Məhkəmə qərarları › İş №2(051)-2471/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2471/2021

29.12.2021 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2471/2021 29.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Ərizəçi: Ərizəçi, Maraqlı şəxs: Maraqlı şəxs iştirakı ilə, Ərizəçi “Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”nə dair işə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Maraqlı şəxs ilə onun arasında bağlanmış 15.12.2021-ci il tarixli barışıq sazişinin təsdiq edilməsini, Maraqlı şəxs hər ay 28.02.2010-cu il təvəllüdlü Səid və 28.07.2012-ci il təvəllüdlü Rəhim adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 350 manat və ona isə 300 manat olmaqla, cəmi 1000 manat alimentin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, cavabdeh Maraqlı şəxs ilə nikahlarını 29 may 2009-cu ildə Mingəçevir şəhər Qeydiyyat Şönbəsində rəsmiləşdirmişlər. Onların birgə nikahdan 28.02.2010-cu il təvəllüdlü Səid və 28.07.2012-ci il təvəllüdlü Rəhim adlı uşaqları olmuşdur. Nikahlarının ilk dövrlərində ailə münasibətləri normal olmuş, onlar mehriban yaşamışlar. Lakin bir müddət sonra cavabdehlə münasibətləri pozuldu. Buna səbəb cavabdehlə xasiyyətlərinin uyğun olmamasıdır. Dəfələrlə ailə münasibətlərini bərpa etməyə çalışsa da, heç bir nəticəsi olmamışdır. Hal-hazırda cavabdehlə münasibətləri pozulmuş, lakin onlar rəsmi qaydada boşanmamışlar. Maraqlı şəxs hərbçidir və aylıq maaşı 1500-1700 manat aralığındadır. Maraqlı şəxs öz adına olmasa da, qohumlarının adına obyektləri var və yaxşı qazanc əldə edir. Lakin buna baxmayaraq ailəsinə, yəni onlara heç bir yardım etmir. Hər dəfəsində isə kreditləri olmasına bəhanə gətirir. Bu kreditlər isə öz biznesinə xərclənmiş və onlar ondan heç bir fayda əldə etməmişlər. Maraqlı şəxs mediasiya prosesində uşaqlara hər birinə 350 manat, ona isə 300 manat aliment ödəməyi öhdəsinə götürsə də, barışıq sazişini icra etməyi birmənalı olaraq rədd edir. Bu səbəbdən də hazırki ərizəni vermək məcburiyyətində qalmışdır. Həmin ərəfədə Maraqlı şəxsla bərabər mediasiya prosesində olmuşlar. Aralarında olan 15.12.2021-ci il tarixli barışıq sazişinə əsasən cavabdehdən hər ay 28.02.2010-cu il təvəllüdlü Səid və 28.07.2012-ci il təvəllüdlü Rəhim adlı uşaqları yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 350 manat, cəmi 700 manat və ona isə 300 manat, cəmi 1000 manat alimentin ödənilməsi ilə bağlı razılığa gəlmişdilər. Lakin Maraqlı şəxs barışıq sazişinin tələblərini kobud surətdə pozmuş və aliment öhdəliyini lazımi qaydada icra etməməklə bərabər onu təhqir edir. Maraqlı şəxs barışıq sazişini könüllü icra etmək niyyəti olmamışdır. Ona görə də məhkəmədən Maraqlı şəxs ilə onun arasında bağlanmış 15.12.2021-ci il tarixli barışıq sazişinin təsdiq edilməsini, Maraqlı şəxs hər ay 28.02.2010-cu il təvəllüdlü Səid və 28.07.2012-ci il təvəllüdlü Rəhim adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 350 manat və ona isə 300 manat olmaqla, cəmi 1000 manat alimentin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, barışıq sazişi ilə razıdır. Təsdiq edilməsinə etiraz etmir. Hər ay 28.02.2010-cu il təvəllüdlü Səid və 28.07.2012-ci il təvəllüdlü Rəhim adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 350 manat və Ərizəçi isə 300 manat olmaqla, cəmi 1000 manat alimentin ödənilməsinə razıdır. Məhkəmədən qərar çıxararkən verdiyi izahatında göstərdiyi xüsusatları nəzərə almasını xahiş edir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 28.02.2010-cu il təvəllüdlü X6 və 28 iyul 2012-ci il təvəllüdlü X5 adlı uşaqların atası Maraqlı şəxs və anası isə Ərizəçidır. İşə əlavə olunmuş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, 29 may 2009-cu il tarixdə Maraqlı şəxs ilə X1 arasında 176 №-li nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada ərin soyadı (Kazımova) verilmişdir. İşə əlavə olunmuş 15.12.2021-ci il tarixli Barışıq sazişindən görünür ki, Maraqlı şəxs ayda hər uşağa görə 350 manat, Ərizəçi 300 manat, cəmi 1000 manat aliment verməyi üzərinə götürmüşdür. İşə əlavə olunmuş 15.12.2021-ci il tarixli X2 və Mediasiya Xidmətlərinin Göstərilməsi X3 görünür ki, birinci tərəf – Yevlax rayonu, Xanabad kəndində anadan olmuş, ünvan 1 Ərizəçi, ikinci tərəf – Mingəçevir şəhərində anadan olmuş, ünvan 1 ünvanında yaşayan Maraqlı şəxs olmaqla mübahisə tərəfləri alimentin artırılması hər uşağa 200 manatdan 400 manata mübahisəni mediasiya prosesi vasitəsi ilə həll etməyə çalışacaqlar. İşə əlavə olunmuş 15.12.2021-ci il tarixli X2 barədə Müqavilədən görünür ki, mediasiya prosesi ilə əlaqədar xərclər tərəflər arasında birtərəfli qaydada bölünəcəkdir. İMS (50 manat) və TMS (60 manat) olmaqla İ tərəf ödəməyi üzərinə götürür. İşə əlavə olunmuş Mingəçevir şəhər Məhkəməsinin 2(051)-2020/2018 saylı Qətnaməsindən görünür ki, iddia tələbi təmin edilməli və Maraqlı şəxs 28.02.2010-cu il təvəllüdlü Səid və 28.07.2012-ci il təvəllüdlü Rəhim adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 200 manat, cəmi 400 manat aliment tutulub Ərizəçi qızına verilməsi qət edilmişdir. Alimentin tutulmasına 06 iyul 2018-ci ildən başlanmışdır. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarını dinləyib, təqdim olunmuş sənədləri araşdırıb məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddsəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Azərbaycan Respublikası MPM-nin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini obyektiv və qərəzsiz nəzərdən keçirərək belə nəticəyə gəlir ki, Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış 15.12.2021-ci il tarixli barışıq sazişi Maraqlı şəxs 28.02.2010-cu il təvəllüdlü Səid və 28.07.2012-ci il təvəllüdlü Rəhim adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 350 manat və Ərizəçi isə 300 manat olmaqla, cəmi 1000 manat aliment ödənilməsi şərtləri ilə təsdiq edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: Ərizə təmin edilsin. Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış 15.12.2021-ci il tarixli barışıq sazişi Maraqlı şəxs 28.02.2010-cu il təvəllüdlü Səid və 28.07.2012-ci il təvəllüdlü Rəhim adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 350 manat və Ərizəçi isə 300 manat olmaqla, cəmi 1000 manat aliment ödənilməsi şərtləri ilə təsdiq edilsin. Qətnamədən alındığı və ya təqdim olunduğu vaxtdan 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar