Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2585/2025 11.03.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y YƏ N E T D İ : Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, oğlu - xx.xx.1976cı il təvəllüdlü X1 xx.xx.1976-cı il tarixdə Mingəçevir şəhərində vəfat etməsi faktının müəyyən olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Qədirov Hicran Teymur qızı ilə xx.xx.1973-cü il tarixdə Mingəçevir şəhər Qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirməklə ailə qurmuşdur. Onların birgə nikahından 6 övladları olmuşdur. xx.xx.1976-cı ildə doğulmuş Faiq adlı övladı xəstə doğulmuşdur, cəmi 10 gün yaşadı. Oğlu Faiq vəfat etdikdən sonra onu Mingəçevir şəhəri kənd qəbiristanlığında dəfn etmişlər. Savadsızlıqlarından oğlu Faiq vəfat etdikdən sonra ona ölüm şəhadətnaməsi almamışlar, hətta yaşayış sahəsinə qeydiyyatda olmadığından bu günə kimi onun doğulub vəfat etməsindən heç digər övladlarının da xəbəri olmamışdır. Mülkiyyətlərində ümumi birgə torpaq sahəsi var, həmin torpaq sahəsindən övladlarının paylarını ayırıb sənədləşdirmək istəyərkən notariat ofisində «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində vəfat etmiş oğlu Faiqin adı qeyd olunduğundan onun da razılığı tələb olunmuş, onun vəfat etməsini bildirsə də, bu faktı təsdiq edən sənədinin olmadığından təqdim edə bilmədi. Qeydiyyat şöbəsinə müraciət etməyinə baxmayaraq, həkim şəhadətnaməsi verilmədiyindən oğlunun ölümü barədə şəhadətnamə ala bilməmişdir. Qeydiyyat şöbəsi oğlunun vəfat etmə faktını təsdiq etmək üçün məhkəməyə müraciət etməyini tövsiyyə edir. Başqa qaydada oğlunun ölüm şəhadətnaməsini almaq mümkün deyil. Bu faktı qohumları təsdiq edə bilərlər. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Ərizəçi ərizəsinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 məhkəmə iclası zamanı izahatında bildirmişdir ki, ərizəçinin arvadı ilə rəfiqə olmuşdur. Arvadı 14 №-li tam orta məktəbdə xadimə işləyirdi. Onun bacısı ilə ərizəçinin arvadı eyni gündə övlad dünyaya gətirmişlər. Uşaq xəstə doğulmuşdu. Həkim uşaqda bağırsaq çatışmazlığı olduğunu bildirmişdi. Uşaq 1976-cı ilin aprel ayında doğulduğu gündən 10 gün sonra vəfat etdi və Mingəçevir şəhəri kənd qəbiristanlığında dəfn olundu. Yas mərasimi keçirilmədi. Ərizəçinin ailəsi kasıb ailə olmuşlar. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X5 məhkəmə iclası zamanı izahatında bildirmişdir ki, qaynının 6 uşağı olmuş, biri ölmüşdür. Ölən uşaq 1976-cı il tarixdə anadan olmuş və 10 gün sonra ölmüşdür. Həkim uşaqda bağırsaq çatışmazlığı olduğunu bildirmişdi. Mingəçevir şəhərində dəfn edildir. Yas mərasimi keçirilmədir. Doğulduğu gün və öldüyü günü tarix olaraq dəqiq xatırlamır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X2 qızı məhkəmə iclası zamanı izahatında bildirmişdir ki, ərizəçi dayısıdır. 4 uşağı var. Bir uşağı ölmüşdür. 10 günlük körpə idi. Mingəçevir şəhər qəbiristanlığında dəfn etmişlər. Mingəçevir kəndində evdə vəfat etmişdi. Uşaqda bağırsaq çatışmazlığı var idi. Doğulduğu gün və öldüyü günü tarix olaraq dəqiq xatırlamır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X7 məhkəmə iclası zamanı izahatında bildirmişdir ki, ərizəçi qardaşıdır. 1 uşağı ölmüşdür. 1976-cı il tarixdə 10 günlük uşaq idi, vəfat etdi. Yas mərasimi keçirilmədi. Doğulduğu gün və öldüyü günü tarix olaraq dəqiq xatırlamır. Maraqlı şəxs Mingəçevir regional “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məhkəməyə heç bir məlumat verməmişdir. Lakin əvvəlki məhkəmə iclası zamanı Mingəçevir regional “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsinin nümayəndəsi izahat verərək bildirmişdir ki, 1986- 1979-cu illər və 1976-2007-ci illər üzrə Mingəçevir regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin bərpa akt qeydləri, həmçinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2025-ci il tarixədək yoxlama aparılmış və X1 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar edilməmişdir. Bu səbəbdən vətəndaşa imtina məktubu təqdim edilmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni, ərizəçinin izahatlarını, şahid ifadəsini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə tərəfindən müəyyən olunmuş hallar aşağıdakılardan ibarət olmuşdur: İşdə olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi ilə Mirzəyeva Hicran Teymur qızı arasında xx.xx.1973-cü il tarixdə Mingəçevir şəhəri VVAQ şöbəsində rəsmi nikah bağlanmış və 173 №-li akt qeydi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Qədirova” soyadı verilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Qədirov Hicran Teymur qızı xx.xx.2018-ci il tarixdə süd vəzisinin bədxassəli yenitörəməsi səbəbindən Mingəçevir şəhərində vəfat etmişdir. İşdə olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanındakı fərdi yaşayış evi Ərizəçi tam mülkiyyətindədir. İşdə olan 16 dekabr 2025-ci il tarixli Mingəçevir bələdiyyəsindən verilmiş arayışdan görünür ki, Mingəçevir şəhəri, Şəfəq küçəsi, ev 22-də yaşamış mərhum X4 xx.xx.1976-cı il tarixdə Mingəçevir şəhəri “Mingəçevir kənd” qəbiristanlığında dəfn olunmuşdur. İşdə olan Mingəçevir regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-1503/2025 saylı arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2025-ci il tarixədək yoxlama aparılmış və X1 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8–ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 310–cu maddəsində göstərilmişdir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın ona hansı məqsəd üçün lazım olduğunu göstərməlidir. İşin halları ilə müəyyən olunur ki, ərizəçi oğlunun vəfat etməsi faktının müəyyən edilməsini başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası MPM–in 308 və 310-cu maddələrində nəzərdə tutulmuş şərtlər məcmu halında mövcuddur. Məhkəmə iş üzrə müəyyən edilən hallara qiymət verərək hesab edir ki, Ərizəçi oğlu X1 xx.xx.1976-cı ildə Mingəçevir şəhərində ölməsi faktı sübuta yetirilir. Ona görə də, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 312–316 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1976-cı il tarixdə doğulmuş oğlu X1 xx.xx.1976-cı ildə Mingəçevir şəhərində ölməsi faktı müəyyən edilsin. X1 ölməsi faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölümünün qeyd edilməsi və ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəməsinin hakimi: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-2585/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2585/2025
11.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver