Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2446/2023 05.10.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi Ərizəçi: Aşurova (Orucova) Şəfəq Alməmməd qızının, Maraqlı şəxs: Maraqlı şəxs iştirakı ilə Ərizəçi Aşurova (Orucova) Şəfəq Alməmməd qızının Maraqlı şəxs ilə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi Aşurova (Orucova) Şəfəq Alməmməd qızı mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Mediasiya tərəfindən tərtib edilmiş, hər ikisinin imzası ilə təsdiq edilmiş barışıq sazişi üzrə müəyyən edilmiş öhdəliklərin (5000+1040 manat) məcburi icrası və ödənilmiş dövlət rüsumu borcludan tutulması haqqında icra vərəqi verilməsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı ərizənin dəlillərini müdafiə etdi, əsasən ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, müraciəti əsasında, “Mediasiya haqqında” AR Qanununun 33-cü maddəsinə uyğun olaraq, borclu Maraqlı şəxs ilə xx.xx.2023-cü il tarixli əmlak bölgüsü haqqında saziş bağlanmışdır. Həmin sazişlə birgə nikah dövründə əldə olunmuş əmlakın aşağıda göstərilən qaydada bölgüsü aparılmışdır:
1. ikinci tərəf Birinci tərəfə, birgə nikah dövründə əldə etdikiəı i, içərisində yarımçıq tikili olan torpq sahəsində və avtomobildə olan pay hüququnun əvəzinə 6000 (altı min) manat pul məbləğini ödəməyi öhdəsinə götürür,
2. İkinci tərəf Birinci tərəfə, 6000 (altı min) manat pul məbləğini İkinci tərəfin açdığı bank hesabına (bank kartına) 2023-cü ilin iyun ayının 9-dək ödəməyi öhdəsinə götürür,
3. Birgə nikah dövründə əldə etdikləri ev əşyalarından paltaryuyan maşın İkinci tərəfdə qalmaq şərtilə, digər ev əşyalarını Birinci tərəf özünə götürür.
4. Birinci tərəf ona aid ev əşyalarını, ikinci tərəf 6000 manat pulu birinci tərəfə ödədiyi gündən sonra beş gün ərzində götürməyi öhdəsinə götürür. Sazişin mətnindən də aydın olur ki, tərəflərdən Maraqlı şəxs öhdəliklərini pozmuş, sazişdə 2023-cü il 09 iyun tarixə qədər ödəməli olduğu 6000 (altı min) manat pulun 1000 (min) manatını ödəmişdir. Nəticədə tərəfin öhdəliyinin vaxtında və lazımınca yerinə yetirilməməsi nəticəsində, 5000 (beş min) manat puldan məhrum olmuş və gecikmə faizi ilə hesablasaq iki ay müddətində davamedici formada minimum hər ay üçün ödənməyən pulun 12 faizi məbləğində (1040 manat) maddi zərər dəymişdir. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs məhkəmə iclası zamanı izahat verərək bildirdi ki, barışıq sazişinin digər şərtlərinin də ərizəçinin diqqətinə çatdırılmaqla təsdiq edilməsinə etiraz etmir. Məhkəmə ərizəçinin nümayəndəsinin və maraqlı şəxsin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir.
1. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişindən görünür ki, ikinci tərəf Birinci tərəfə, birgə nikah dövründə əldə etdikiəı i, içərisində yarımçıq tikili olan torpq sahəsində və avtomobildə olan pay hüququnun əvəzinə 6000 (altı min) manat pul məbləğini ödəməyi öhdəsinə götürür,
2. İkinci tərəf Birinci tərəfə, 6000 (altı min) manat pul məbləğini İkinci tərəfin açdığı bank hesabına (bank kartına) 2023-cü ilin iyun ayının 9-dək ödəməyi öhdəsinə götürür,
3. Birgə nikah dövründə əldə etdikləri ev əşyalarından paltaryuyan maşın İkinci tərəfdə qalmaq şərtilə, digər ev əşyalarını Birinci tərəf özünə götürür.
4. Birinci tərəf ona aid ev əşyalarını, ikinci tərəf 6000 manat pulu birinci tərəfə ödədiyi gündən sonra beş gün ərzində götürməyi öhdəsinə götürür. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən olundu ki, ərizəçi ilə maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanmışdır. Lakin qanunda nəzərdə tutulmuş müddət ərzində Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Ona görə də ərizəçi məcburi icrası üçün mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilmədiyinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən məcburi icra edilməsi üçün təsdiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinəəsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən, onun könüllü şəkildə icra edilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, barışıq sazişi məcburi icra ediməsi üçün təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 355-23, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ:
Ərizə təmin edilsin. Maraqlı şəxs ilə Aşurova (Orucova) Şəfəq Alməmməd qızı arasında mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixdə bağlanmış, 6000 manat məbləğində pulun Maraqlı şəxs tərəfindən Aşurova (Orucova) Şəfəq Alməmməd qızına ödənilməsinə dair öhdəlik götürməsi ilə bağlı barışıq sazişi təsdiq edilsin və barışıq sazişi məcburi icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
HAKİM Ələkbər Hüseynov