Məhkəmə qərarları › İş №2(051)-2425/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2425/2025

01.12.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2425/2025 01.12.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Ərizəçi: Ərizəçi, Maraqlı şəxs: Maraqlı şəxs iştirakı ilə Ərizəçi Maraqlı şəxs ilə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxs ilə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə ərizəçi arasında bağlanmış 13 oktyabr 2025-ci il tarixli Barışıq Sazişinin təsdiq edilməsini haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, o əvvəldən tanıdığı şəxs Maraqlı şəxs 2025-ci ilin may ayında 4680 manat borc vermişdir. Qarşı tərəf həmin borc pulu ən geci bir ay sonra qaytaracağını bildirmişdi. Lakin iyul ayından başlayaraq Maraqlı şəxs maddi sıxıntılarının olmasını və ərizəçinin borcunu qaytarmasında çətinlik çəkdiyini gördü. Ona dəfələrlə xəbərdarlıq etmişdi ki, borcunu qaytarmasa, məhkəməyə müraciət edəcəkdir, qarşı tərəf isə hər dəfə müxtəlif bahanələrlə vaxtı uzadırdı. Ötən ay qarşı tərəf ona bildirdi ki, hazırda borcu qaytarmaq qeyri-realdır və həmin borcu başqa şəkildə əvəzləşdirə bilər. Həmin vaxtlar qarşı tərəf, təsisçisi olduğu "EMİL MMC"-də sahib olduğu 90 faiz payın 52 faizini borc qarşılığında ona bağışlamağı təklif etdi. Ərizəçi də, öz növbəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs kimi bu təklifi müsbət qiymətləndirdi və Maraqlı şəxs bu təklifi ilə razılaşdı. Elə həmin vaxt Maraqlı şəxs bu məsələni könüllü şəkildə, yəni mediasiyada barışıq sazişi bağlamaqla həll etməyi bildirdi və onlar Ağdaş şəhəri 1 X1 13 oktyabr 2025-ci il tarixli Barışıq Sazişi bağladılar. X3 əsasən Maraqlı şəxs "EMİL MMC"-də sahib olduğu 90 faiz payın 52 faizini ona verdiyi 4680 manat borcun qaytarılması qarşılığında onu adına keçirməklə bağlı razılığa gəldi və ən geci 23 oktyabr 2023-cü il tarixinə kimi həmin Saziş icra edilməli idi və beləcə müvafiq Barışıq Sazişini imzaladılar. Sazişdə də bilavasitə qeyd edilir ki, bu Saziş xx.xx.2025-ci il tarixində qüvvəyə minir və xx.xx.2025-ci il tarixinə kimi icra ediləcək. İlk vaxtlar cavabdeh həmin payın onun adına keçirəcəyi ilə bağlı bütün zəruri işləri görəcəyinə söz verdi. Lakin cavabdeh verdiyi sözə əməl etmədi. Maraqlı şəxs Sazişin şərtİərinə əməl edilməsini dəfələrlə xahiş və tələb etsə də, o müxtəlif bəhanələrlə bunu etməmişdir. Hətta ayrı-ayrı vaxtlarda ondan yazılı şəkildə möhlət verilməsini xahiş etsə də, yenə də öz öhdəliyini icra etməmişdir. Bu gün qarşı tərəf Vəliyev X2 Sazişini icra etmir və həmin Sazişin icrasından imtinasını da əsaslandırmır, heç bir əsaslı səbəb göstərmir. Barışıq Sazişinin 1-ci bəndində qeyd edilir ki, "İkinci tərəf, yəni Maraqlı şəxs öz üzərinə öhdəlik göturür ki, pay sahibi və təsisçisi olduğu “EMiL MMC”-də olan 90 faiz pay faizindən birinci tərəfə yəni Ərizəçi olan 4680 manat borc qarşılığında faiz pay hissəsindən 52 faiz pay hissəsini birinci tərəf Ərizəçi adına keçirilməsinə könüllü olaraq razıdır. Tərəflər sazişin şərtləri pozulduğu halda məhkəməyə müraciət edə bilərlər". Məhz bu məsələ ilə bağlı mediasiyada onlara ətraflı məlumat verilməli, bütün məsələlər izah olundu və hər ikisi sərbəst şəkildə imza etməklə razılıqlarını, iradə ifadələrini bildirmişlər. Lakin Vəliyev X2 sazişinin tələblərini, xüsusilə də qeyd edilən 1-ci bəndin şərtlərini kobud surətdə pozmuş və icra etməmişdir. Maraqlı şəxs barışıq sazişini könüllü icra etmək niyyəti olmamışdır. Belə olan halda məcburən barışıq sazişinin təsdiq olunması məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, izahatında göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Ərizəçi bildirdi ki, Maraqlı şəxs 2025-ci ilin may ayında borc pul vermişdir. Daha sonra onu qaytarmaq iqtidarında olmadığından ərizəçiyə barışıq sazişi bağlanmasını təklif etmişdir. Lakin hal-hazırda barışıq sazişinin müddəalarını yerinə yetirmir. Barışıq sazişinin şərtlərinə görə maraqlı şəxs ona pay sahibi və təsisçisi olduğu "xxxx" MMC-də olan 90 faiz payından ona olan 4680 manat borc qarşılığında pay hissəsindən 52 faiz hissəsini verməyi öhdəsinə götürmüşdür. O da, onun təklifi ilə razılaşmışdır. Odur ki, izahatında göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclası zamanı öz izahatında bildirdi ki, onun götürdüyü borcu ödəməyə sonradan imkanı çatmadı. Barışıq sazişində də qeyd olunduğu kimi pay sahibi və təsisçisi olduğu “EMiL MMC”-də olan 90 faiz pay faizindən birinci tərəfə yəni Ərizəçi 52 faiz verməyi öhdəsinə götürmüşdür. Bundan əlavə barışıq sazişinin şərtləri ilə razı olmuşdur. Çünki borcu ödəmək üçün kifayət qədər vəsaiti yoxdur. Odur ki, qeyd olunanlara əsasən qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə ərizəni, ərizəçinin və maraqlı şəxsin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Belə ki, işdə olan xx.xx.2025-ci il tarixli, MŞA/MT063/2025/00030 saylı barışıq sazişindən görünür ki, borc qarşılığında "İkinci tərəf, yəni Maraqlı şəxs öz üzərinə öhdəlik götürür ki, pay sahibi və təsisçisi olduğu "xxxx" MMC-də olan 90 faiz pay faizindən birinci tərəfə yəni Ərizəçi olan 4680 manat borc qarşılığında 90 faiz pay hissəsindən 52 faiz pay hissəsini birinci tərəf Ərizəçi adına keçirilməsinə könüllü olaraq razıdır. İkinci tərəf Maraqlı şəxs ( təsisçi) öz üzərinə öhdəlik götürmüşdür. Barışıq sazişinin ikinci şərtinə görə, barışıq sazişinin icrası ən geci xx.xx.2025-ci il tarixə kimi icra ediləcək. Saziş tam imzalandığı tarixdən (xx.xx.2025-ci il) qüvvəyə minir və tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir. Tərəflər sazişin şərtləri pozulduğu halda məhkəməyə müraciət edə bilərlər.” İşdə olan 28 dekabr 2004-cü il tarixli "xxxx" MMC-nin nizamnaməsindən görünür ki, Maraqlı şəxs Cəmiyyətin təsisçisidir. İşdə olan 11 saylı Ərazi Vergilər Dairəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, "xxxx" MMC (VÖEN **********) qanuni təmsilçisi Maraqlı şəxsdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Belə ki, Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Yekunda məhkəmə belə nəticəyə gəlir ki, ərizə qismən təmin edilməli, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən qanunla müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Maraqlı şəxs ilə Ərizəçi arasında mediasiya prosesi nəticəsində xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişinə əsasən "İkinci tərəf, yəni Maraqlı şəxs pay sahibi və təsisçisi olduğu "xxxx" MMC-də olan 90 faiz pay faizindən birinci tərəfə yəni Ərizəçi olan 4680 manat borc qarşılığında 90 faiz pay hissəsindən 52 faiz pay hissəsini birinci tərəf Ərizəçi adına keçirilməsinə könüllü olaraq razı olmasına, barışıq sazişinin ikinci şərtinə görə, barışıq sazişinin icrasının ən geci xx.xx.2025-ci il tarixə kimi icra edilməsinə, saziş tam imzalandığı tarixdən (xx.xx.2025-ci il) qüvvəyə minməsi və tərəflər öhdəliklərini tam icra edənədək qüvvədə olmasına dair barışıq sazişi məcburi icra edilməsi üçün təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 355-23, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə təmin edilsin. Maraqlı şəxs ilə Ərizəçi arasında mediasiya prosesi nəticəsində xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişinə əsasən "İkinci tərəf, yəni Maraqlı şəxs pay sahibi və təsisçisi olduğu "xxxx" MMC-də olan 90 faiz pay faizindən birinci tərəfə yəni Ərizəçi olan 4680 manat borc qarşılığında 90 faiz pay hissəsindən 52 faiz pay hissəsini birinci tərəf Ərizəçi adına keçirilməsinə könüllü olaraq razı olmasına, barışıq sazişinin ikinci şərtinə görə, barışıq sazişinin icrasının ən geci xx.xx.2025-ci il tarixə kimi icra edilməsinə, saziş tam imzalandığı tarixdən (xx.xx.2025-ci il) qüvvəyə minməsi və tərəflər öhdəliklərini tam icra edənədək qüvvədə olmasına dair barışıq sazişi təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar