Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2449/2025 09.12.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs ilə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli MŞS/MT030/2024-00229 saylı barışıq sazişinin məhkəmə tərəfindən təsdiq olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mənimlə Maraqlı şəxs ilə qeyri-rəsmi nikaha daxil olmaqla, xx.xx.2020-ci il təvəllüdlü X3 doğulmuşdur. Maraqlı şəxs övladı xx.xx.2020-ci il təvəllüdlü X1 üçün xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər hər ay 100 (yüz) manat, xx.xx.2024-cü il tarixindən uşağın yetkinlik yaşına çatana kimi hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimenti hər ayın sonuncu günündən gec olmayaraq Ərizəçi ödəmək barədə öhdəlik götürərək, barışıq sazişi imzalanmışdır. Həmin sazişin 6-cı hissəsində ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, tam imzalandığı gündən 10 (on) təqvim gün müddətində könüllü icra olunmalıdır. Həmin sazişin 8-ci hissəsində Sazişin könüllü icrasından imtina olunsa, Tərəf Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Lakin Maraqlı şəxs. xx.xx.2024-cü il tarixli barışıq sazişi üzrə birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X1 üçün xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər hər ay 100 (yüz) manat, xx.xx.2024-cü il tarixindən uşağın yetkinlik yaşına çatana kimi hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində pulun verilməsi hissəsində öhdəliyini icra etməkdən boyun qaçırdır. Bu səbəbdən də xx.xx.2024-cü il tarixli barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi zərurəti yaranmışdır. Odur ki, onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq olunması haqqında qətnamə çıxarılmasını xahiş edir. Ərizəçi ərizəyə uyğun izahat verdi və barışıq sazişində nəzərdə tutulmuş X1 üçün xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər hər ay 100 (yüz) manat ödənilməsinə dair hissəsi ilə bağlıqeyd etdi ki, maraqlı şəxs xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər hər ay 100 (yüz) manat ödəmiş, sadəcə xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər, yəni 1 aylıq məbləği və barışıq sazişinin digər hissəsində nəzərdə tutulmuş xx.xx.2024-cü il tarixindən uşağın yetkinlik yaşına çatana kimi hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimenti ödəməkdən yayınır. Ona görə də barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş edir. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlar: İşdə olan doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X4 atası Maraqlı şəxs, anası Ərizəçidır. İşdə olan xx.xx.2024-cü il tarixində bağlanmış barışıq sazişindən görünür ki: Maraqlı şəxs övladı xx.xx.2020-ci il təvəllüdlü X1 üçün xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər hər ay 100 (yüz) manat, xx.xx.2024-cü il tarixindən uşağın yetkinlik yaşına çatana kimi hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimenti hər ayın sonuncu günündən gec olmayaraq Ərizəçi ödəmək barədə öhdəlik götürür. Məhkəmənin gəldiyi nəticə: Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Belə ki, Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. “ Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Yekunda məhkəmə belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən qanunla müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, xx.xx.2024-cü il tarixində bağlanmış barışıq sazişinin xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər övladı xx.xx.2020-ci il təvəllüdlü X1 üçün hər ay 100 (yüz) manat ödənilməsi ilə bağlı hissəsi qismən təmin edilməlidir, belə ki, ərizəçinin izahatına əsasən maraqlı şəxs artıq xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər hər ay 100 (yüz) manat məbləğində alimenti ödəmiş, qalan 1 ay, yəni xx.xx.2024-xx.xx.2024-cü il tarixinədək ödənilməli olan 100 manat aliment hissəsində icra etmədiyindən yalnız xx.xx.2024-cü il tarixdən-xx.xx.2024-cü il tarixinədək ödənilməli olan 100 manat, eyni zamanda xx.xx.2024-cü il tarixindən hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimenti hər ayın sonuncu günündən gec olmayaraq Ərizəçi ödəməsinə dair barışıq sazişi məcburi icra edilməsi üçün təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 355-23, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə qismən təmin edilsin. Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2024-cü il tarixində bağlanmış barışıq sazişinə əsasən – övladı xx.xx.2020-ci il təvəllüdlü X1 üçün xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər 100 (yüz) manat, xx.xx.2024-cü il tarixindən uşağın yetkinlik yaşına çatana kimi hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimenti hər ayın sonuncu günündən gec olmayaraq Ərizəçi ödəməsinə dair barışıq sazişi məcburi icra edilməsi üçün təsdiq edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-2449/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2449/2025
09.12.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver