Məhkəmə qərarları › İş №2(051)-2453/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2453/2025

09.12.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2453/2025 09.12.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs ilə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb dəqiqləşdirilməsi barədə ərizədən görünür ki, Ərizəçi barışıq sazişinin alimentə dair hissəsinin təsdiq edilməsi barədə məhkəmədən qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onunla Maraqlı şəxs arasındakı xx.xx.2009-cu il tarixli nikah məhkəmə qaydasında pozulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-626/2024 saylı Qətnaməsi ilə nikah pozulmuş, birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X7, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X9 adlı uşaqları onun yanında saxlanmışdır. Məhkəməyə müraciət etməzdən öncə onlar qarşılıqlı şəkildə razılığa gəlmişlər ki, hər bir uşaq üçün hər ay 80 manat aliment ödəniləcək və bu məsələdə aralarında mübahisə olmadığı üçün könüllü şəkildə mediasiyada barışıq sazişi bağladılar. 26 oktyabr 2023-cü il tarixində Mingəçevir 1 saylı Mediasiya Təşkilatında qarşılıqlı razılıq əsasında və könüllü şəkildə Barışıq Sazişi bağladılar. Həmin Sazişin 2-ci bəndində bilavasitə qeyd edilir ki, ikinci tərəf, yəni X4 xx.xx.2010-cu il təvəllüdlü X7, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2016cı il təvəllüdlü X9 adlı uşaqların yetkinlik yaşına çatana kimi hər biri üçün hər ay 80 manat olmaqla, cəmi 240 manat aliment ödəməyə razıdır. Artıq uzun müddətdir ki, qarşı tərəf Yusifov X3 Sazişini icra etmir, bu ilin əvvəlindən başlayaraq qarşı tərəf ayda 100-120 manat pul ödənişi etmiş, son vaxtlar isə demək olar ki, ödəniş etmir və həmin Sazişin icrasından imtinasını da əsaslandırmır, heç bir əsaslı səbəb göstərmir, hər dəfə müxtəlif bəhanələrlə Sazişin icrasından yayınır. O heç bir yerdə işləmir, heç bir rəsmi və ya qeyrirəsmi gəliri yoxdur. Hazırda atasının və qardaşının köməkliyi ilə birtəhər dolanır. Uşaqların hər üçü məktəblidir, kifayət qədər maddi tələbatları var, o təkbaşına həmin tələbatları qarşılaya bilmir. Lakin Yusifov X3 sazişinin tələblərini, xüsusilə də qeyd edilən 2-ci bəndin şərtlərini pozmuş və icra etməmişdir. Maraqlı şəxs barışıq sazişini könüllü icra etmək niyyəti yoxdur. Belə olan halda o barışıq sazişinin təsdiq olunması məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq olunması haqqında qətnamə çıxarılmasını xahiş edir. Ərizəçi ərizəyə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Ərizəçi məhkəmə iclası zamanı ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ərizənin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəni, ərizəçini izahatı, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlar: İşdə olan AZEMİS elektron informasiya sistemindən əldə edilmiş məlumata əsasən Maraqlı şəxs ilə Ərizəçi birgə nikahından xx.xx.2010-cu il təvəllüdlü X7, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X9 adlı uşaqları doğulmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişindən görünür ki: İkinci Tərəf Maraqlı şəxs öz üzərinə Öhdəlik götürür ki, Birinci X1 yanında qalan övladları X7 (AZE№:11252157; FİN:80TFGD2; Doğum tarixi:xx.xx.2010), X8 (AZE№:11252097; FİN:80TFHE5; Doğum tarixi:xx.xx.2012) və X9 (AZE№:18321051; FİN:8GH78FJ; Doğum tarixi:xx.xx.2016) uşaqlar yetkinlik yaşına çatana kimi Birinci X2 hər ay hər uşaq üçün 80 (səksən) manat olmaqla ümumilikdə 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment ödənişi ödəməyə razıdır. Aliment ödənişi xx.xx.2023-cü il tarixindən başlayaraq hər ay Birinci X1 açdığı bank hesabına (bank kartına) və ya poçt köçürmə yolu ilə ödəniləcək. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-626/2024 nömrəli qətnamədən görünür ki, X10 ilə Maraqlı şəxs arasında xx.xx.2009-cu il tarixdə Mingəçevir şəhər VVADQ şöbəsində bağlanmış və 177 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydinin pozulması, boşanmadan sonra xx.xx.2010-cu il təvəllüdlü Ayxan, xx.xx.2012-ci il təvəllüdlü Orxan və xx.xx.2016-cı il təvəllüdlü Ülvi adlı uşaqların X5 yanında qalması qət edilmişdir. İşdə olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış nikah Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2024-cu il tarixli, qətnaməsinə əsasən pozularaq nikaha xitam verilmişdir. Məhkəmənin gəldiyi nəticə: Məhkəmə ərizəni, ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Belə ki, Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “ Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Yekunda məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən qanunla müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Maraqlı şəxs ilə X10 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişinə əsasən – Maraqlı şəxs xx.xx.2010-cu il təvəllüdlü X7, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X9 adlı uşaqların yetkinlik yaşına çatana kimi hər biri üçün hər ay 80 manat olmaqla, cəmi 240 manat alimentin alınıb Ərizəçi verməsinə, Maraqlı şəxs ödəyəcəyi aliment məbləğini xx.xx.2023-cü il tarixdən başlayaraq Ərizəçi bankda açdırdığı kart hesabına ödəməsinə dair barışıq sazişi məcburi icra edilməsi üçün təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 355-23, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Maraqlı şəxs ilə X10 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişinə əsasən – Maraqlı şəxs xx.xx.2010-cu il təvəllüdlü X7, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X9 adlı uşaqların yetkinlik yaşına çatana kimi hər biri üçün hər ay 80 manat olmaqla, cəmi 240 manat alimentin Ərizəçi verməsinə, Maraqlı şəxs ödəyəcəyi aliment məbləğini xx.xx.2023-cü il tarixdən başlayaraq Ərizəçi bankda açdırdığı kart hesabına ödəməsinə dair barışıq sazişi təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar