Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2503/2024 26.11.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxs nümayəndəsi və vəkili X2 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs ilə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi : İddia tələbi : Ərizəçi Maraqlı şəxs ilə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. Ərizənin əsaslandırıldığı hallar : Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi ilə Maraqlı şəxs arasında nikah xx.xx.2014-cü il tarixində X10 tərəfindən 473 nömrə ilə qeydə alınmışdır. Tərəflərin birgə ailə münasibətindən xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X7 adında uşaqları doğulmuşdur. Nikahlarının ilk və sonrakı dönəmlərində münasibətləri normal olsa da, 2024-cü ilin iyul ayında maraqlı şəxsin xəyanəti nəticəsində ailə münasibətləri tamamilə pozulmuşdur. Ərizəçi və maraqlı şəxs uşaqların mənafeyini nəzərə alaraq qanunvericiliyin tələbinə əsasən ilkin mediasiya sessiyasında uşaqların himayəsi, aliment və uşaqla ünsiyyət məsələləri barədə razılığa gəlmişlər və Mingəçevir 1 saylı Mediasiya Təşkilatında barışıq sazişi imzalamışlar. Lakin maraqlı şəxs üzərinə götürmüş olduğu öhdəliyi yerinə yetirmir. Maraqlı şəxs qəsdən barışıq sazişinin icra etməkdən yayınmış və qərəzli olaraq sözügedən məbləği ödəməyərək sazişin şərtlərini pozmuşdur. Maraqlı şəxs bu günə qədər qeyd olunan aliment borcu üzrə hər hansı ödəniş etməmişdir. Bundan əlavə, maraqlı şəxs hal-hazırda rəsmi olaraq Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi gömrük fəaliyyətinə dəstəyin təşkili idarəsinin gömrük işinə yardım şöbəsinin inspektoru vəzifəsində çalışmaqla yüksək əmək haqqı alır. Eyni zamanda maraqlı şəxs İT sahəsi üzrə mütəxəssis olmaqla bərabər müxtəlif xarici və yerli şirkətlərə xidmət göstərərək yüksək miqdarda gəlir əldə etməkdədir. Odur ki, xx.xx.2024cü il tarixli barışıq sazişinin təsdiq olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin izahatları : Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, ərizəçi ilə maraqlı şəxs faktiki olaraq ayrılmışlar. xx.xx.2024-cü il tarixli barışıq sazişinə əsasən Maraqlı şəxs birgə nikadan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər biri üçün 800 manat olmaqla 1600 (bir min altı yüz) manat sabit pul məbləğində aliment ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq maraqlı şəxs aliment ödənişi etmir. Bu səbəbdən hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi və vəkili X6 izahat verərək bildirdi ki, tərəflər faktiki olaraq ayrılmışlar. Ərizəçi ilə maraqlı şəxs arasında könüllü olaraq barışıq sazişi bağlanmışdır. Maraqlı şəxs hal-hazırda rəsmi olaraq Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyində işləyir və yüksək əmək haqqı alır. Birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü Mərva və xx.xx.2020-ci il təvəllüdlü Zeyd adlı uşaqlarla görüşür. Maraqlı şəxs uşaqlar yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər biri üçün 800 manat olmaqla 1600 manat sabit pul məbləğində aliment ödəməyi öhdəsinə götürmüşdür. Aliment borcunu ödəyəcəkdir. İş materialları : Mingəçevir 1 saylı Mediasiya təşkilatının MŞM/MT031/2024-00532 nömrəli, xx.xx.2024-cü il tarixli barışıq sazişi aşağıdakıkimidir: Biz aşağıdakılar barədə razılığa gəlirik və bu Barışıq Sazişini könüllü surətdə, qarşılıqlı razılıq əsasında imzalayırıq:
1. Mən Ərizəçi xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X1 görə Maraqlı şəxs uşaqlar 18 yaşına çatana kimi 1600 (bir min altı yüz) manat aliment tələb edirəm.
2. Uşaqlar anasının yanında qalmasına baxmayaraq, atası Maraqlı şəxs öz övladları ilə sərbəst şəkildə və istənilən vaxtda ünsiyyətdə olmaq, görüşmək hüququ var və uşaqların anası Ərizəçi bu görüşə heç bir maneə yaratmamaq öhdəliyi götürür.
3. Mən Maraqlı şəxs xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X1 görə uşaqlar 18 yaşına çatana kimi 1600 (bir min altı yüz) manat alimenti Ərizəçi ödəməyi öhdəmə götürürəm. Xüsusilə qeyd edirəm ki, bu məsələ ilə bağlı gələcəkdə hər hansı bir iddia qaldırmayacam.
4. Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 905511 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X5 xx.xx.2017ci ildə anadan olmuşdur, atası Maraqlı şəxs və anası Ərizəçidır.
5. Mingəçevir Regional “Asan” xidmət mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 446270 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X7 xx.xx.2020-ci ildə anadan olmuşdur, atası Maraqlı şəxs və anası Ərizəçidır. Məhkəmə tərəfindən işin müəyyən edilən halı : Ərizəçi və Maraqlı şəxs rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Tərəflərin birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü Mərva və xx.xx.2020-ci il təvəllüdlü Zeyd adlı uşaqları doğulmuşdur. Ərizəçi ilə maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin 1-ci və 3-cü bəndinə əsasən maraqlı şəxs ərizəçiyə birgə nikahdan doğlumuş uşaqlarının yetkinlik yaşına çatanadək hər ay 800 manat olmaqla 1600 manat məbləğində aliment ödəməyi öhdəsinə götürmüşdür. Barışıq sazişinin alimentə dair bəndində Maraqlı şəxs bu məsələ ilə bağlı gələcəkdə hər hansı bir iddia qaldırmayacağı qeyd olunmuşdur. Barışıq sazişinin uşaqla görüş bəndində atası Maraqlı şəxs öz övladları ilə sərbəst şəkildə və istənilən vaxtda ünsiyyətdə olmaq, görüşmək hüququnun olduğu və uşaqların anasının bu görüşə heç bir maneə yaratmayacağıgöstərilmişdir. Barışıq sazişinin ayrıca bəndində birbaşa uşaqların anasının yanında qalması göstərilməsə də alimentin uşaqları saxlayan anaya ödəniləcəyi qeyd olunmuşdur. Eyni zamanda uşaqla ünsiyyət bəndində uşaqların ananın yanında qalmasına baxmayaraq ananın uşaqların atası ilə görüşünə mane olmayacağı qeyd olunmuşdur. Tətbiq edilən hüquq : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi : 4.2. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. 305.1.17. məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu: 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 26.1. Ailə münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər: 26.1.1. nikahın davam etdirilməsi şərtləri; 26.1.2. valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası; 26.1.3. uşağın yaşayış yerinin müəyyən edilməsi; 26.1.4. uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası; 26.1.5. ailə münasibətlərindən irəli gələn digər mübahisələr. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 23 fevral 2024-cü il q ə r a r d a dı
25. Göründüyü kimi, barışıq sazişi tərəflərin mübahisəli münasibətlərinə dair yeni bir hüquqi nəticə - hüquq və öhdəliklər əmələ gətirmək məqsədilə bağladıqları qarşılıqlı ikitərəfli (çoxtərəfli) müqavilədir. Barışıq sazişi tərəflər arasındakı mübahisənin və ya fikir ayrılığına səbəb olma potensialı daşıyan qeyri-müəyyənliyin aradan qaldırılmasına yönəlir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 8.2.-ci maddəsinə əsasən Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat ödənilir. 9.1 və 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmənin mövqeyi : Ailə qanunvericiliyinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar və uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Mediasiya haqqında qanunvericiliyə əsasən isə ailə münasibətlərindən irəli gələn mübahisələr, o cümlədən uşağın saxlanılması qaydası mediasiya vasitəsilə həll oluna bilər. Valideynlər mediasiya prosesində barışıq sazişi bağlamaqla alimentin miqdarını və ödənilmə qaydasını müəyyən edə bilərlər. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi könüllü şəkildə icra edilmədikdə və barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd deyildirsə, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılmamışdırsa, məhkəmə qaydasında təsdiq edilə bilər. İşin halları ilə müəyyən edilmişdir ki, maraqlı şəxs barışıq sazişinin alimentə dair hissəsinin şərtlərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirməmişdir. Eyni zamanda sözügedən barışıq sazişinin alimentə dair bəndində Maraqlı şəxs bu məsələ ilə bağlı gələcəkdə hər hansı bir iddia qaldırmayacağı barədə öhdəlik götürməsi qeyd olunmuşdur. Həmin hissə qanuna zidd olduğundan təsdiq edilə bilməz. Belə ki, qanunda göstərildiyi kimi məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Bununla belə həmin cümlə çıxarılmaqla barışıq sazişinin təsdiqi mümkündür. Eyni zamanda məhkəmə qeyd edir ki, aliment öhdəliyi ilə bağlı münasibətlər davamlı xarakter daşıdığından tərəflərin gələcəkdə məhkəməyə müraciət etməsi onların iradə ifadəsinə buraxılır. Barışıq sazişinin uşaqla görüş bəndində atası Maraqlı şəxs öz övladları ilə sərbəst şəkildə və istənilən vaxtda ünsiyyətdə olmaq, görüşmək hüququnun olduğu və uşaqların anasının bu görüşə heç bir maneə yaratmayacağı göstərilmişdir. Yuxarıda göstərildiyi kimi barışıq sazişinin təsdiqi barışıq sazişi icra olunmadıqda məhkəmə qətnaməsi ilə təsdiq olunaraq məcburi icraya yönəldilməsi üçündür. Hazırki barışıq sazişinin uşaqla ünsiyyət barədə bəndində atanın uşaqları ilə görüş vaxtı, yeri, qaydası dəqiq müəyyənləşdirilməmişdir. Yəni barışıq sazişinin uşaqla ünsiyyət bəndi qismən qeyri-müəyyəndir. Məhkəmə qeyri müəyyən tələb üzrə barışıq sazişini təsdiq edə bilməz. Eyni zamanda uşaqla ünsiyyət bəndi çıxarılmaqla barışıq sazişinin təsdiqi mümkündür. Bununla yanaşı məhkəmə qeyd edir ki, tərəflər uşaqla görüşün vaxtı, yeri, qaydası barədə aralarında razılığa gələ bilərlər və bununla bağlı mübahisə yarandıqda məhkəməyə müraciət edə bilərlər. Eyni zamanda ərizəçi ərizəsində barışıq sazişinin bütünlüklə təsdiqi lə bağlı müraciət etsə də yalnız alimentə dair hissəsinin maraqlı şəxs tərəfindən yerinə yetirilmədiyi göstərmişdir. Nəticə : Beləliklə ərizə qismən təmin edilməli, ərizəçi ilə maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış MŞM/MT031/2024-00532 nömrəli, xx.xx.2024-cü il tarixli barışıq sazişi aşağıda göstərilən hissədə təsdiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ : Ərizə qismən təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında Mingəçevir 1 saylı Mediasiya Təşkilatında bağlanmış MŞM/MT031/2024-00532 nömrəli, xx.xx.2024-cü il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: “Mən Ərizəçi xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X1 görə Maraqlı şəxs uşaqlar hər biri 18 yaşına çatana kimi uşaqların hər biri üçün hər ay 800 (səkkiz yüz) manat olmaqla cəmi 1600 (bir min altı yüz) manat aliment tələb edirəm. Mən Maraqlı şəxs xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X1 görə uşaqlar hər biri 18 yaşına çatana kimi uşaqların hər biri üçün hər ay 800 (səkkiz yüz) manat olmaqla cəmi 1600 (bir min altı yüz) manat alimenti Ərizəçi ödəməyi öhdəmə götürürəm. Uşaqlar xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X7 anaları Ərizəçi yanında qalsın.” Ərizə qalan hissədə təmin edilməsin. Alimentin ödənilməsi xx.xx.2024-cü il tarixdən hesablansın Qətnamə dərhal icra edilsin. Ödənilməmiş dövlət rüsumu 100 manat maraqlı şəxsdən alınaraq dövlət gəlirlərinə alınsın. Qətnamədən məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Güləndam Quliyeva