Məhkəmə qərarları › İş №2(051)-2427/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2427/2025

09.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2427/2025 09.02.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Ərizəçi: Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y YƏ N E T D İ : Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, X2nın xx.xx.1998-ci ildə Yevlax rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum X6 onun qızıdır. X15 xx.xx.1989-cü il tarixdə Ağdaş rayonu Qaradeyin kəndində doğulmuşdur. X2 yaşadığı Yevlax rayonunda xx.xx.1998-ci ildə qəflətən vəfat etmişdir Mərhum qızı xəstə idi, fiziki cəhətdən inkişafı tam dayanmışdı. Uzun zaman davam edən xəstəlik nəticəsində vəfat etmişdir. Qanunları bilmədiyi üçün, bundan başqa onun vəfat etməsinə görə sarsıldığı üçün Təcili və X10 çağırmadan Ağdaş rayon Qaradeyin kəndində dəfn etdilər. Qanuna əsasən ölüm faktı Təcili və X10 gələnədək (yəni həkimə qədər) baş veribsə, ölümün səbəbi məlum deyilsə (şikayəti olmayıb, heç bir poliklinikaya müraciət etməyib, tibbi sənədləri yoxdur, ölüm qəfil baş verib) ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün məhkəməyə müraciət olunur. Qızı X1 rayon Qaradeyin kənd qəbirstanlığında dəfn olunmuşdur. Bununla bağlı Bələdiyyədən arayış almışdır. Qanunları bilmədiyi üçün ölüm haqqında şəhadətnamə almamışlar. Hazırda onlar ölüm haqqında şəhadətnamə almaq istəyir lakin onlara məlum olmuşdur ki, Qeydiyyat şöbəsində ölümün akt qeydi barəsində məlumat tapılmamışdır. Ölüm haqqında tibbi şəhadətnamə olmadan VVAQ şöbəsi ölüm faktını qeydə ala bilməz. Ölüm haqqında dövlət qeydiyyatını aparmaq üçün bu sənəd mütləq tələb olunur. Lakin mərhum anası dəfn etdiyi üçün olüm faktını təsdiq edən tibbi şəhadətnaməni almaq mümkün deyil. Buna görə də ölüm faktını VVAQ şöbəsində təsdiq etməklə, ölüm haqqında şəhadətnaməsini ala bilmir. Həmin şəhadətnamənin başqa qaydada alınması mümkün deyil. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmin faktın başqa cür müəyyən edilməsi mümkün deyil. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Ərizəçi uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Şahid qismində dindirilmiş X17 məhkəmə iclası zamanı bildirmişdir ki, ərizəçi baldızımdır. Hazırda 4 övladı var. Böyük övladı Əntiqə vəfat etmişdir. Doğulduğu andan xəstə, iflic idi. Əvvəllər müalicə etdirsələrdə, müharibə vaxtı imkansızlıqdan müalicəsini davam etdirə bilmədilər. Uşaq qış aylarında doğulmuşdur. 1998-ci ilin iyul ayında vəfat etmişdir. Ağdaş rayonu, Qaradeyin kəndinə dəfn edilmişdir. Qohumlar arasında kiçik bir mərasim keçirilmişdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 bildirdi ki, ərizəçi qonşusu olmuşdur. Hazırda 3 qızı və 1 oğlu var. Bir oğlu və bir qızı vəfat etmişdir. Böyük övladı Əntiqə adlı qızı vəfat etmişdir. 1989-cu ilin dekabrın sonlarında doğulmuşdur. Xəstə idi, inkişafı getmirdi. Yevlax rayonunda vəfat etmiş, Ağdaş rayonu, Qaradeyin kəndində dəfn edilmişdir. Şahid qismində dindirilmiş X5 məhkəmə iclası zamanı bildirmişdir ki, hazırda 3 bacı, 1 qardaşdırlar. Bacısı vəfat edəndə 8 yaşı var idi. Həmişə onun xəstə olduğunu görürdü. Bacısı yaşıdları kimi inkişaf etmirdi. Digər bacı-qardaşlarım kimi yeyib-içmirdi. 1989-cu ilin dekabrın 27-si doğulmuş, 1998-ci ilin iyul ayında evdə vəfat etmişdir. Ağdaş rayonu, Qaradeyin kəndində dəfn edilmişdir. Qohumlar arasında kiçik mərasim olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 bildirdi ki, ərizəçi bibisidir. Bibisinin hazırda 3 qızı və 1 oğlu var. 1 qızı və 1 oğlu vəfat etmişdir. 1989-cu ildə bibisi qızı doğulmuşdur. Uşaq inkişaf etmirdi. O, 1998-ci ilin iyulun 2-si hərbi xidmətə çağırıldı. Sonradan məzuniyyətə gələn zaman öldüyünü eşitmişdir. Maraqlı şəxs Mingəçevir şəhər “ASAN xidmət” X9 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni, ərizəçinin izahatlarını, şahid ifadəsini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə tərəfindən müəyyən olunmuş hallar aşağıdakılardan ibarət olmuşdur: Belə ki, İşdə olan Mingəçevir regional “Asan Xidmət” X18 tərəfindən xx.xx.2025-ci il tarixli, 3-16-5\8-15-592\25 saylı Arayışdan görünür ki, AR. ƏN-nin "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X3 1998-2001-ci illər tarixdə ölməsi ilə bağlı heç bir məlumat aşkar edilməmişdir. İşdə olan 13 oktyabr 2025-ci il tarixli, 38 saylı arayışdan görünür ki, Ərizəçi mərhum X2nın xx.xx.1998-ci il tarixdə Ağdaş rayon Eymur Bələdiyyəsinin əhatə etdiyi X4 dəfn edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İsmayılova X8 şəhər, Aydın Məmmədov küçəsi, ev 8/4, mənzil 18 ünvanında qeydiyyatdadır. İşdə olan “doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1989-cu il tarixdə doğulmuş X3 atası X7, anası Ərizəçi dır. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8–ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 310–cu maddəsində göstərilmişdir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın ona hansı məqsəd üçün lazım olduğunu göstərməlidir. İşin halları ilə müəyyən olunur ki, ərizəçi qızının vəfat etməsi faktının müəyyən edilməsini başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası MPM–in 308 və 310-cu maddələrində nəzərdə tutulmuş şərtlər məcmu halında mövcuddur. Məhkəmə iş üzrə müəyyən edilən hallara qiymət verərək hesab edir ki, Ərizəçi X2nın xx.xx.1998-ci ildə Yevlax rayonunda ölməsi faktı sübuta yetirilir. Ona görə də, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 312–316 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1989-cu il tarixdə doğulmuş X2 xx.xx.1998-ci il tarixdə Yevlax rayonunda ölməsi faktı müəyyən edilsin. X3 ölməsi faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölümünün qeyd edilməsi və ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar