Məhkəmə qərarları › İş №2(051)-268/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-268/2023

25.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-268/2023 25.01.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi, Ərizəçinun iştirakı ilə, Ərizəçinun «şəxsin ölüm faktının müəyyən edilməsinə» dair mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi «şəxsin ölüm faktının müəyyən edilməsinə» dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, oğlu X2 xx.xx.1978-cı il tarixdə Mingəçevir şəhərində anadan olmuşdur. X2 26 may 2022-ci il tarixdə ev şəraitində, tənəffüs yollarında baş vermiş problemlə əlaqədar vəziyyəti ağırlaşmış və nəticədə vəfat etmişdir. Lakin onun ölümü qeydə alınmamışdır. Hazırda bəzi məsələləri həll edilməsi üçün onun ölüm sənədi tələb olunur. Bu məqsədlə Maraqlı şəxsnə müraciət etsələrdə ölüm haqqında tibbi şəhadətnamə olmadığından onun müraciətinə imtina edlmişdir. Ona görə də ərizəçi məhkəmədən qardaşı xx.xx.1978-cı il təvəllüdlü X1 ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə Ərizəçi, X5 və X4 şahid kimi ifadə verərək bildirdilər ki, onlar ərizəçi ilə yaxın qohumdurlar və həqiqətən də ərizəçinin mərhum oğlu X2 26 may 2022-ci il tarixdə ev şəraitində, tənəffüs yollarında baş vermiş problemlə əlaqədar vəziyyəti ağırlaşmış və nəticədə vəfat etmişdir. Maraqlı şəxsnə məhkəmə iclası yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddələrinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək belə hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin notariat qaydada təsdiq olunmuş surətlərindən görünür ki, Ərizəçi məhrum X1 anasıdır. İş materiallarında olan arayışdan görünür ki, Ərizəçi Mingəçevir şəhəri, Naxçıvanküçəsin ev 42, mənzil 5-də qeydiyyatdadır və yaşayır. İş materiallarında olan Rusiya Federasiyası, Sankt-Peterburq şəhər Məhkəmə-Tibb Ekspertizası Bürosu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 40 nömrəli Ölüm haqqında Tibb Şəhadətnamənin surətinqdən müəyyən olunur ki, X2 26 may 2022-ci il tarixdə Rusiya Federasiyası, Sankt-Peterburq şəhərində ev şəraitində, tənəffüs yollarında baş vermiş problemlə əlaqədar vəziyyəti ağırlaşmış və nəticədə vəfat etmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçinun oğlu X2 xx.xx.1978-cı il tarixdə Mingəçevir şəhərində anadan olmuşdur. X2 26 may 2022-ci il tarixdə Rusiya Federasiyası, Sankt-Peterburq şəhərində ev şəraitində, tənəffüs yollarında baş vermiş problemlə əlaqədar vəziyyəti ağırlaşmış və nəticədə vəfat etmişdir və həmin Mingəçevir şəhər qəbiristanlığında dəfn olunmuşdur. Lakin onun ölümü qeydə alınmamışdır. Hazırda bəzi məsələləri həll edilməsi üçün ölüm sənədi tələb olunur. Bu məqsədlə ərizəçi Maraqlı şəxsnə müraciət etsələrdə ölüm haqqında tibbi şəhadətnamə olmadığından onun müraciətinə imtina edlmişdir. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı başqa qaydada alması qeyri-mümkündür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 45 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8-ci maddəsinin 5-ci bəndinə əsasən ölüm haqqında həkim şahədətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi hüquqi əhəmiyyəti olan faktları məhkəmə müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən Məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirmişdir. Məhkəmə həmin sübutları qanunla müəyyən edilmiş sübutetmə vasitəsi ilə əldə etməsi kimi qiymətləndirir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə bu normaların tələbindən çıxış edərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci, 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 09 dekabr 1978-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş X1 26 may 2022-ci il tarixdə Rusiya Federasiyası, Sankt-Peterburq şəhərində ölməsi faktı müəyyən edilsin. X1 26 may 2022-ci il tarixdə ölməsi barədə ölüm haqqında şəhadətnamənin verilməsi Mingəçevir ş şəhər Qeydiyyat Şöbəsinə həvalə olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar