Məhkəmə qərarları › İş №2(051)-2603/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2603/2025

17.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2603/2025 17.03.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Ərizəçi: Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən uşaqları mərhum X3 xx.xx.1981-ci il tarixdə Mingəçevir şəhərində, X5 xx.xx.1986-cı il tarixdə Mingəçevir şəhərində vəfat etməsi faktının müəyyən olunması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsinin dəqiqləşdirilməsi barədə əlavə ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən uşaqları mərhum X3 xx.xx.1981-ci il tarixdə Ağdaş rayonunda, X5 xx.xx.1986-cı il tarixdə Mingəçevir şəhərində vəfat etməsi faktının müəyyən olunması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum oğulları X9 xx.xx.1981-ci il tarixdə doğulmuş, xx.xx.1981-ci il tarixdə vəfat etmişdir, X11 isə xx.xx.1984-cü il tarixdə doğulmuş, xx.xx.1986-cı il tarixdə vəfat etmişdir. Həmin uşaqlar X12 ilə Ərizəçi birgə nikahından doğulmuşdur. Hər iki uşaq Ağdaş rayonu Gücük kənd qəbristanlığında dəfn edilmişdir. Uşaqlar körpə olduqları üçün baş daşı qoyulmamışdır. Uşaqların ölümündən təsirləndiyi və qanunu bilmədikləri üçün ölüm haqqında şəhadətnamə almamışlar. Hazırda ölüm haqqında şəhadətnamə almaq istəyirlər, lakin məlum olmuşdur ki, Qeydiyyat şöbəsində ölümün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmamışdır. Qeydiyyat şöbəsindən məhkəməyə müraciət etməyi tövsİyyə edilmişdir. O da uşaqları X3 xx.xx.1981ci il il tarixdə, X5 isə xx.xx.1986-cı il tarixdə vəfat etməsinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı izahatında göstərdi ki, hazırda sənədləşmə işləri ilə bağlı ondan ölüm haqqında şəhadətnamə tələb olunur. Odur ki, ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs Mingəçevir regional “ASAN xidmət” X7nin rəisi Nümayəndə iştirak etdiyi məhkəmə iclası zamanı ərizənin təmin edilməsinə etiraz etməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, ərizəçinin bacısıdır. Zəkiyyə ailə qurduqdan sonra Mingəçevir şəhərində işlədiyinə görə orada da yaşayırdı. Zəkiyyənin iki övladı Elbrus və Vüsal körpə ikən vəfat etmişlər. xx.xx.1981-ci il təvəllüdlü Elbrus 7 aylıq olarkən qəfil xəstələnmiş və onu X15 kəndində atası evinə gətirmiş, müalicə olunsa da, xeyri olmamış, xx.xx.1981-ci ildə vəfat etmiş, kənd qəbristanlığında dəfn etmişlər. xx.xx.1984-cü il təvəllüdlü Vüsal isə anadagəlmə xəstə olmuş, onu müalicə etdirməsinə baxmayaraq, o da xx.xx.1986-cı il tarixdə Mingəçevirdə Zəkiyyənin yaşadığı evdə vəfat etmiş və Ağdaş rayonu Gücük kənd qəbristanlığında dəfn etmişlər. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X2 ifadəsində şahid X4 ilə eyni məzmunlu ifadə verib, onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş doğum haqqında akt qeydinin surətindən görünür ki, xx.xx.1981-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş X3 atası- X12, anası- Ərizəçidır. Belə ki, iş materiallarına əlavə edilmiş doğum haqqında akt qeydinin surətindən görünür ki, xx.xx.1984-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş X5 atası- X12, anası- Ərizəçidır. Ağdaş rayon Ağdaş Bələdiyyəsinin xx.xx.2026-cı il tarixli arayışından görünür ki, Ərizəçi mərhum oğlu X9 1982- ci ildə rəhmətə getmişdir. Mərhum Ağdaş rayonu, Gücük kənd qəbristanlığında dəfn olunmuşdur. Ağdaş rayon Ağdaş Bələdiyyəsinin xx.xx.2026-cı il tarixli arayışından görünür ki, Ərizəçi mərhum oğlu X11 1986-cı ildə rəhmətə getmişdir. Mərhum Ağdaş rayonu, Gücük kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Mingəçevir Regional “Asan Xidmət” X7 tərəfindən verilmiş arayışdan görünür ki, X12 və X1 nikahı haqqında 30 may 1979-cu il tarixdə 23 №-li akt qeydi tərtib olunmuşdur. Arvada Məmmədova soyadı verilmişdir. Həmin arayışın qeyd hissəsində göstərilmişdir ki, nikaha X6 xx.xx.2025-ci il tarixdə ölməsi ilə bağlı xitam verilmiş və ölüm xx.xx.2025-ci ildə 321 №-li akt qeydi ilə Mingəçevir “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Mingəçevir Regional “Asan Xidmət” X7 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Ərizəçi ərizəsinə baxılmış və 1981-1984-cü illər ilkin və 1981-2004-cü illər bərpa qeydləri üzrə Mingəçevir Regional “Asan Xidmət” X7nin arxivində yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir, həmçinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2025-ci il tarixədək yoxlama aparılarkən X3 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmamışdır. Bununla əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Mingəçevir Regional “Asan Xidmət” X7 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Ərizəçi ərizəsinə baxılmış və 1984-1989-cu illər ilkin və 1984-2004-cü illər bərpa qeydləri üzrə Mingəçevir Regional “Asan Xidmət” X7nin arxivində yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir, həmçinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2025-ci il tarixədək yoxlama aparılarkən X5 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmamışdır. Bununla əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların məhkəmə iclası zamanı tədqiqi nəticəsində müəyyən etdi ki, ərizəçinin uşağı, X9 xx.xx.1981-ci il tarixdə doğulmuş, xx.xx.1981-ci il tarixdə Ağdaş rayonunda vəfat etmiş, digər uşağı, X11 xx.xx.1984-cü il tarixdə doğulmuş, xx.xx.1986-cı il tarixdə Mingəçevir şəhərində vəfat etmiş və hər ikisi Ağdaş rayonu Gücük qəbristanlığında dəfn edilmiş, lakin ölümü vaxtında qeyd edilmədiyi üçün onların ölməsi barədə ölüm akt qeydi tərtib edilməmişdir. Ona görə də X9 və X5 adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Hazırda sənədləşmə işləri ilə bağlı ərizəçidən ölüm haqqında şəhadətnamə tələb olunsa da, o, həmin sənədləri başqa qaydada əldə edə bilməmişdir. Ona görə də məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.8–ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM–in 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1–ci maddəsində göstərilmişdir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. İşin halları ilə müəyyən olunur ki, ərizəçi uşağının vəfat etməsi faktının müəyyən edilməsini başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası MPM–in 308 və 310-cu maddələrində nəzərdə tutulmuş şərtlər məcmu halında mövcuddur. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, ərizə təmin edilməli və xx.xx.1981-ci il tarixdə doğulmuş X3 xx.xx.1981-ci il tarixdə Ağdaş rayonunda, xx.xx.1984-cü il tarixdə doğulmuş X5 xx.xx.1986-cı il tarixdə Mingəçevir şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 307–311 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1981-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, X3 xx.xx.1981-ci il tarixdə Ağdaş rayonunda, xx.xx.1984-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş X5 xx.xx.1986cı il tarixdə Mingəçevir şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X3 və X5 vəfat etməsi faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölümünün qeyd edilməsi və ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar