Məhkəmə qərarları › İş №2(051)-2525/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2525/2023

11.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2525/2023 11.12.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ÜƏ Y YƏ N E T D İ : Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən anasının xx.xx.1983-cü il tarixdə vəfat etməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1963-cü ildə Ermənistanın Amasiya rayonunda anadan olmuşdur. X10 onun anasıdır. Anası xx.xx.2023-cü ildə qəflətən dünyasını dəyişmişdir. Onu qəflətən ölümü onları sarsıtmışdır. Ona görə də qeydiyyat şöbəsinə vaxtında müraciət edə bilməmişlər. Hazırda o, mənzili özəlləşdirmək istəyir. Lakin ondan anasının ölüm haqqında şəhadətnaməsini tələb edirlər. Bununla bağlı o, Maraqlı şəxsnə müraciət etmişdir. X4 imtina arayışı verilmişdir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, ərizəçinin yoldaşı onun dostu olmuşdur. Ərizəçinin yoldaşı ilə rayonda tanış olmuşdur. Bir gün ərizəçinin yoldaşı dedi ki, qaynanası rəhmətə gedib. Oda onun yas mərasimində iştirak etmişdir. Onu Amasiya kənd qəbirstanlığında dəfn etmişlər. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, ərizəçinin ərinin dostudur. Həqiqətən də X10 1982-ci ildə vəfat etmişdir. Onu kənd qəbirstanlığında dəfn etmişlər. Yas mərasimində oda iştirak etmişlər. Maraqlı şəxs nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ilə müraciət edərək onun iştirakı olmadan işə baxılıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni, ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə tərəfindən müəyyən olunmuş hallar aşağıdakılardan ibarət olmuşdur: İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixdə verilmiş 3-16-5/8-M-15-65-23 saylı məktubdan görünür ki, Maraqlı şəxs akt qeydləri arxivində xx.xx.1980-xx.xx.1986-cı illər üzrə yoxlama aparılmış, lakin X6 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmamışdır. Bununla əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan ölüm haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, X2 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. İşdə olan Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Mənsurova X1 şəhər Y.Mənsurov küçəsi ev 7, mənzil 80 ünvanda qeydiyyatdadır. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 xx.xx.1963-cü il tarixdə Ermənistan rayonu Amasiya rayonunda X3 və X6 birgə nikahından doğulmuşdur. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8–ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 310–cu maddəsində göstərilmişdir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın ona hansı məqsəd üçün lazım olduğunu göstərməlidir. İşin halları ilə müəyyən olunur ki, ərizəçi qızının vəfat etməsi faktının müəyyən edilməsini başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası MPM–in 308 və 310-cu maddələrində nəzərdə tutulmuş şərtlər məcmu halında mövcuddur. Məhkəmə iş üzrə müəyyən edilən hallara qiymət verərək hesab edir ki, Ərizəçi oğlunun anası X10 xx.xx.1983-cü il tarixdə Ermənistan Respublikasının Amasiya rayonun Oxçuoğlu kəndində ölməsi faktı sübuta yetirilir. Ona görə də, ərizə təmin edilməlidir. Hüquqi faktın müəyyən edilməsi ərizəçiyə evin özəlləşdirilməsi üçün aidiyyəti orqanlara verilməli olduğundan zəruridir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 312–316 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. X6 xx.xx.1983-cü il tarixdə Ermənistan Respublikasının Amasiya rayonun Oxçuoğlu kəndində vəfat etməsi faktı müəyyən edilsin. X6 vəfat etməsi faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölümünün qeyd edilməsi və ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar