Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2570/2023 15.11.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Ərizəçi: Ərizəçi nümayəndəsi (vəkili) Vəkil Maraqlı şəxs: Cavabdeh iştirakı ilə Ərizəçi maraqlı şəxs Cavabdeh ilə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin nümayəndəsi məhkəmə iclası zamanı ərizənin dəlillərini müdafiə etdi, əsasən ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, ərizəçi 2018-ci ildə Cavabdeh ilə rəsmi nikah bağlamaqla evlənmişdir. Birgə nikahlarından xx.xx.2018-ci il tarixdə Rafiq adlı uşaqları doğulmuşdur. Hal-hazırda münasibətləri pozulmuş və onlar məhkəmə qaydasında boşanmışlar. Mediatorun iştirakı ilə Cavabdeh ilə xx.xx.2023-cü il tarixdə aralarında barışıq sazişi bağlanmış və xx.xx.2018-ci il tarixdə doğulmuş X2 hər ay uşaq yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən 200 manat tutularaq ərizəçiyə verilməsi barədə razılığa gəlmişlər. Lakin Cavabdeh barışıq sazişinin tələblərini kobud surətdə pozmuş və aliment öhdəliyini lazımı qaydada icra etməmişdir. Cavabdeh barışıq sazişini könüllü icra etmək niyyəti olmamışdır. Belə olan halda məcburən barışıq sazişinin təsdiq olunması məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs Cavabdeh məhkəmə iclası zamanı izahat verərək bildirdi ki, xx.xx.2023cü il tarixdə bağlanmış barışıq sazişi onu aldatmaqla bağlanılmışdır. Bu səbəbdən də barışıq sazişinin etibarsız sayılmasına dair iddia ilə məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmədən izahatında göstərilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə ərizəçinin nümayəndəsinin və maraqlı şəxsin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X1 birgə nikahından xx.xx.2018-ci il tarixdə Rafiq adlı uşaqları doğulmuşdur. İşdə olan 20 iyul 2023-cü il tarixdə verilmiş, AZ-İ 462776 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X3 arasında bağlanmış nikaha xx.xx.2023-cü il tarixində xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 93 № ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına “Məmmədova” soyadı verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişindən görünür ki, xx.xx.2018-ci il tarixdə doğulmuş Rafiq adlı uşağın X1 yanında qalması, Cavabdeh Rafiq adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində aliment ödəmək öhdəliyini öz üzərinə götürməsi, aliment ödənişinin X1 açdığı bank hesabına ödənilməsi, Cavabdeh Rafiq adlı uşaq ilə uşağın maraq və mənafeləri çərçivəsində istənilən vaxt istənilən qaydada görüşə bilməsi, tərəflərin gələcəkdə uşağın tərbiyyəsi və inkişafında iştirak edəcəyi, həmçinin X1 qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxmaq üçün nikah pozulduqdan sonra könüllü olaraq aidiyyatı quruma müraciət etməsi öhdəliyini öz üzərinə götürməsi ilə bağlı ərizəçi ilə maraqlı şəxs arasında razılıq əldə edilmişdir. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən olundu ki, ərizəçi ilə maraqlı şəxs Cavabdeh 2018-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənmiş, onların birgə nikahlarından xx.xx.2018-ci il tarixdə Rafiq adlı uşaqları doğulmuşdur. Tərəflər arasında bağlanmış nikah qeydi məhkəmə qaydasında pozulmuşdur. xx.xx.2018-ci il tarixdə doğulmuş Rafiq adlı uşağın X1 yanında qalması, Cavabdeh Rafiq adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində aliment ödəmək öhdəliyini öz üzərinə götürməsi, aliment ödənişinin X1 açdığı bank hesabına ödənilməsi, Cavabdeh Rafiq adlı uşaq ilə uşağın maraq və mənafeləri çərçivəsində istənilən vaxt istənilən qaydada görüşə bilməsi, tərəflərin gələcəkdə uşağın tərbiyyəsi və inkişafında iştirak edəcəyi, həmçinin X1 qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxmaq üçün nikah pozulduqdan sonra könüllü olaraq aidiyyatı quruma müraciət etməsi öhdəliyini öz üzərinə götürməsi ilə bağlı tərəflər arasında mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanmışdır. Lakin qanunda nəzərdə tutulmuş müddət ərzində Cavabdeh tərəfindən barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Ona görə də ərizəçi mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi maraqlı şəxs Cavabdeh tərəfindən könüllü qaydada icra edilmədiyinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən məcburi icrası üçün təsdiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən, onun könüllü şəkildə icra edilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Bununla belə məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin bir hissəsi, yəni Cavabdeh xx.xx.2018-ci il tarixdə doğulmuş Rafiq adlı uşaq ilə uşağın maraq və mənafeləri çərçivəsində istənilən vaxt istənilən qaydada görüşə bilməsi hissəsi qanuna zidd olduğundan, təsdiq edilməməlidir. Belə ki, həmin hissədə göstərilmiş şərtlər qeyri-müəyyən, həmçinin azyaşlı uşağın qanuni mənafelərinə ziddir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh ilə Mirzəyeva (Məmmədova) Nüyvər Habil qızı arasında xx.xx.2023-cü il tarixdə bağlanmış, xx.xx.2018-ci il tarixdə doğulmuş Rafiq adlı uşağın X1 yanında qalması, Cavabdeh Rafiq adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində aliment ödəmək öhdəliyini öz üzərinə götürməsi, aliment ödənişinin X1 açdığı bank hesabına ödənilməsi, həmçinin X1 qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxmaq üçün nikah pozulduqdan sonra könüllü olaraq aidiyyatı quruma müraciət etməsi öhdəliyini öz üzərinə götürməsinə dair barışıq sazişi məcburi icra edilməsi üçün təsdiq edilməlidir. Ərizəçi ilə maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi xx.xx.2018-ci il tarixdə doğulmuş Rafiq adlı uşaqla ünsiyyətə dair hissədə təsdiq edilməməlidir. Bununla yanaşı qeyd edilməlidir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkündür. Məhkəmə, həmçinin qeyd edir ki, barışıq sazişinin təsdiq edilməsindən imtina edilən hissəsi ilə bağlı maraqlı şəxsin iddia icraatı qaydasında məhkəməyə təkrar müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-in 355-26.1-maddəsinə əsasən məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 355-23, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə qismən təmin edilsin. Cavabdeh ilə Mirzəyeva (Məmmədova) Nüyvər Habil qızı arasında xx.xx.2023-cü il tarixdə bağlanmış, xx.xx.2018-ci il tarixdə doğulmuş, Rafiq adlı uşağın X1 yanında qalması, Cavabdeh Rafiq adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində aliment ödəmək öhdəliyini öz üzərinə götürməsi, aliment ödənişinin X1 açdığı bank hesabına ödənilməsi, həmçinin X1 qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxmaq üçün nikah pozulduqdan sonra könüllü olaraq aidiyyatı quruma müraciət etməsi öhdəliyini öz üzərinə götürməsinə dair barışıq sazişi təsdiq edilsin. Cavabdeh ilə Mirzəyeva (Məmmədova) Nüyvər Habil qızı arasında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişinin, Cavabdeh xx.xx.2018-ci il tarixdə doğulmuş Rafiq adlı uşaq ilə uşağın maraq və mənafeləri çərçivəsində istənilən vaxt istənilən qaydada görüşə bilməsi hissəsinin təsdiq edilməsindən imtina edilsin. Cavabdeh uşaqla ünsiyyətdə olma hüququnun müəyyən edilməsi tələbi ilə bağlıiddia icraatı qaydasında aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-2570/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2570/2023
15.11.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver