Məhkəmə qərarları › İş №2(051)-2466/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2466/2025

11.12.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2466/2025 11.12.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakları ilə Ərizəçi Maraqlı şəxs ilə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanmıç xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, bildirir ki, xx.xx.2025-ci il tarixdə Maraqlı şəxs ilə aralarında barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişinə əsasən Birinci tərəf (Ərizəçi) xx.xx.2009-cu ildə doğulan övladı X2 (AA ******* FİN: 6U2XTAG) və xx.xx.2014 cü ildə doğulan övladı X5 (AA ******* FİN: 6N6VA7X) saxlanılması üçün İkinci tərəfdən (Maraqlı şəxs) 2025-ci il noyabr ayının 13-dən başlayaraq, növbəti hər ayın 13-dək bir uşağa 247 (iki yüz qırx yeddi) manat olmaqla cəmi 494 (dörd yüz doğsan dörd) manat aliment ödəməsini tələb edir. Birinci tərəf (Ərizəçi) İkinci tərəfin (Maraqlı şəxs) ödəyəcəyi aliment məbləğini özünün bankda açdırdığı kart hesabına ödəməsini tələb edir. İkinci tərəf (Maraqlı şəxs) xx.xx.2009-cu ildə doğulan övladı X2 (AA ******* FİN: 6U2XTAG) və xx.xx.2014 -cü ildə doğulan övladı X4 (AA ******* FİN: 6N6VA7X) saxlanılması üçün Birinci tərəfə (Ərizəçi) 2025-ci il noyabr ayının 13-dən başlayaraq, növbəti hər ayın 13-dək bir uşağa 247 (iki yüz qırx yeddi) manat olmaqla cəmi 494 (dörd yüz doxsan dörd) manat aliment ödəməyi üzərinə öhdəlik . götürür. İkinci tərəf (Maraqlı şəxs) ödəyəcəyi aliment məbləğini Birinci tərəfin (Ərizəçi) bankda açdırdığı kart hesabına ödəməyi üzərinə öhdəlik götürür. Lakin maraqlı şəxs üzərinə götürmüş olduğu öhdəliyi yerinə yetirmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq olunması haqqında qətnamə çıxarılmasını xahiş edir. Ərizəçi ərizəyə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasında bildirdi ki, həqiqətən, onunla ərizəçi arasında barışıq sazişi bağlanmışdır. Maddi imkanı olmadığı üçün barışıq sazişini icra edə bilməmişdir. Ona görə də barışıq sazişinin təsdiq edilməsinə etiraz etmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlar: İşdə olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi birgə nikahından xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2014-ci il təvəllüdlü X8 adlı uşaqları doğulmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişindən görünür ki: Birinci tərəf (Ərizəçi) xx.xx.2009-cu ildə doğulan övladı X2 (AA ******* FİN: 6U2XTAG) və xx.xx.2014 cü ildə doğulan övladı X5 (AA ******* FİN: 6N6VA7X) saxlanılması üçün İkinci tərəfdən (Maraqlı şəxs) 2025-ci il noyabr ayının 13-dən başlayaraq, növbəti hər ayın 13-dək bir uşağa 247 (iki yüz qırx yeddi) manat olmaqla cəmi 494 (dörd yüz doğsan dörd) manat aliment ödəməsini tələb edir. Birinci tərəf (Ərizəçi) İkinci tərəfin (Maraqlı şəxs) ödəyəcəyi aliment məbləğini özünün bankda açdırdığı kart hesabına ödəməsini tələb edir. İkinci tərəf (Maraqlı şəxs) xx.xx.2009-cu ildə doğulan övladı X2 (AA ******* FİN: 6U2XTAG) və xx.xx.2014 -cü ildə doğulan övladı X4 (AA ******* FİN: 6N6VA7X) saxlanılması üçün Birinci tərəfə (Ərizəçi) 2025-ci il noyabr ayının 13-dən başlayaraq, növbəti hər ayın 13-dək bir uşağa 247 (iki yüz qırx yeddi) manat olmaqla cəmi 494 (dörd yüz doxsan dörd) manat aliment ödəməyi üzərinə öhdəlik götürür. İkinci tərəf (Maraqlı şəxs) ödəyəcəyi aliment məbləğini Birinci tərəfin (Ərizəçi) bankda açdırdığı kart hesabına ödəməyi üzərinə öhdəlik götürülməsi ilə bağlı ərizəçi ilə maraqlı şəxs arasında razılıq əldə edilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(051)-1029/2016 nömrəli qətnaməsinin surətindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2004cü il tarixdə Mingəçevir şəhər VVADQ şöbəsində bağlanmış və 482 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydi pozulmuşdur. İşdə olan Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Hüseynova X1 şəhəri Yadigar Mansurov küçəsi ev 13, mənzil 12 ünvanda qeydiyyatdadır. Məhkəmənin gəldiyi nəticə: Məhkəmə ərizəçinin izahatını və maraqlı şəxsin ərizəsini, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Belə ki, Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. “ Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Yekunda məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən qanunla müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişinə əsasən – xx.xx.2009-cu il təvəllüdlü Aynurə və xx.xx.2014-cü il təvəllüdlü Onur adlı uşaqlar üçün Maraqlı şəxs 2025-ci il noyabr ayının 13-dən başlayaraq, növbəti hər ayın 13-dək bir uşağa 247 (iki yüz qırx yeddi) manat olmaqla cəmi 494 (dörd yüz doxsan dörd) manat alimentin alınıb Ərizəçi verilməsinə, Maraqlı şəxs ödəyəcəyi aliment məbləğini Ərizəçi bankda açdırdığı kart hesabına ödəməsinə dair barışıq sazişi məcburi icra edilməsi üçün təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 355-23, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişinə əsasən – xx.xx.2009-cu il təvəllüdlü Aynurə və xx.xx.2014-cü il təvəllüdlü Onur adlı uşaqlar üçün Maraqlı şəxs 2025-ci il noyabr ayının 13-dən başlayaraq, növbəti hər ayın 13-dək bir uşağa 247 (iki yüz qırx yeddi) manat olmaqla cəmi 494 (dörd yüz doxsan dörd) manat alimentin alınıb Ərizəçi verilməsinə, Maraqlı şəxs ödəyəcəyi aliment məbləğini Ərizəçi bankda açdırdığı kart hesabına ödəməsinə dair barışıq sazişi təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar