Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2430/2024 18.11.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs ilə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi : İddia tələbi :
1. Ərizəçi Maraqlı şəxs ilə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. Ərizənin əsaslandırıldığı hallar :
2. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlamışdır. Maraqlı şəxs barışıq saizişini icra etmir. Barışıq sazişin 1,2,3,4cü bəndlərinin təsdiqlənməsinə və barışıq sazişinin təsdiq edilməsi üçün ödənilmiş 100 (bir yüz) manat mediasiya xidmət haqqının qarşı tərəfindən tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. İş materialları :
3. Yevlax 1 saylı Mediasiya təşkilatının MŞY/MT034/2023-00471 nömrəli, xx.xx.2023cü il tarixli barışıq sazişinə əsasən müəyyən olunur ki, borc tələbinə dair mübahisənin həlli məqsədi ilə X2 1 saylı Mediasiya Təşkilatına etdiyi müraciət əsasında Təşkilatın mediatoru X1 vasitəsilə Maraqlı şəxs ilə ərizəçinin arasında xx.xx.2023-cü il tarixli Barışıq Sazişi bağlanmışdır. Həmin barışıq sazişinə əsasən:
1. Birinci Tərəf Ərizəçi (AA*******; FİN: xxxxxxx; Doğum tarixi: xx.xx.1965) İkinci Tərəf Maraqlı şəxs (AA*******; FİN:xxxxxxx; Doğum tarixi: xx.xx.1967) 2018-ci ilin iyul və dekabr aylarında ayrı ayrı vaxtlarda 2(iki) dəfə, 4000(dörd min) manat və 5500(beş min beş yüz) manat olmaqla ümumilikdə 9500(doqquz min beş yüz) manat nəğd qaydada borc olaraq pul verib.
2. İkinci Tərəf Maraqlı şəxs (AA*******; FİN:xxxxxxx; Doğum tarixi: xx.xx.1967) öz üzərinə öhdəlik götürür ki, 2018-ci ilin iyul və dekabr aylarında ayrı ayrı vaxtlarda 2(iki) dəfə, 4000(dörd min) manat və 5500(beş min beş yüz) manat olmaqla ümumilikdə 9500(doqquz min beş yüz) manat nəğd qaydada Birinci Tərəf Ərizəçi (AA*******; FİN: xxxxxxx; Doğum tarixi: xx.xx.1965) borc olaraq pul alıb.
3. İkinci Tərəf Maraqlı şəxs (AA*******; FİN:xxxxxxx; Doğum tarixi: xx.xx.1967) öz üzərinə Öhdəlik götürür ki, Birinci Tərəf Ərizəçi (AA*******; FİN: xxxxxxx; Doğum tarixi: xx.xx.1965) 2018-ci ilin iyul və dekabr aylarında ayrı ayrı vaxtlarda 2(iki) dəfə, 4000(dörd min) manat və 5500(beş min beş yüz) manat olmaqla ümumilikdə 9500(doqquz min beş yüz manat nəğd qaydada aldığı pul borcunu hər ay 500(beş yüz) manat olmaqla, hər ayın 15-i və ən geci 17-nə kimi Birinci Tərəf Ərizəçi (AA*******; FİN: xxxxxxx; Doğum tarixi: xx.xx.1965) ödəməyi öz üzərinə öhdəlik götürür.
4. Tərəflər, Birinci Tərəf Ərizəçi (AA*******; FİN: xxxxxxx; Doğum tarixi: xx.xx.1965) və İkinci Tərəf Maraqlı şəxs (AA*******; FİN:xxxxxxx; Doğum tarixi: xx.xx.1967) Öz üzərlərinə öhdəlik götürürlər ki, aralarında bağladıqları barışıq sazişi könüllü olaraq razılaşdırılıb və imzalanıb. Saziş tam imzalandığı tarixdən (xx.xx.2023-cü il) qüvvəyə minir və Tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir! Qeyd: Tərəflər sazişin şərtləri pozulduğu halda məhkəməyə müraciət edə bilərlər! Tərəflərin izahatları :
4. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, maraqlı şəxslə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən Maraqlı şəxs 2018-ci ilin iyul və dekabr aylarında ayrı-ayrı vaxtlarda 4000 manat və 5500 manat, ümumilikdə 9500 manat pul götürmüşdür. Həmin pulu hər ay 500 manat olmaqla, hər ayın 15-i və ən geci 17-nə kimi ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq o, ödənişi etmir. Bu səbəbdən hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasını məhkəmədən xahiş edir.
5. Məhkəmə iclasında Maraqlı şəxs izahatında bildirdi ki, həqiqətən də o, Ərizəçi müxtəlif vaxtlarda cəmi 9500 manat məbləğində borc pul götürmüşdür. Həmin pulu hər ay 500 manat olmaqla qaytarması barədə ərizəçi ilə aralarında barışıq sazişi imzalanmışdır. Həmin sazişi könüllü olaraq şəxsən imzalamış və həmin borcu ödəyəcəkdir. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İşin faktiki halı :
6. Maraqlı şəxs Ərizəçi 2018-ci ilin iyul və dekabr aylarında ayrı-ayrı vaxtlarda 4000 manat və 5500 manat, ümumilikdə 9500 manat məbləğində borc pul götürmüşür. Daha sonra onlar arasında mediasiya prosesi nəticəsində barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin 3-cü bəndinə əsasən maraqlı şəxs həmin məbləği hər ay 500 manat olmaqla hər ayın 15-i və ən geci 17-nə kimi ödəməyi öhdəsinə götürmüşdür. Maraqlı şəxs qeyd edilən barışıq sazişinin borcun qaytarılması ilə bağlı şərtini yerinə yetirmədiyindən ərizəçi xx.xx.2023-cü il tarixli barışıq sazişinin pul tələbinə dair hissəsinin təsdiq edilərək, hər ay 500 manat olmaqla Maraqlı şəxs Ərizəçi xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs ərizənin təmin olunmasına etiraz etmir. Tətbiq edilən hüquq : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi : 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 305.1.17. məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.
11. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu: 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.
Məhkəmənin mövqeyi :
11. Qanununun tələbinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi könüllü şəkildə icra edilmədikdə və barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd deyildirsə, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılmamışdırsa, məhkəmə qaydasında təsdiq edilə bilər.İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, Maraqlı şəxs barışıq sazişini könüllü şəkildə bağlamışdır. Barışıq sazişi qanuna zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Bununla yanaşı maraqlı şəxs barışıq sazişinin pul tələbinə dair hissəsinin şərtlərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirməmişdir. Qeyd olunan hallara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməlidir.
12. Ərizə təmin edildiyindən, ərizəçi dövlət rüsumu ödəməkdən azad edildiyindən ödənilməmiş dövlət rüsumu maraqlı şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
13. Mediasiya sessiyasında ödənilmiş xidmət haqqı maraqlı şəxsdən alınaraq ərizəçiyə verilməlidir. Nəticə :
14. Beləliklə ərizə təmin edilməli, ərizəçi ilə maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış MŞY/MT034/2023-00471 nömrəli, xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilməlidir.
15. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ :
Ərizə təmin edilsin. Ərizəçi Ələsfər oğlu və Maraqlı şəxs arasında Yevlax 1 saylı Mediasiya Təşkilatında bağlanmış MŞY/MT034/2023-00471 nömrəli, xx.xx.2023-cü il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:
1. Birinci Tərəf Ərizəçi (AA*******; FİN: xxxxxxx; Doğum tarixi: xx.xx.1965) İkinci Tərəf Maraqlı şəxs (AA*******; FİN:xxxxxxx; Doğum tarixi: xx.xx.1967) 2018-ci ilin iyul və dekabr aylarında ayrı ayrı vaxtlarda 2(iki) dəfə, 4000(dörd min) manat və 5500 (beş min beş yüz) manat olmaqla ümumilikdə 9500(doqquz min beş yüz) manat nəğd qaydada borc olaraq pul verib.
2. İkinci Tərəf Maraqlı şəxs (AA*******; FİN:xxxxxxx; Doğum tarixi: xx.xx.1967) öz üzərinə öhdəlik götürür ki, 2018-ci ilin iyul və dekabr aylarında ayrı ayrı vaxtlarda 2(iki) dəfə, 4000(dörd min) manat və 5500 (beş min beş yüz) manat olmaqla ümumilikdə 9500(doqquz min beş yüz) manat nəğd qaydada Birinci Tərəf Ərizəçi (AA*******; FİN: xxxxxxx; Doğum tarixi: xx.xx.1965) borc olaraq pul alıb.
3. İkinci Tərəf Maraqlı şəxs (AA*******; FİN:xxxxxxx; Doğum tarixi: xx.xx.1967) öz üzərinə Öhdəlik götürür ki, Birinci Tərəf Ərizəçi (AA*******; FİN: xxxxxxx; Doğum tarixi: xx.xx.1965) 2018-ci ilin iyul və dekabr aylarında ayrı ayrı vaxtlarda 2(iki) dəfə, 4000(dörd min) manat və 5500(beş min beş yüz) manat olmaqla ümumilikdə 9500(doqquz min beş yüz manat nəğd qaydada aldığı pul borcunu hər ay 500(beş yüz) manat olmaqla, hər ayın 15-i və ən geci 17-nə kimi Birinci Tərəf Ərizəçi (AA*******; FİN: xxxxxxx; Doğum tarixi: xx.xx.1965) ödəməyi öz üzərinə öhdəlik götürür.
4. X3 Ərizəçi (AA*******; FİN: xxxxxxx; Doğum taixir: xx.xx.1965) və İkinci Tərəf Maraqlı şəxs (AA*******; FİN:xxxxxxx; Doğum tarixi: xx.xx.1967) Öz üzərlərinə öhdəlik götürürlər ki, aralarında bağladıqları barışıq sazişi könüllü olaraq razılaşdırılıb və imzalanıb. Mediasiya sessiyasında ödənilmiş xidmət haqqı olan 100 (yüz) manat Maraqlı şəxs alınaraq Ərizəçi xeyrinə tutulsun. Ödənilməmiş dövlət rüsumu Maraqlı şəxs tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Güləndam Quliyeva