Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-27/2025 03.06.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, İddiaçı: Suleimanov Narimanın və onun vəkili Vəkil, Cavabdeh: Cavabdeh MMC-nin nümayəndəsi X8 iştirakı ilə İddiaçı Suleimanov Narimanın Cavabdeh MMC-yə qarşı əldən çıxmış faydanın və vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Suleymanov Nariman Cavabdeh MMC-yə qarşı Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, Mingəçevir şəhəri Heydər Əliyev prospekti, 69B ünvanında yerləşən, 3\2 hissədə Cavabdeh MMC-nin və 3\1 hissədə X3 paylı mülkiyyətində olan qeyri-yaşayış binasının paylı mülkiyyətində olan hissəsinin Cavabdeh MMC tərəfindən qanunsuz istifadəsi nəticəsində əldən çıxmış fayda olaraq dəymiş ziyanın, yəni son üç ilin ödənilməyən 16.900 manat məbləğində icarə haqqının, eyni zamanda 140 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tərəf sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Mingəçevir şəhəri Heydər Əliyev prospekti, 69B ünvanında yerləşən, 3\2 hissədə Cavabdeh MMC-nin və 3\1 hissədə X3 paylı mülkiyyətində olan qeyri-yaşayış binasının paylı mülkiyyətində olan hissəsinin Cavabdeh MMC tərəfindən qanunsuz istifadəsi nəticəsində əldən çıxmış fayda olaraq dəymiş ziyanın, yəni son üç ilin ödənilməyən 22.800 manat məbləğində icarə haqqının, eyni zamanda 157,20 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tərəf ərizəsinin onunla əsaslandırmışdır ki, Mingəçevir şəhəri H.Əliyev prospekti 69B ünvanında yerləşən və hazırda "Saloğlu” mebel salonu kimi fəaliyyət göstərən obyektin ümumi sahəsi 741.3 kv.m-dir. Həmin obyektin 3\1 hissəsi X3, digər 3\2 hissəsi isə "Rəşad-2000” Məhdud Məsuliyyətli Cəmiyyətin mülkiyyətindədir. 3/1 hissədə paya ona Azərbayean Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2018-ci il tarixdə Seriya RX ******* saylı Çıxarış verilmişdir. Həmin tarixdən. xx.xx.2018-ci il tarixdən mülkiyyətimdə olan hissədən istifadə edə bilmir. Cavabdehn direktoru olan X10 hər cür maneələr yaradaraq məni obyektdən uzaqlaşdırır və əmlakından istifadə etməyə imkan vermir. Bu hal mülkiyyətçi kimi onun əmlakı ilə bağlı istifadə, sahiblik və sərəncam hüquqlarını pozur. Artıq beş ildir ki, alqı-sqtqı yolu ilə əldə etdiyi daşınmaz əmlakdan heç bir gəlir əldə edə bilmir. Cavabdeh isə 3\2 hissənin mülkiyyətçisi olduğu halda mənə məxsus 3\1 hissədən də öz əmlakı kimi istifadə edərək yüksək məbləğdə gəlir əldə edir. Bunun müqabilində isə ona icarə haqqı belə ödəmir. Yalnız bir neçə ay 700 manatdan olmaqla icarə haqqı ödəmişdir ki, hazırda bunu da ödəməkdən yayınır. Mülkiyyətçi kimi ona düşən 3\l hissə payımdan istifadə etdiyim halda o da yüksək gəlir əldə etmiş olardı. Hazırda bütün bunlardan cavabdehin qanunsuz hərəkətləri nəticəsində məhrum olaraq maddi və mənəvi ziyana məruz qalmışdır. Bundan əlavə "naturada bölgü" barədə iddia tələbi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmiş və iş məhkəmənin icraatındadır. Mülkiyyətindən və əldə edəcəyi gəlirdən məhrum olmaqdan əlavə həm də uzun-uzadı məhkəmə çəkişmələrinə də məruz qalmışdır. "xxxx" MMC tərəfindən verilən Mingəçevir şəhəri H.Əliyev prospekti 69B ünvanında yerləşən qeyri yaşayış sahəsinin kirayə dəyərinin qiymətləndirilməsinə dair rəyə görə Mingəçevir şəhəri Heydər Əliyev prospekti 69B ünvanında yerləşən. 741.3 kv.m olan qeyri yaşayış sahəsinin 14 noyabr 2023-cü il tarixinə aylıq icarə qiyməti 2200 (iki min iki yüz) AZN təşkil edir. Qeyd edilən məbləği mənə düşən paya görə hesabladıqda aylıq icarə haqqı 733 (yeddi yüz otuz üç) manat təşkil edir ki. 2018-ci ildən bəri mülkiyyətimi icarə verə verib gəlir əldə etməli olduğu halda bütün bunlardan məhrum olmuşdur. Cavabdeh könüllü olaraq hər ay mənə icarə haqqı ödəməkdən və ödəmədiyi icarə haqqı ödəməkdən imtina edir ki, bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh etiraz ərizəsini belə əsaslandırmışdır ki, iddiaçı X5 iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Mingəçevir şəhəri, Heydər Əliyev prospekti 69-B ünvanda yerləşən, 2/3 hissədə Cavabdeh MMC-nin və 1/3 hissədə X3 paylı mülkiyyətində olan qeyri-yaşayış binasının paylı mülkiyyətində olan hissəsinin Cavabdeh MMC tərəfindən qanunsuz istifadəsi nəticəsində əldən çıxmış fayda olaraq dəymiş ziyanın, yəni son 3 ilin ödənilməyən 16900 (on altı min doqquz yüz) manat məbləğdə icarə haqqının, eyni zamanda da 140 manat dövlət rüsumunun cavabdehdən alınaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin, onlar iddia tələbi ilə razı deyillər. Belə ki, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 12 avqust 2008-ci il tarixli, 140 nömrəli sərəncamına əsasən Mingəçevir şəhərinin Heydər Əliyev prospektində yerləşən 700 kv.metr torpaq sahəsi 50 il müddətinə "xxxx" MMC-nə ayrılmışdır. Elə həmin ildə də qeyd olunan torpaq sahəsində tikinti işləri başa çatdırılmışdır. İlkin olaraq Cavabdeh MMC-nin mülkiyyət hüquqları RX seriyalı, ******* nömrəli çıxarışa əsasən xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. Daha sonra, yəni 19 sentyabr 2017-ci ildə "xxxx" MMC-nə məxsus 741.3 kv.metr olan qeyri-yaşayış binasının 247.1 kv.metr hissəsi hazırki iş üzrə iddiaçı X4 52000 manata satılmışdır. Bundan sonra həm iddiaçının, həm də Cavabdeh MMC-nin daşınmaz əmlaka olan mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı iddia ərizəsində uzun-uzadı məhkəmə çəkişmələrinə məruz qaldığını qeyd edir. Bununla bağlı bildirirəm ki, artıq 3 ildən artıq müddətdir ki, iddiaçı X5 əsassız olaraq Cavabdeh MMC-ni məhkəməyə verməyə başlamışdır. Hazırda qeyri-yaşayış sahəsinin naturada bölünməsi ilə bağlı Şəki Apellyasiya Məhkəməsinin icraatında mülki iş vardır. Bundan başqa onu da qeyd edir ki, iddiaçı X6 Federasiyasının vətəndaşıdır. İddiaçı hazırda Cavabdeh MMC-dən son 3 ilin icarə haqqını tələb edir. Bununla bağlı bildirir ki, iddiaçı hazırda məhkəməyə yalan məlumat verməklə məhkəmənin iş yükünü artırır. Belə ki, ilkin olaraq qeyd edir ki, Cavabdeh MMC ilə iddiaçı X3 arasında heç bir icarə müqaviləsi mövcud deyildir. Belə olan halda iddiaçının icarə haqqı tələb etməsi tam qanunsuz və əsassızdır. Digər tərəfdən 2020-ci ilin mart ayında dünyada olduğu kimi Azərbaycan Respublikasında da “koronavirus pandemiyası” elan olunmuş və qapanmalara gedilmişdir. Cavabdeh MMC 2021-ci ilin mart ayına kimi öz fəaliyyətini dayandırmış, heç bir işlə məşğul olmamışdır. Buna baxmayaraq Cavabdeh MMC iddiaçıya hər ay payı olduğu üçün ona 700 manat olmaqla Post-terminal vasitəsi ilə və ya əlbə-əl pul ödəmişdir. Belə ki, iddiaçı Rusiya Federasiyasının vətəndaşı olduğu üçün ödənişlərin bəziləri X1 Nigar Nəriman qızının adına olan kart hesabına ödənilmişdir. (Ödəniş qəbzləri etiraza əlavə olunur). Lakin, buna baxmayaraq iddiaçı ona son 3 ilin icarə haqqının ödənilməsini tələb edir. Göründüyü kimi iddiaçı elə özünün yalanını iddia ərizəsində göstərmişdir. Çünki, etiraza əlavə olunmuş qəbzlər 2021 və 2022-ci illərə dair olan qəbzlərdir. Qeyd olunan qəbzlər təsadüf nəticəsində saxlanılmışdır. Qalan pullar isə əlbə-əl ödənilmişdir. Onu da qeyd edir ki, iddiaçı Nəriman Süleymanov qeyri-yaşayış sahəsindən heç bir vaxt istifadə etmədiyi halda, ona uzun illər kompensasiya ödənilmişdir. Bundan başqa Cavabdeh MMC iddiaçının mülkiyyət hüquqlarını heç bir vaxt məhdudlaşdırmamışdır. Əksinə, "xxxx" MMC iddiaçıya bütün dövr ərzində ödənişlər etmişdir. Hesab edir ki, iddiaçı Nəriman Süleymanov Cavabdeh MMC-nin təsisçisi (direktoru) ilə şəxsi münasibətlər zəminində prinsipiallıq mövqeyi tutaraq Cavabdeh MMC-dən icarə haqqı tələb edir. Halbu ki, iddiaçı ilə Cavabdeh MMC-nin arasında heç bir icarə müqaviləsi mövcud deyildir. Hesab edir ki, iddia tələbi tam qanunsuz və əsassızdır. Gələcəkdə Cavabdeh MMC ilə iddiaçı X3 arasında rəsmi qaydada icarə müqaviləsi bağlanarsa, həmin müqaviləyə uyğun olaraq iddiaçıya icarə haqqı ödənilə bilər. Cavabdeh MMC dəfələrlə iddiaçı Nəriman Süleymanova rəsmi qaydada icarə müqaviləsi bağlamağı təklif etmişdir. Lakin iddiaçı Nəriman Süleymanov bununla razılaşmamış və Cavabdeh MMC ilə onun paylı mülkiyyətində olan qeyri-yaşayış binasının paylara uyğun qaydada naturada bölünməsini məhkəmə qaydasında tələb etmişdir. Hesab edir ki, iddiaçı əgər 3 il müddətinə icarə haqqını almamışdırsa, onun hazırki vaxtda məhkəməyə müraciət etməsi başa düşülən deyil. Çünki iddiaçı elə həmin vaxtdan da məhkəməyə müraciət edə bilərdi. Göründüyü kimi, iddiaçı bütün dövr ərzində kompensasiya almışdır. Bundan başqa onu da qeyd eləməyi zəruri hesab edir ki, X5 ona hər ay ödənilən məbləğ ilə razı olmadığı üçün, paylı mülkiyyətdə olan qeyri-yaşayış sahəsinin naturada ayrılmasını məhkəmədən xahiş etmişdir. Həmin iş hazırda Şəki Apellyasiya Məhkəməsinin icraatındadır. Buradan da aydın görünür ki, iddiaçı Nəriman Süleymanov ayba-ay ona köməklik kimi ödənilmiş pul məbləği ilə razılaşmadığına görə, paylı mülkiyyətdə olan qeyri- yaşayış sahəsinin naturada ayrılmasını xahiş etmişdir. Bundan başqa Mingəçevir Şəhər Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2(051)-55/2021 saylı qətnaməsi ilə Nəriman Süleymanovun Cavabdeh MMC- nə qarşı qeyri-yaşayış sahəsinin paylara uyğun naturada bölünməsi qərara alınmışdır. Həmin qətnamədən verdiyi apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2(107)-831/2022 saylı qətnaməsinə əsasən qismən təmin olunmuş, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-55/2021 saylı, 21 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə iddia ərizəsi təmin edilməmişdir. Elə həmin vaxtdan da Cavabdeh MMC hər ehtimala qarşı iddiaçının payına düşən hissəsini boşaltmış və iddiaçıya öz payından istifadə etməsini təklif etmişdir. Lakin buna baxmayaraq iddiaçı N.Süleymanov heç bir vaxt öz payından istifadə etməmişdir. Bu azmış kimi iddiaçı heç bir icarə müqaviləsi olmadan Cavabdeh MMC-dən icarə haqqı tələb edir. Belə olan halda onun hazırda icarə haqqı tələb etməsi tam qanunsuz və əsassızdır. Bundan başqa Məhkəmə tərəfindən aidiyyəti orqanlara verilmiş sorğulardan açıq-aydın görünür ki, Cavabdeh MMC ilə X3 arasında heç bir icarə müqaviləsi mövcud olmamışdır. Həmçinin verilmiş sorğular nəticəsində əldə olunmuş illər üzrə dövriyyənin məbləği də kifayət qədər aşağı olmuşdur. Nəriman Süleymanova həmin dövr ərzində köməklik üçün ödənilmiş məbləğlər isə şəxsi vəsaitlər hesabına ödənilmişdir. Lakin işə baxan Mingəçevir Şəhər Məhkəməsi (hakim Elza Cəbrayılzadə) mənə qarşı qərəzli mövqe tutaraq yalnız onu sorğu-sual edir, iddiaçı tərəfə isə heç bir sual vermir, iddia tələblərini təsdiq edən sübutları tələb etmir. Belə ki, işə baxan hakim iddiaçı tərəfindən nə üçün icarə müqaviləsi bağlamadıqlarını soruşmalı olduğu halda bunu soruşmamış, ümumiyyətlə iş üzrə mahiyyəti olmayan hallar barədə məlumat almışdır. Bir daha qeyd edir ki, Cavabdeh MMC ilə X3 arasında heç bir icarə müqaviləsi mövcud olmamışdır. İddiaçı Suleymanov Nariman məhkəmə iclası zamanı verdiyi izahatında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı Suleymanov Narimanın vəkili Vəkil məhkəmə iclası zamanı verdiyi izahatında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi X10 məhkəmə iclası zamanı verdiyi izahatında etiraz ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsi, etiraz ərizəsi, tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, 69B ünvanda yerləşən 741.3 kv.m sahəsi olan qeyri-yaşayış binasının 1/3 hissəsi Süleymanov Nəriman oğluna 2/3 hissəsi Cavabdeh MMC-yə məxsusdur. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş QY-14xx.xx/2023 saylı rəydən görünür ki, Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, 69B ünvanda yerləşən 741.3 kv.m sahəsi olan qeyri-yaşayış binasının aylıq kirayə qiyməti 2200 manatdır. İşdə olan ödəniş qəbzlərindən görünür ki, cavabdeh tərəf iddiaçıya xx.xx.2022-ci il tarixdə 300 manat, xx.xx.2022-ci il tarixdə 400 manat, xx.xx.2022-ci il tarixdə 400 manat, xx.xx.2022-ci il tarixdə 299 manat, xx.xx.2022-ci il tarixdə 300 manat, xx.xx.2022-ci il tarixdə 400 manat, xx.xx.2022-ci il tarixdə 399 manat, xx.xx.2022-ci il tarixdə 400 manat, xx.xx.2022-ci il tarixdə 300 manat, xx.xx.2022-ci il tarixdə 400 manat, xx.xx.2022-ci il tarixdə 300 manat, xx.xx.2021-ci il tarixdə 700 manat, xx.xx.2021-ci il tarixdə 300 manat, xx.xx.2021-ci il tarixdə 400 manat, xx.xx.2021-ci il tarixdə 600 manat, xx.xx.2021-ci il tarixdə 298.97, xx.xx.2021-ci il tarixdə 400 manat, xx.xx.2021-ci il tarixdə 400 manat, xx.xx.2021-ci il tarixdə 300 manat, xx.xx.2022-ci il tarixdə 400 manat, xx.xx.2021-ci il tarixdə 299 manat, xx.xx.2021-ci il tarixdə 300 manat, xx.xx.2021-ci il tarixdə 400 manat və xx.xx.2021-ci il tarixdə 300 manat ödəniş etdiyi görünür. İşdə olan X11 tərəfindən göndərilmiş N-998 saylı, 22.072024-cü il tarixli cavab məktubundan görünür ki, “X12” ilə Cavabdeh MMC arasında 01 yanvar 2021-ci il tarixdə Françayzinq müqaviləsi bağlanmışdır. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2321/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, İlkin iddia əsaslı olduğundan təmin edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2018-ci il və xx.xx.2020-ci il tarixlərdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində **********04-06301 reyestr nömrəsi ilə qeydiyyata alınmış çıxarış əsasında paylı mülkiyyətdə olan, ümumi sahəsi 741.3 kv.m olan, Mingəçevir şəhəri, H.Əliyev prospekti 69B ünvanında yerləşən qeyri-yaşayış binasından ilkin iddiaçı X3 1/3 hissədə payı, Cavabdeh MMC-nin 2/3 hissədə payından, 28.072023-cü il tarixli ekspert rəyinə əlavə edilmiş bölgü sxemində göstərilən qaydada və ölçüdə naturada ayrılmışdır. Qarşılıqlı iddia rədd edilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh X4 qarşı paylı mülkiyyətin digər mülkiyyətçisinə pul vəsaiti verilməklə mülkiyyət hüququna xitam verilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməmiş və Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MMC-dən aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qərara alınmışdır. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-477/2024 saylı, xx.xx.2024 tarixli qətnaməsindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(051)-2321/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş QY-23xx.xx/2024 saylı rəydən görünür ki, Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, 69B ünvanda yerləşən 741.3 kv.m sahəsi olan qeyri-yaşayış binasının aylıq kirayə qiyməti 2022-ci il üzrə 2000 manat, 2023 və 2024-cü il üzrə isə 2500 manatdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş 07 mart 2024-cü il tarixli, **********310000 məlumatın təqdim edilməsi haqqında cavab məktubundan görünür ki, "xxxx" MMC-nin dövriyəsi 2020-ci il üzrə 24066 manat, 2021-ci il üzrə 40851,58 manat və 2022-ci il üzrə 77808,28 manatdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, 69B ünvanda yerləşən 741.3 kv.m sahəsi olan qeyri-yaşayış binasının 1/3 hissəsi Süleymanov Nəriman oğluna 2/3 hissəsi Cavabdeh MMC-yə məxsusdur. Hazırki müddətək həmin qeyri-yaşayış sahəsi tam şəkildə Cavabdeh MMC-nin istifadəsində olmuşdur. Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş 07 mart 2024-cü il tarixli, **********310000 məlumatın təqdim edilməsi haqqında cavab məktubundan aydın olur ki, "xxxx" MMC-nin 2020-ci il üzrə 24066 manat, 2021-ci il üzrə 40851,58 manat və 2022-ci il üzrə 77808,28 manat dövriyyəsi olmuşdur. Lakin buna baxmayaraq Cavabdeh MMC Suleimanov Narimana məxsus əmlakdan istifadə etməsinə baxmayaraq onun payına düşən məbləği verməmişdir. Belə ki, Cavabdeh MMC “X12”ilə françayzinq müqaviləsi əsasında razılığa gəlmişdir. Həmin müqaviləyə əsasən “X12” Cavabdeh MMC sözügedən obyektdə satması üçün mebel əşyalarıverir. Həmin mebel əşyaları isə sözügedən qeyri-yaşayış sahəsinin bütün içərisində, yəni Suleimanov Narimana məxsus hissədə də yerləşdirilməklə satılır. Suleimanov Nariman isə obyektin özünə məxsus hissəsində istifadə edə bilmir və cavabdeh tərəf isə ona 2022-ci il tarixinin sentyabr ayından etibarən ödənişlər etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 723-cü maddəsinə əsasən Françayzinq müqaviləsi elə bir uzunmüddətli öhdəlik münasibətidir ki, ona əsasən müstəqil müəssisələr zərurət olduqca spesifik öhdəliklərin icrası yolu ilə malın istehsalına, satışına və xidmətlərin göstərilməsinə kömək etməyi qarşılıqlı surətdə öhdələrinə götürürlər. 724.1. Françayz verən françayz alana standart formalı qeyri-maddi əmlak hüquqlarını, əmtəə (ticarət) nişanlarını, mal nümunələrini, qablarını, məhsulun istehsalı, əldə edilməsi, satışı və fəaliyyətin təşkili konsepsiyasını, habelə satışa kömək üçün zəruri olan başqa informasiyanı özünün tətbiq etdiyi şəkildə verməyə borcludur. 724.2. Françayz verən birgə fəaliyyət sistemini üçüncü şəxslərin müdaxiləsindən qorumağa, onu aramsız təkmilləşdirməyə və françayz alanı işgüzar vərdişlərlə tanış etmək, informasiya vermək və ixtisasını artırmaq yolu ilə dəstəkləməyə borcludur. 725.1. Françayz alan françayzinqin həyata keçirilməsi sisteminə qoyduğu zəhmət nəzərə alınmaqla hesablanan muzd ödəməli və vicdanlı sahibkar kimi fəaliyyət göstərməli, müqavilənin məqsədi ilə bilavasitə bağlı olan hallarda françayz verənin və ya onun göstərdiyi şəxslərin vasitəsilə xidmətlər qəbul etməli və mallar əldə etməlidir. 725.2. Əgər müqavilə bağlanarkən françayz alan daxilolma haqqı vermişdirsə və bu haqq françayz muzdunun hesabına daxil edilməmişdirsə, onda françayz verən müqavilənin qüvvəsinə xitam verilərkən bu haqqı ona qaytarmağa borcludur. 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: 215.3.1. əşyanın dəyərini və işlənməyə yararlığını saxlamaq üçün ondan istifadə üzrə hərəkətlərin yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar çıxarmasını tələb etmək səlahiyyəti; 215.3.2. əşyaya dəymək qorxusu olan və ya dəyə biləcək zərərin qarşısını almaq üçün dərhal görülməli olan tədbirləri bütün şərikli sahiblər hesabına müstəqil həyata keçirmək səlahiyyəti. 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə tərəfindən, işin müəyyən edilmiş hallarından da görünür ki, cavabdeh iddiaçıya məxsus həmin obyektdən istifadə etməsinə imkan vermir. Mülki Məcəllənin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehin iddiaçıya əmlakından istifadə etməsinə şərait yaratmadığı müddət üçün onun payına düşən icarə haqqı ödəməlidir. Belə ki, işdə olan qəbzlərə baxış keçirirkən müəyyən olunur ki, 2022-ci il tarixində yanvar ayı700, fevral ayı 400, mart 700, aprel 700, may 700, iyun 700, iyul 700 manat, ödəniş etmiş, avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları üçün ödənişlər edilməmişdir. Halbuki, mütəxəssis rəyinə əsasən 2022-ci il tarixi üçün həmin qeyri-yaşayış sahəsinin aylıq icarə haqqının məbləği 2000 manatdır. Belə olan halda 1/3 hissə üçün aylıq icarə haqqının məbləği 667 manat edir. Məhkəmə cavabdeh tərəfindən fevral ayında qismən, yəni 400 manat ödəniş edilməsini (halbuki rəyə əsasən 667 manat və ya özlərinin razılasmaları əsasında 700 azn ödənilməli idi) və avqust, sentyabr, oktyabr, noyabr və dekabr aylarında ümumiyyətlə ödəniş edilməməsini nəzərə alaraq hesab edir ki, 2022-ci il üçün cəmi 3602 (5X667=3335+267=3602) manat ödənilməlidir. 2023-cü il tarixi üçün aylıq icarə haqqının qiyməti 2200 manatdır. Belə olan halda qeyri-yaşayış sahəsinin 1/3 hissəsi üçün aylıq icarə haqqı məbləği 733 manat edir. 2023-cü il tarixində müvafiq aylar üzrə ödənişlər olmamışdır. Belə olan halda cəmi 8799,6 (12X733=8799,6) manat ödənilməlidir. 2024-cü il tarixi üçün aylıq icarə haqqının qiyməti 2500 manatdır. Belə olan halda qeyri-yaşayış sahəsinin 1/3 hissəsi üçün aylıq icarə haqqı məbləği 833 manat edir. 2024-cü il tarixində müvafiq aylar üzrə ödənişlər olmamışdır. Belə olan halda müvafiq il üçün cəmi 9999,6 (12X833=9999,6) manat ödənilməlidir. Ümumilikdə 3 il, yəni 2022-2024-cü illər üzrə cavabdehdən iddiaçının xeyrinə 22401,2 (3602+8799,6+9999,6= 22401,2) manat məbləğində pul tutulmalıdır. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən əsaslı olduğundan iddia qismən təmin edilməli, cavabdehdən dəymiş maddi zərərə görə 22401,2 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə müvafiq olaraq iddiaçının məhkəməyə iddia ərizəsi verərkən ödədiyi dövlət rüsumu 157,2 manat məbləğdə pul vəsaiti də cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən dəymiş maddi ziyanın əvəzi olaraq 22401,2 (iyirmi iki min dörd yüz bir manat 20 qəpik) manat pul alınaraq iddiaçı Suleimanov Narimana ödənilsin. Cavabdeh MMC-dən ödənilmiş dövlət rüsumunun əvəzi olan 157,20 (bir yüz əlli yeddi manat, 20 qəpik) manat məbləğində pul alınıb iddiaçı Suleimanov Narimana verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-27/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-27/2025
03.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver