Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2564/2025 19.12.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Ərizəçi: Ərizəçi nümayəndəsi Nümayəndə Maraqlı şəxs: Maraqlı şəxs iştirakı ilə Ərizəçi Maraqlı şəxs ilə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi və barışıq sazişində göstərilənlərə əsasən xx.xx.2013-cü il tarixdə doğulmuş X3, xx.xx.2018-ci il tarixdə doğulmuş X4 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün Maraqlı şəxs hər ay gələcək indeksasiyalar nəzərə alınmaqla hər birinə 175 manat aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə rəsmi qaydada nikah qeyd etdirməklə evlənmişlər. Birgə nikahdan xx.xx.2013-cü il tarixdə X3, xx.xx.2018-ci il tarixdə X4 adlı uşaqları doğulmuşdur. Nikahları Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Maraqlı şəxs 2 uşağın saxlanması üçün cəmi 240 manat alimentin tutulub ona verilməsi qət edilmişdir. Lakin Maraqlı şəxs alimenti vaxtında ödəmədiyindən 13420 manat borc yığılıb qalmışdır. Mediasiya prosesində olmuşlar. Aralarında olan xx.xx.2025-ci il tarixli barışıq sazişinə əsasən razılığa gəlmişdilər ki, o, 3800(üç min səkkiz yüz) manat kompensasiya ödənişi qarşılığında 13420 manat ödənilməmiş aliment borcundan imtina edir. Həmçinin razılığa gəldilər ki, gələcəkdə Barışıq Sazişinin aliment ödənişi ilə bağlı bəndində şərt pozularsa bu günə olan 9620 (doqquz min altı yüz iyirmi) manat ödənilməmiş aliment borcu yenidən qüvvədə olacaq. Bundan başqa razılığa gəldilər ki, Maraqlı şəxs hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment ödənişi ödəyəcəkdir. Lakin saziş xx.xx.2025-ci il tarixdən qüvvədə olmasına baxmayaraq, vaxtında alimenti ödəmir, əlavə borclar yığılıb qalır. Beləliklə, Maraqlı şəxs barışıq sazişinin tələblərini kobud surətdə pozmuş və aliment öhdəliyini lazımi qaydada icra etməmişdir. Maraqlı şəxs barışıq sazişini könüllü icra etmək niyyəti olmamışdır. Belə olan halda barışıq sazişinin məcburi icrası üçün təsdiq olunması məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçinin nümayəndəsi məhkəmə iclası zamanı ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclası zamanı izahat verərək bildirdi ki, onunla Ərizəçi arasında xx.xx.2025-ci il tarixdə barışıq sazişi bağlanmışdır. Alimenti vaxtında ödəyir. Bununla belə aliment ödənişində gecikmələrə səbəb əmək haqqısını gec alması olur. Odur ki, məhkəmədən izahatında göstərilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə ərizəçinin nümayəndəsinin və maraqlı şəxsin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, xx.xx.2013-cü il tarixdə doğulmuş X3, xx.xx.2018-ci il tarixdə doğulmuş X4 adlı uşaqların atası Maraqlı şəxs, anası Ərizəçidır. İşdə olan nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış nikah Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. İşdə olan Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(051)-348/2020 saylı qətnaməsinə əsasən Maraqlı şəxs ilə Ərizəçi arasında olan, 30 oktyabr 2012-ci ildə Mingəçevir şəhər Qeydiyyat Şöbəsində bağlanmış, 383 saylı nikah qeydinin pozulması, nikah pozulduqdan sonra 16 dekabr 2013-cü il təvəllüdlü X3 və 14 mart 2018-ci il təvəllüdlü X2 anaları Ərizəçi yanında qalmalarının müəyyən olunması, alimentin müvəqqəti tutulması barədə13 fevral 2020-ci il tarixli qərarın ləğv edilməsi, Maraqlı şəxs 16 dekabr 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 120 (bir yüz iyirmi) manat və 14 mart 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 120 (bir yüz iyirmi) manat olmaqla, ayda cəmi 240 (iki yüz qırx) manat tutulub, Ərizəçi verilməsi, sabit pul məbləğində alimentin tutulmasına qətnamənin qanuni qüvvəsini aldığı vaxtdan başlanması qət edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişindən görünür ki, Maraqlı şəxs Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(051)-348/2020 saylı qətnaməsinə əsasən Ərizəçi bu günə kimi 13420 (on üç min dörd yüz iyirmi) manat ödənilməmiş aliment borcunun olmasını öz üzərinə öhdəlik götürməsi, Ərizəçi 3800 (üç min səkkiz yüz) manat kompensasiya ödənişi qarşılığında Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(051)-348/2020 saylı qətnaməsinə əsasən yığılmış 13420 (on üç min dörd yüz iyirmi) manat ödənilməmiş aliment borcundan imtina etməsini öz üzərinə öhdəlik götürməsi, Maraqlı şəxs Ərizəçi yanında qalan, birgə nikahdan doğulmuş 16 dekabr 2013-cü il təvəllüdlü X3 və 14 mart 2018-ci il təvüllüdlü X4 uşaqlar yetkinlik yaşına çatana kimi (Gələcəkdə aliment ödənişinin artırılması tələbi nəzərə alınmaqla) uşaqların bütün qayğısını çəkməyi, saxlanması, ehtiyaclarını və həm də artan maddi tələbatlarını ödəmək üçün Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(051 )-348/2020 saylı qətnaməsinə əsasən təyin edilmiş aliment ödənişini könüllü olaraq artıraraq hər ay hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, ümumilikdə 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment ödənişi ödəməyə könüllü olaraq razı olmasını öz üzərinə öhdəlik götürməsi, Maraqlı şəxs gələcəkdə Barışıq Sazişinin aliment ödənişi ilə bağlı bəndində şərt pozularsa bu günə olan 9620 (doqquz min altı yüz iyirmi) manat ödənilməmiş aliment borcunun yenidən qüvvədə olacağı ilə bağlı öz üzərinə öhdəlik götürməsi, aliment ödənişinin xx.xx.2025-ci il tarixindən başlayaraq hər ay Ərizəçi (ananın) bank hesabına (bank kartına) rəsmi qaydada ödəniləcəyi, Ərizəçi xx.xx.2025-ci il tarixində aidiyyəti quruma müraciət edərək aliment borcunun olmaması ilə bağlı razılıq ərizəsi təqdim edəcəyinə dair öz üzərinə öhdəlik götürməsi ilə bağlı ərizəçi ilə maraqlı şəxs arasında razılıq əldə edilmişdir. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən olundu ki, ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində xx.xx.2025-ci il tarixdə barışıq sazişi bağlanmışdır. Lakin qanunda nəzərdə tutulmuş müddət ərzində Maraqlı şəxs tərəfindən barışıq sazişi, uşaqların saxlanması üçün alimentin ödənilməsi hissəsində könüllü qaydada icra edilməmişdir. Ona görə də ərizəçi mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilmədiyinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən məcburi icrası üçün təsdiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən, onun könüllü şəkildə icra edilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində barışıq sazişinin uşaqların saxlanması üçün alimentin ödənilməsi hissəsi icra edilməmişdir. Bununla belə məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin uşaqların saxlanması üçün alimentin ödənilməsi hissəsində gələcək indeksasiyalar nəzərə alınmaqla ifadəsi göstərilmədiyindən, həmçinin barışıq sazişində aliment miqdarının indeksasiyasına dair bənd müəyyən edilmədiyindən, ərizə həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci tarixli icmal məktubunun 4cü bəndinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişində sabit pul məbləğində alimentin tutulması ilə bağlı şərt tərəflərin razılığından asılı olaraq konkret rəqəmlə və ya minimum əmək haqqının müəyyən misli ilə ifadə edilə bilər. Tərəflər sazişdə tutulan alimentin məbləğini konkret rəqəmlə ifadə etdikləri və bu məbləğin sonrakı indeksasiyasını nəzərdə tutmadıqları halda, məhkəmə tərəfindən bu sazişin təsdiqi zamanı həmin məbləğin minimum əmək haqqının mislinə çevrilməsi tərəflərin iradə ifadəsinə zidd olduğundan yolverilməzdir. Eyni mövqe, iddia icraatının gedişatında analoji barışıq sazişlərinin təsdiqi zamanı da nəzərə alınmalıdır Belə olan halda məhkəmə hesab edir ki, Maraqlı şəxs Ərizəçi yanında qalan, birgə nikahdan doğulmuş 16 dekabr 2013-cü il təvəllüdlü X3 və 14 mart 2018-ci il təvüllüdlü X4 uşaqlar yetkinlik yaşına çatana kimi (Gələcəkdə aliment ödənişinin artırılması tələbi nəzərə alınmaqla) uşaqların bütün qayğısını çəkməyi, saxlanması, ehtiyaclarını və həm də artan maddi tələbatlarını ödəmək üçün Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(051 )-348/2020 saylı qətnaməsinə əsasən təyin edilmiş aliment ödənişini könüllü olaraq artıraraq hər ay hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, ümumilikdə 350(üç yüz əlli) manat sabit pul məbləğində aliment ödənişi ödəməyə könüllü olaraq razı olmasını öz üzərinə öhdəlik götürməsi, aliment ödənişinin xx.xx.2025-ci il tarixindən başlayaraq hər ay Ərizəçi (ananın) bank hesabına (bank kartına) rəsmi qaydada ödəniləcəyinə dair hissədə barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 355-23, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə qismən təmin edilsin. Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2025-ci il tarixdə bağlanmış, Maraqlı şəxs Ərizəçi yanında qalan, birgə nikahdan doğulmuş 16 dekabr 2013-cü il təvəllüdlü X3 və 14 mart 2018-ci il təvüllüdlü X4 uşaqlar yetkinlik yaşına çatana kimi (Gələcəkdə aliment ödənişinin artırılması tələbi nəzərə alınmaqla) uşaqların bütün qayğısını çəkməyi, saxlanması, ehtiyaclarını və həm də artan maddi tələbatlarını ödəmək üçün Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(051 )-348/2020 saylı qətnaməsinə əsasən təyin edilmiş aliment ödənişini könüllü olaraq artıraraq hər ay hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, ümumilikdə 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment ödənişi ödəməyə könüllü olaraq razı olmasını öz üzərinə öhdəlik götürməsi, aliment ödənişinin xx.xx.2025-ci il tarixindən başlayaraq hər ay Ərizəçi (ananın) bank hesabına (bank kartına) rəsmi qaydada ödəniləcəyinə dair barışıq sazişinin 2-ci və 2.2-ci bəndləri təsdiq edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-2564/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2564/2025
19.12.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver