Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2451/2023 16.10.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs ilə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında xx.xx.2023cü il tarixdə bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, ərizəçi Maraqlı şəxs 27 mart 2023-cü ildə qiyməti 4400 manat olan İphone 14 ProMax (İME/MEİD**********82886) mobil telefon satmışdır. Qarşılıqlı razılı əsasında həmin məbləği hissəvi şəkildə, yəni hər ay 400 manat olmaqla, 11 ay müddətində qaytarmaq şərtilə razılaşıblar. 27 mart 2023-cü il tarixində Maraqlı şəxs ilə bərabər könüllü şəkildə Mingəçevir şəhəri 1 saylı Mediasiya Təşkilatında mediasiya prosesində olublar. Aralarında bağlanan xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən ona qiyməti 4400 manat olan İphone 14 ProMax (İME/MEİD**********82886) mobil telefonu satıb və təhvil verib. Maraqlı şəxs isə həmin mobil telefonun qiyməti olan 4400 manat pulu hissəvi şəkildə, yəni hər ay 400 manat olmaqla, 11 ay müddətinə qaytarmaq öhdəliyi götürmüşdür. Barışıq sazişinin 6-cı bəndinə qeyd edilir ki, saziş imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır və imzalandığı gündən 10 gün müddətinə könüllü şəkildə icra olunmalıdır. Eyni zamanda, sazişin bəndlərinə əsasən tərəflər sazişin şərtləri pozulduğu halda məhkəməyə müraciət edə bilərlər. Məhz bu məsələ ilə bağlı mediasiyada onlara ətraflı məlumat verildi, bütün məsələlər izah olundu və hər ikisi sərbəst şəkildə ima etməklə razılığlarını iradə ifadələrini bildirmişlər. Lakin qarşı tərəf Maraqlı şəxs barışıq sazişini icrasından imtinasına da əsaslandırmır, heç bir əsaslı səbəb göstərmir. İlk vaxtlar cavabdeh həmin pulun vaxtında qaytarmasına söz verdiş lakin cavabdeh verdiyi sözə əməl etmədi. Maraqlı şəxs pulun qaytarılmasını dəfələrlə xahiş və tələb etsə də, o müxtəlif bəhanələrlə pulu qaytarmamışdır. Hətta iki dəfə ondan yazılı şəkildə möhlət verilməsini xahiş etsə də, yenə də öz öhdəliyini icra etməmişdir. Lakin Maraqlı şəxs barışıq sazişinin tələblərini, xüsusilə də qeyd edilən 1-ci bəndin şərtlərini kobud surətdə pozmuş və icra etməmişdir. Maraqlı şəxs barışıq sazişini könüllü icra etmək niyyəti olmamışdır. Belə olan halda məcburən barışıq sazişinin təsdiq olunması məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Ərizəçi məhkəmə iclası zamanı öz izahatında bildirdi ki, Maraqlı şəxs ilə xx.xx.2023-cü il tarixdə aralarında barışıq sazişi bağlanmışdır. Lakin Maraqlı şəxs ödəniş etməkdən imtina edir. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəni, ərizəçini izahatı, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İşdə olan xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişindən görünür ki, Ərizəçi Maraqlı şəxs qiyməti 4400 manat olan İphone 14 ProMax (İME/MEİD**********82886) mobil telefonu hər ay 400 manat olmaqla, 11 ay müddətində hissə-hissə ödəmək şərtilə satmışdır. Maraqlı şəxs Ərizəçi qiyməti 4400 manat olan İphone 14 ProMax (İME/MEİD**********82886) mobil telefonu hər ay 400 manat olmaqla, 11 ay müddətində hissə-hissə ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Belə ki, Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. “ Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən qanunla müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişinə əsasən Maraqlı şəxs Ərizəçi aldığı İphone 14 ProMax (İME/MEİD**********82886) mobil telefonu hər ay 400 manat olmaqla, 11 ay müddətində verilməsinə dair barışıq sazişi məcburi icra edilməsi üçün təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 355-23, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişinə əsasən məbləği 4400 manat olan İphone 14 ProMax (İME/MEİD**********82886) mobil telefonunu Maraqlı şəxs tərəfindən hissə-hissə, yəni hər ay 400 manat olmaqla, 11 ay müddətində ödəmək öhdəliyinə dair barışıq sazişi təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-2451/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2451/2023
16.10.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver