Məhkəmə qərarları › İş №2(051)-2399/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2399/2021

21.12.2021 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2399/2021 21.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar həmid qızının katibliyi Ərizəçi, maraqlı şəxs Maraqlı şəxs Cuma oğlunun nümayəndəsi və vəkili X1 iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi Maraqlı şəxs ilə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi izhatında bildirdi ki, 05.12.2019-cu ildə Maraqlı şəxs ilə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından 19.08.2020-ci ildə Onur adlı uşaqları olmuşdur. Əvvəl münasibətləri normal olmuş, mehriban yaşamışlar. Sonra münasibətləri pozulmağa başladı. Buna səbəb xasiyyətlərinin uyğun gəlməməsidir. Aralarında bağlanmış nikah məhkəmə qaydasında pozulmuşdur. Nikah pozulmamışdan əvvəl Maraqlı şəxslə birlikdə mediasiya prosesində olmuşlar. Aralarında 18.09.2021-ci il tarixdə barışıq sazişi bağlanılmışdır. Barışıq sazişinə əsasən birgə nikahdan doğulmuş 19.08.2020-ci il təvəllüdlü Onur adlı uşağın yanında qalması, Maraqlı şəxs, uşaq yetkinlik yaşına çatana kimi saxlanılması üçün ona hər ay 150 manat aliment verməsi razılığına gəlmişlər. Lakin Maraqlı şəxs barışıq sazişinin tələblərini kobud surətdə pozur, aliment öhdəliyini lazımı qaydada icra etmir, alimenti ödəyəndən sonra onu təhqir edir, ona nəlayiq sözlər deyir. Maraqlı şəxs barışıq sazişini könüllü icra etmək niyyəti yoxdur. Ona görə də Maraqlı şəxslə aralarında bağlanmış 18.09.2021-ci il tarixli barışıq sazişinin təsdiq edilməsinin, alimentin Maraqlı şəxs əmək haqqına yönəldilməsi, onun əmək haqqından tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs nümayəndəsi və vəkili Atakişiyeva Təzəgül İsgəndər qızı məhkəmə iclasında ərizəyə etiraz edərək izahatında bildirdi ki, tərəflər, aralarındaki nikah pozulması ərəfəsində mediasiya prosessində iştirak etmişlər. Mediasiya prosessi nəticəsində aralarında 18.09.2021-ci il tarixdə barışıq sazişi bağlanmışlar. Barışıq sazişinin şərtələrindən biri uşağın saxlanması üçün hər ayda 150 manat ödənilməsi, eləcə də alimentin hər ayın son on günlüyündə ödənilməsidir. Maraqlı şəxs tərəfindən barışıq sazişinin şərtləri pozulmamış, müəyyən edilən vaxtda, məbləğdə alimenti ödəmişdir. Ərizəçi barışıq sazişinin təsdiq edilməsini ona görə tələb edir ki, barışıq sazişi məcburi icraya yönəldilsin, aliment Maraqlı şəxs əmək haqqından tutulsun. Bunu onunla izah edir ki, Maraqlı şəxs alimenti ödədikdən sonra onu təhqir edir, barəsindəə nəlayiq ifadələr işlədir. Ərizəçi izahatı inandırıcı deyil, Maraqlı şəxs alimenti Ərizəçi şəxsən deyil, köçürmə vasitəsi ilə ödəyir. Əgər ərizəçinin izahatına inanılsa ki, Maraqlı şəxs alimenti ödədikdən sonra onu təhqir edir, onda alimentin tutulması məcburi icraya yönəldikdən, əmək haqqından tutulduqdan sonra da eyni hərəkətlər edə bilər. Ancaq qeyd etdiyi kimi ərizəçinin izahatı inandırıcı deyil. Ona görə də alimentinn Maraqlı şəxs əmək haqqına yönəldilməsi üçün barışıq sazişinin təsdiq edilməsi əsassızdır. Əgər ərizəçi alimentin Maraqlı şəxs məhz əmək haqqından tutulmasını istəyirsə, barışıq sazişinin ləğv edilməsini, alimentin cavabdehin qazancının qanunla müəyyən edilmiş hissəsindən tutulmasını tələb edə bilər. Hesab edir ki, barışıq sazişinin şərtləri Maraqlı şəxs tərəfindən pozulmamışdır, ona görə də ərizənin təmin olunmamasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. İşdə olan Mingəçevir şəhər məhkəməsinin 2(051)-1911/2021 №li 11.11.2021-ci il tarixli qətnaməsindən görünür ki, Ərizəçi Akif qızı ilə Maraqlı şəxs Cuma oğlunun arasında 05.12.2019-cu ildə X6 Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində 801 nömrə ilə qeydə alınmış nikahın pozulması, boşanmadan sonra birgə nikahından doğulmuş 18.09.2020-ci il təvəllüdlü Onur adlı uşağın iddiaçı Ərizəçi yanında qalmasının müəyyən edilməsi qət edilmişdir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 10.08.2020-ci il təvəllüdlü X3 atası Maraqlı şəxs anası Ərizəçidır. İşə mediator X5 iştirakı ilə tərəflər arasında 18.09.2021-ci il tarixdə bağlanmış barışıq sazişi əlavə edilmişdir. İşə əlavə edilmiş ödəniş qəbzlərdən görünür ki, "xxxx" ASC xidmətinin nağd ödənişindən Ərizəçi kart hesabına 28.11.2021-ci il tarixdə 150 manat, 19.12.2021-ci il tarxdə 152 manat köçürülümüşdür. Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsini, alimentin Araz Abullayevin əmək haqqına yönəldilməsini tələb edir, tələbini Maraqlı şəxs barışıq sazişinin şərtrlərini pozması ilə əsaslandırmışdır. İşə əlavə edilmiş tərəflər arasında bağlanmış 18.09.2021-ci il tarixli barışıq sazişinin 2.1.5 və 2.1.6-cı bəndələrindən görünür ki, tərəflər 1 uşağa ayda 150 manat ödənilməsini, alimentin hər ayın son ongünlüyündə ödənilməsini, razılaşmanın bu müddəası üzrə ən azı 18 ay əlavə tələb irəli sürməyəcəkləri razılığına gəlmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə iclasında iş materialları ilə müəyyən edildi ki, Maraqlı şəxs aralarında bağlanmış barışıq sazişi müqaviləsində göstərilmiş məbləğdə, müddətdə alimenti könüllü icra etmişdir. Alimentin onun əmək haqqına yönəldilməsi, məcburi icrası məqsədilə barışıq sazişinin təsdiq edilməsi üçün əsas yoxdur. Məhkəmə, həmçinin hesab edir ki, şəxsi münasibətlər zəminində tərəflərin bir-birlərinə kobud, nəlayiq ifadələr işlətməsi barışıq sazişinin şərtinin pozulması, barışıq sazişinin məcburi icrası məqsədilə təsdiq edilməsi üçün əsas deyil. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosesual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 216-220, 360-cı maddəsinin rəhbər tutub, məhkəmə Qət etdi: Ərizəçi onunla Maraqlı şəxs arasında bağlanmış 18.09.2021-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi, barışıq sazişində göstərilənlərə əsasən 19.08.2020-ci il təvəllüdlü Onur adlı uşağın saxlanmaası üçün Maraqlı şəxs hər ay 150 manat tutularaq ona verilməsi barədə ərizəsi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar