Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2516/2024 28.11.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs ilə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi :
1. Ərizəçi Maraqlı şəxs ilə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. Ərizənin əsaslandırıldığı hallar :
2. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə xx.xx.2024-cü il tarixdə barışıq sazişi bağlamışdır. Maraqlı şəxs barışıq saizişini icra etmir. Barışıq sazişin təsdiqlənməsinə və barışıq sazişinin təsdiq edilməsi üçün ödənilmiş 90 manat mediasiya xidmət haqqının və ödənilmiş dövlət rüsumu kimi 100 manatın qarşı tərəfdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. İş materialları :
3. Mingəçevir 1 saylı Mediasiya təşkilatının MŞM/MT031/2024-00305 nömrəli, xx.xx.2024-cü il tarixli barışıq sazişinə əsasən müəyyən olunur ki, borc tələbinə dair mübahisənin həlli məqsədi ilə tərəflərin X1 1 saylı Mediasiya Təşkilatına etdiyi müraciət əsasında Təşkilatın mediatoru X2 vasitəsilə Maraqlı şəxs ilə ərizəçinin arasında xx.xx.2024-cü il tarixli Barışıq Sazişi bağlanmışdır. Həmin barışıq sazişinə əsasən: Mübahisənin həlli İstiqamətində Tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri:
1. Tərəflər arasında 4800 (dörd min səkkiz yüz) manat məbləğində borc mübahisəsi yaranmışdır.
2. İkinci tərəf Maraqlı şəxs (AA: 5448401, FİN: xxxxxxx) Birinci tərəfə Ərizəçi ( AZE: ********, FİN: xxxxxxx) 4800 (dörd min səkkiz yüz) manat borclu olduğunu qəbul edir.
3. Birinci tərəf (Ərizəçi) İkinci tərəf (Maraqlı şəxs) ilə mübahisənin həlli üçün mediasiyada razılaşaraq aşağıdakı öhdəlikləri öz üzərlərinə götürmüşdürlər: 3.1. İkinci tərəf Birinci tərəfə 2024- cü il iyul ayının 5 - dən etibarən növbəti hər ayın 5 - dək 150 (bir yüz əlli) manat ödəməyi öhdəsinə götürür. 3.2. Birinci tərəf İkinci tərəfin ödəyəcəyi məbləği bankda əçdığı kart hesabına ödəməyi etiraz etmir.
4. Tərəflər sazişin şərtləri pozulduğu halda məhkəməyə müraciət edə bilərlər!
4. xx.xx.2024-cü il tarixli mədaxil qəbzinə əsasən Ərizəçi məhkəməyə iddia ərizəsinin verilməsi üçün 100,4 (bir yüz manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu ödəmişdir.
5. xx.xx.2024-cü il tarixli ilkin və tam mediasiya sessiyası xərci barədə xx.xx.2024-cü il tarixli, 14703 və 17569 nömrəli ödəniş qəbzlərindən görünür ki, Ərizəçi cəmi 90 (doxsan) manat məbləğində mediasiya xərci ödəmişdir. Tərəflərin izahatları :
6. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, maraqlı şəxslə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinə əsasən Maraqlı şəxs 4800 manat məbləğində borcunu qaytarmağı, həmin pulu hər ay 150 manat olmaqla, hər ayın 5-i və növbəti ayın 5-nə kimi ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq o, ödənişi etmir. Bu səbəbdən hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasını məhkəmədən xahiş edir.
7. Cavabdehlə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İşin faktiki halı :
8. Maraqlı şəxs Ərizəçi 4800 manat məbləğində borc pul götürmüşür. Daha sonra onlar arasında mediasiya prosesi nəticəsində barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin 3-cü və 3.1-ci bəndinə əsasən maraqlı şəxs həmin məbləği hər ay 150 manat olmaqla hər ayın 5-i və növbəti hər ayın 5-nə kimi ödəməyi öhdəsinə götürmüşdür. Maraqlı şəxs qeyd edilən barışıq sazişinin borcun qaytarılması ilə bağlı şərtini yerinə yetirmədiyindən ərizəçi xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilərək, hər ay 150 manat olmaqla Maraqlı şəxs Ərizəçi xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq :
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi : 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 305.1.17. məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.
10. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu: 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmənin mövqeyi :
11. Qanununun tələbinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi könüllü şəkildə icra edilmədikdə və barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd deyildirsə, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılmamışdırsa, məhkəmə qaydasında təsdiq edilə bilər.İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, Maraqlı şəxs barışıq sazişini könüllü şəkildə bağlamışdır. Barışıq sazişi qanuna zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Bununla yanaşı maraqlı şəxs barışıq sazişinin pul tələbinə dair hissəsinin şərtlərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirməmişdir. Qeyd olunan hallara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməlidir.
12. Ərizə təmin edildiyindən ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu maraqlı şəxsdən alınaraq ərizəçiyə verilməlidir.
13. Mediasiya sessiyasında ödənilmiş xidmət haqqı maraqlı şəxsdən alınaraq ərizəçiyə verilməlidir. Nəticə :
14. Beləliklə ərizə təmin edilməli, ərizəçi ilə maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış MŞM/MT031/2024-00305 nömrəli, xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilməlidir.
15. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ : Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında Mingəçevir 1 saylı Mediasiya Təşkilatında bağlanmış MŞM/MT031/2024-00305 nömrəli, xx.xx.2024-cü il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:
1. Tərəflər arasında 4800 (dörd min səkkiz yüz) manat məbləğində borc mübahisəsi yaranmışdır.
2. İkinci tərəf Maraqlı şəxs (AA: 5448401, FİN: xxxxxxx) Birinci tərəfə Ərizəçi ( AZE: ********, FİN: xxxxxxx) 4800 (dörd min səkkiz yüz) manat borclu olduğunu qəbul edir.
3. Birinci tərəf ( Ərizəçi) İkinci tərəf (Maraqlı şəxs) ilə mübahisənin həlli üçün mediasiyada razılaşaraq aşağıdakı öhdəlikləri öz üzərlərinə götürmüşdürlər: 3.1. İkinci tərəf Birinci tərəfə 2024- cü il iyul ayının 5 - dən etibarən növbəti hər ayın 5 - dək 150 (bir yüz əlli) manat ödəməyi öhdəsinə götürür. 3.2. Birinci tərəf İkinci tərəfin ödəyəcəyi məbləği bankda əçdığı kart hesabına ödəməyi etiraz etmir. Mediasiya sessiyasında ödənilmiş xidmət haqqı olan 90 (doxsan) manat Maraqlı şəxs alınaraq Ərizəçi verilsin. Ödənilmiş dövlət rüsumu 100,4 (bir yüz manat qırx qəpik) manat Maraqlı şəxs alınaraq Ərizəçi verilsin. Qətnamədən məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Güləndam Quliyeva