Məhkəmə qərarları › İş №2(051)-2446/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2446/2025

10.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2446/2025 10.02.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Ərizəçi: Ərizəçi və etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y YƏ N E T D İ : Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.1976-cı il təvəllüdlü X1 xx.xx.1983-cü ildə Mingəçevir şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan Ərizəçi məhkəməyə tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.1976-cı il təvəllüdlü X1 xx.xx.1977-ci ildə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun X8 ilə birgə nikahından xx.xx.1976-cı il tarixdə doğulmuş oğlu X5 1 yaşında, 1977-ci ilin aprel ayında vəfat etmişdir. X17, əri Fərhad Abdullayevin ata yurdu olan Ermənistan Respublikası (keçmiş Ermənistan SSR) İcevan rayonu Göyərçin kənd qəbirstanlığında dəfn etmişlər. Lakin unudub, ona ölüm haqqında şəhadətnamə almamışlar. Hazırda onun ölüm haqqında şəhadətnaməsi yoxdur. Mingəçevir şəhər Regional Asan Xidmət Mərkəzində Qeydiyyat şöbəsinə müraciət etsə də, onun ölümü barədə şəhadətnamə ala bilməmişlər və ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Onun torpaq sahəsi var, hazırda onu satmaq istəyir, lakin mərhum oğlu X1 adı Qeydiyyat Şöbəsinin arayışında qeyd olunduğu üçün vəfat etmiş oğlunun 18 yaşından yuxarı olduğu müəyyən olunduğuna görə həmin torpaq sahəsini sata bilmir. Bu sənəd ona görə lazımdır. Həmin faktın başqa cür müəyyən edilməsi mümkün deyildir. Onun ölümünü qohum və qonşular təsdiq edə bilərlər. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmin faktın başqa cür müəyyən edilməsi mümkün deyil. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Ərizəçi uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şahid qismində dindirilmiş X6 məhkəmə iclası zamanı bildirmişdir ki, bibisinin 3 uşağı olmuşdur. Nurlan adlı övladı vəfat etmişdir. Mingəçevir şəhərində yaşayırdılar. Uşağı rayona müalicə üçün gətirib aparırdılar. Sonuncu dəfə vəziyyəti ağırlaşanda Bakı şəhərinə apardılar. Uşaq sepsis xəstəliyindən əziyyət çəkirdi. 1976-cı ilin mart ayında doğulmuş, 1977-ci ilin aprel ayında Bakı şəhərində xəstəxanada uşaq vəfat etmişdir. Ermənistan Respublikası, İcevan rayonu, Göyərçin kəndində dəfn edilmişdir. Həmin vaxtlar o, 26 yaşında idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 bildirdi ki, ərizəçi bacısdır. Bacısının uşaqlarından biri 1976-cı ildə doğulmuş, 1977-ci ildə vəfat etmişdir. Uşaq xəstə idi, Bakı şəhərinə xəstəxanaya aprmışdılar, orada xəstəxanada vəfat etmişdir. Ermənistan Respublikası, İcevan rayonu, Göyərçin kəndində dəfn edilmişdir. Dəfn də iştirak etməmişəm. Evdə kiçik mərasim olmuşdur, orada iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 bildirdi ki, ərizəçinin bacısı ilə qonşu olmuşlar. Qonşu ilə münasibətləri yaxşı idi. Ərizəçini ora gedib-gələn zaman tanımışdır. Hazırda 2 uşağı var. Bir övladı vəfat etmişdir. Uşaq xəstə uşaq idi. 1976-cı ildə doğulmuşdur. Tez-tez bacısıgilə gəlib-gedirdilər. Uşaq xəstə olduğundan müalicələrə aparırdılar. Aradan 5-6 ay keçdi. Uşağı Bakı şəhərinə müalicəyə aparmışdılar. Sonradan bacısı Cahandan uşağı soruşanda vəfat etdiyini bildirdi və Bakı şəhərindən də Ermənistan Respublikası İcevan rayonuna aparıb Göyərçin kənd qəbiristanlığında dəfn etmişdirlər. 1977-ci ilin aprel ayında uşaq vəfat etmişdir. Maraqlı şəxs Mingəçevir şəhər “ASAN xidmət” X4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni, ərizəçinin və onun vəkilinin və nümayəndəsinin izahatlarını, şahid ifadəsini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə tərəfindən müəyyən olunmuş hallar aşağıdakılardan ibarət olmuşdur: İşdə olan 8 nömrəli MİS tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 455 saylı arayışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanda ailə üzvləri Adil (yaşamır), Xatirə, Ülkər və Kamillə birlikdə yaşayır. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, AbdullayevFərhad Məcid oğlu xx.xx.2022-ci il tarixdə beyin ödemi səbəbindən vəfat etmişdir. İşdə olan evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X9 arasında olan nikah 26 iyun 1973-cü ildə 2 nömrə ilə qeydə alınmışdır. Arvada Abdullayeva soyadı verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1976-cı il tarixdə X8 və Ərizəçi birgə nikahlarından doğulmuşdur. İşdə olan Mingəçevir regional “Asan Xidmət” X14 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2025-ci il tarixədək X2 ailə üzvləri, arvadı, Ərizəçi, qızı, X10, X5 və X7r. İşdə olan Mingəçevir regional “Asan Xidmət” X14 tərəfindən xx.xx.2025-ci il tarixli, 3-16- 5/8-15-1443/25 saylı Arayışdan görünür ki, AR ƏN-nin "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X1 1976-1980-ci illər və 1976-2004cü il tarixdə ölməsi ilə bağlı heç bir məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8–ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 310–cu maddəsində göstərilmişdir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın ona hansı məqsəd üçün lazım olduğunu göstərməlidir. İşin halları ilə müəyyən olunur ki, ərizəçi oğlunun vəfat etməsi faktının müəyyən edilməsini başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası MPM–in 308 və 310-cu maddələrində nəzərdə tutulmuş şərtlər məcmu halında mövcuddur. Məhkəmə iş üzrə müəyyən edilən hallara qiymət verərək hesab edir ki, Ərizəçi oğlu X1 xx.xx.1977-ci il tarixdə Bakı şəhərində ölməsi faktı sübuta yetirilir. Ona görə də, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 312–316 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1976-cı il tarixdə doğulmuş oğlu X1 xx.xx.1977-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. X1 ölməsi faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölümünün qeyd edilməsi və ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar