Məhkəmə qərarları › İş №2(051)-2494/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2494/2025

03.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2494/2025 03.03.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Ərizəçi: Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən oğlu X1nun xx.xx.2016-cı il tarixdə Mingəçevir şəhərində vəfat etməsi faktının müəyyən olunması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum oğlu X9 xx.xx.2016-cı il tarixdə doğulmuşdur. xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Onu Salahlı qəbristanlığında dəfn etmişlər. Oğlu xəstə doğulmuş və ölümü onları sarsıtdığı üçün ona ölüm haqqında şəhadətnamə almamışlar. Müəyyən müddət sonra Mingəçevir şəhər Qeydiyyat şöbəsinə ölüm haqqında şəhadətnamənin alınması ilə bağlı müraciət etmişdir. Ancaq Qeydiyyat şöbəsindən məhkəməyə müraciət etməyi tövsİyyə etmişlər. O da oğlu X3 xx.xx.2016-cı il tarixdə vəfat etməsinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı izahatında göstərdi ki, hazırda sənədləşmə işləri ilə bağlı ərizəçidən ölüm haqqında şəhadətnamə tələb olunur. Odur ki, ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs Mingəçevir regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinin rəisi X6 iştirak etdiyi məhkəmə iclası zamanı ərizənin təmin edilməsinə etiraz etməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, ərizəçi ilə qonşudur. Rusiyada yaşasa da, Azərbaycan Respublikasının vətəndaşıdır. 10 ildir Azərbaycana qayıtmışdır, 2015-ci ildən Azərbaycan Respublikasında yaşayır. Nurlananın 4 uşağı olduğunu, ikisinin öldüyünü və ikisinin yaşadığını qeyd etmişdir. Roman adlı övladı 2016-cı ilin fevral ayında dünyaya gəlmiş, lakin ilin sonunda-dekabr ayında vəfat etmişdir. Uşaq xəstə idi, eşitmişdir ki, rəhmətə gedib, keçib baş sağlığı vermiş, dəfndə iştirak etməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, ərizəçi gəlini, həm də qardaşı qızıdır. Roman 2016-cı ilin fevral ayında doğulub, həmin ilin sonunda -dekabr ayında vəfat edib. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, o, ərizəçinin əridir. X1 onların birgə nikahlarından doğulmuşdur. Mərhum oğlu X9 2016-cı ilin fevral ayında doğulub, həmin ilin dekabr ayında vəfat edib. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 xx.xx.2016-cı il tarixdə Mingəçevir şəhərində doğulmuşdur. Yevlax rayon Salahlı Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, X4 ondan ötrü verilir ki, oğlu X1 rəhmətə gedəndən sonra Salahlı qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan X5 tərəfindən verilmiş 30 sentyabr 2025-ci il tarixli məktubdan görünür ki, Ərizəçi ərizəsinə baxılmış və xx.xx.2016 - xx.xx.2025-ci illər üzrə Mingəçevir şəhər Qeydiyyat şöbəsinin akt qeydləri arxivində, həmçinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2025-ci il tarixədək yoxlama aparılarkən X3 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmamışdır. Bununla əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə, X9 xx.xx.2016-cı il tarixdə doğulmuş, xx.xx.2016-cı il tarixdə Mingəçevir şəhərində vəfat etmiş və Salahlı qəbristanlığında dəfn edilmiş, lakin ölümü vaxtında qeyd edilmədiyi üçün onun barəsində ölüm akt qeydi tərtib edilməmişdir. Ona görə də X3 adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Hazırda sənədləşmə işləri ilə bağlı ərizəçidən ölüm haqqında şəhadətnamə tələb olunsa da, o, həmin sənədləri başqa qaydada əldə olunmur. Ona görə də məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.8–ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM–in 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1–ci maddəsində göstərilmişdir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. İşin halları ilə müəyyən olunur ki, ərizəçi oğlunun vəfat etməsi faktının müəyyən edilməsini başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası MPM–in 308 və 310-cu maddələrində nəzərdə tutulmuş şərtlər məcmu halında mövcuddur. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, ərizə təmin edilməli və xx.xx.2016-cı il tarixdə doğulmuş X3 xx.xx.2016-cı il tarixdə Mingəçevir şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 307–311 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.2016-cı il tarixdə Mingəçevir şəhərində doğulmuş, X3 xx.xx.2016-cı il tarixdə Mingəçevir şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X3 vəfat etməsi faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölümünün qeyd edilməsi və ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar