Məhkəmə qərarları › İş №2(051)-2642/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2642/2023

28.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2642/2023 28.12.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi, Ərizəçi: Ərizəçi, Maraqlı şəxs: Maraqlı şəxs nümayəndəsi X1 iştirakı ilə Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən mərhum qızı xx.xx.2007-ci ildə doğulmuş X4 xx.xx.2008-ci il tarixdə Mingəçevir şəhərində ölməsi faktının müəyyən olunması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsinin məzmununa uyğun uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, X6 onun qızıdır. Qızı xx.xx.2007-ci ildə doğulmuş, xx.xx.2008-ci il tarixdə isə ölmüşdür. Qızının ölümü onları sarsıtdığı üçün bu barədə Qeydiyyat Şöbəsinə vaxtında müraciət edərək ölüm haqqında şəhadətnamə ala bilməmişlər. Qızını Mingəçevir şəhər “Sağ sahil” qəbirstanlığında dəfn etmişlər. Hazırda bəzi sənədləşmə işləri ilə bağlı qızının ölüm haqqında şəhadətnaməsi tələb olunur. Bununla bağlı o, Maraqlı şəxsnə müraciət etmiş, ona ölüm faktının müəyyən olunması ilə bağlı ərizə ilə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs nümayəndəsi X3 məhkəmə iclası zamanı izahatında göstərdi ki, ərizəçi xx.xx.2007-ci il tarixdə doğulmuş qızı X4 ölümü haqqında şəhadətnamənin istənilməsi ilə bağlı Maraqlı şəxsnə ərizə ilə müraciət etmişdir. Ərizəçinin ərizəsi əsasında akt qeydləri arxivində xx.xx.2008 – xx.xx.2011-ci illər üzrə, həmçinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2023-cü il tarixədək yoxlama aparılmış, lakin X4 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmamışdır. Ona görə də Maraqlı şəxs tərəfindən ərizəçiyə, qızının vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Odur ki, məhkəmədən qanuni qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, ərizəçi onun oğludur. Həqiqətən, ərizəçinin mərhum qızı Aysu Hacızadə xx.xx.2008-cİ il tarixdə vəfat etmiş və Mingəçevir şəhərinin sağ sahilində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Onun özü də dəfn mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə əsaslıdır. Belə ki, işdə olan Doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2007-ci il tarixdə doğulmuşdur. Atası Ərizəçi, anası X2r. İşdə olan Mingəçevir Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1082 saylı arayışdan görünür ki, X6 xx.xx.2008-ci il tarixdə vəfat etmiş və Mingəçevir şəhər «Sağ sahil» qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Ərizəçi ərizəsinə baxılmış və xx.xx.2008 – xx.xx.2011-ci illər üzrə Maraqlı şəxs akt qeydləri arxivində, həmçinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2023-cü il tarixədək yoxlama aparılmış, lakin X4 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmamışdır. Bununla əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X6 ərizəçinin qızıdır. Aysu Hacızadə xx.xx.2007-ci ildə doğulmuş, xx.xx.2008-ci il tarixdə isə ölmüşdür. X5 şəhər “Sağ sahil” qəbirstanlığında dəfn edilmişdir. Lakin ölümü vaxtında qeyd edilmədiyi üçün onun barəsində ölüm akt qeydi tərtib edilməmişdir. Ona görə də X4 adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Hazırda bəzi sənədləşmə işləri ilə bağlı ərizəçidən qızının ölüm haqqında şəhadətnaməsi tələb olunur. Ona görə də məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.8–ci madəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM–in 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1–ci maddəsində göstərilmişdir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. İşin halları ilə müəyyən olunur ki, ərizəçi qızının vəfat etməsi faktının müəyyən edilməsini başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası MPM–in 308 və 310-cu maddələrində nəzərdə tutulmuş şərtlər məcmu halında mövcuddur. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, ərizə təmin edilməli və xx.xx.2007-ci il tarixdə doğulmuş X4 xx.xx.2008-ci il tarixdə Mingəçevir şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 307–311 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.2007-ci il tarixdə Yevlax rayonu, Varvara kəndində doğulmuş X4 xx.xx.2008-ci il tarixdə Mingəçevir şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X4 vəfat etməsi faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölümünün qeyd edilməsi və ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar