus olan ünvan 1 ünvanda olan cehiz əşyalarını qabaqcadan məlumatlandırmaqla ən geci bir ay ərzində istənilən vaxt hissəhissə götürülməsinə könüllü olaraq razıdır. İşdə olan Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il təvəllüdlü X2 Murad Şahin oğlu və Ərizəçi birgə nikahlarından doğulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Belə ki, Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. “ Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə əsasən Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; 33.1.2. tərəflər haqqında məlumat; 33.1.3. mübahisənin predmeti; 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. Həmin Qanunun 33.2. Barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 33.4-cü maddəsinə əsasən Barışıq sazişi imzalandığı gündə tərəflərə təqdim edilməlidir. Barışıq sazişinin müvafiq orqana (quruma) təqdim edilməli olan nüsxəsini tərəflərdən biri həmin nüsxənin ona təqdim edildiyi tarixdən 1 iş günü müddətində müvafiq orqana (quruma) təqdim edir. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 522.1-ci maddəsinə əsasən Kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Həmin Məcəllənin 522.2-ci maddəsinə əsasən Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. Həmin Məcəllənin 522.3-cü maddəsinə əsasən icazə yalnız borclunun və ya üçüncü şəxsin kreditoru öhdəliyin verilməsindən xəbərdar etdiyi halda verilir. İcazə verilənədək tərəflər müqaviləni dəyişdirə və ya ləğv edə bilərlər. İcazə verməkdən imtina edilərsə, öhdəlik verilmiş sayılmır. Həmin Məcəllənin 522.4-cü maddəsinə əsasən Borclu və ya üçüncü şəxs kreditordan icazəni müəyyənləşdirilmiş müddətdə elan etməyi tələb edirlərsə, icazə həmin müddət qurtaranadək elan edilir; bu edilməsə, hesab edilir ki, icazə verməkdən imtina olunmuşdur. Həmin Məcəllənin 522.5-ci maddəsinə əsasən Kreditor icazə verməyənədək, öhdəliyi üzərinə götürmüş şəxs şübhə olduğu halda borcluya münasibətdə kreditoru vaxtında təmin etmək öhdəliyi daşıyır. Kreditorun icazə verməkdən imtina etdiyi halda da eyni qayda qüvvədə olur. Yekunda məhkəmə belə nəticəyə gəlir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.7-ci maddəsinin mənasından aydın olur ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər barışıq sazişində göstərilən məlumatlara daxildir. Lakin tərəflər arasında bağlanmış barışıq sazişinin 3-cü və 3.1-ci bəndlərində göstərilən şərtlər məhkəmənin qənaətincə həmin şərtlərə daxil deyildir. Həmin şərtlər qanunvericiliyin tələbinə uyğun olmamaqla yanaşı barışıq sazişinin şərtləri sırasına daxil edilə bilməz. Belə ki, öhdəliklərin verilməsi əsasları və qaydası Mülki Məcəllənin 522-ci maddəsi ilə tənzimlənir. Həmin maddənin mənasından aydın olur ki, Kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. İcazə yalnız borclunun və ya üçüncü şəxsin kreditoru öhdəliyin verilməsindən xəbərdar etdiyi halda verilir. Hazırki işin materiallarından isə aydın olur ki, barışıq sazişində 3-cü və 3.1-ci bəndlərdə göstərilən şərtlərdə ödənişlərin ediləcəyi kreditorlar öhdəliklərin verilməsi bağlı bağlanmış bu sazişdən xəbərdar deyillər. Bununla bağlı kreditorların heç bir yazılı razılığı isə məhkəməyə təqdim edilməmişir. Ona görə də məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən qanunla müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, barışıq sazişinin 1.1. İkinci tərəf Maraqlı şəxs öz üzərinə öhdəlik götürür ki, birinci tərəf Ərizəçi Şahin qızının yanında qalan övladı X7 yetkinlik yaşına çatana kimi uşağın bütün qayğısını çəkməyi, saxlanması, ehtiyaclarını və həmdə artan maddi tələbatlarını ödəmək üçün hər ay 235 manat sait pul məbləğində aliment ödənişi və uşaq 3 yaşına çatana kimi əlavə olaraq 50 manat baxım pulu ödəməsi və 1.2-ci bəndi Aliment ödənişi xx.xx.2024cü il tarixdən başlayaraq hər ay birinci tərəf Ərizəçi bank hesabına rəsmi qaydada ödənilməsi və 3.2. İkinci tərəf Maraqlı şəxs öz üzərinə öhdəlik götürür ki, birinci tərəf Ərizəçi məxsus olan ünvan 1 ünvanda olan cehiz əşyalarını qabaqcadan məlumatlandırmaqla ən geci bir ay ərzində istənilən vaxt hissə-hissə götürülməsinə könüllü olaraq razı olmasına dair barışıq sazişi məcburi icra edilməsi üçün təsdiq edilməlidir, qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 355-23, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə qismən təmin edilsin. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə qismən təmin edilsin. Maraqlı şəxs ilə Ərizəçi arasında mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişinə əsasən barışıq sazişinin 1.1. İkinci tərəf Maraqlı şəxs öz üzərinə öhdəlik götürür ki, birinci tərəf Ərizəçi Şahin qızının yanında qalan övladı X7 yetkinlik yaşına çatana kimi uşağın bütün qayğısını çəkməyi, saxlanması, ehtiyaclarını və həmdə artan maddi tələbatlarını ödəmək üçün hər ay 235 manat sait pul məbləğində aliment ödənişi və uşaq 3 yaşına çatana kimi əlavə olaraq 50 manat baxım pulu ödəməsi və 1.2-ci bəndi Aliment ödənişi xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay birinci tərəf Ərizəçi bank hesabına rəsmi qaydada ödənilməsi və 3.2. İkinci tərəf Maraqlı şəxs öz üzərinə öhdəlik götürür ki, birinci tərəf Ərizəçi məxsus olan ünvan 1 ünvanda olan cehiz əşyalarını qabaqcadan məlumatlandırmaqla ən geci bir ay ərzində istənilən vaxt hissəhissə götürülməsinə könüllü olaraq razı olmasına dair barışıq sazişi təsdiq edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar